“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
01.12.2013, 10:35
1293

1 dekabr

1 dekabr 2004 - Müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Məmməd Araz vəfat edib...

Azərbaycan

 

1 dekabr 1940 - Teatr xadimi, dramaturq, aktyor, Əməkdar artist Mirmahmud Mirələkbər oğlu Kazımovski (1882-1940) vəfat edib. 1906-cı ildə yaradılan Bakı Müsəlman Teatrının təşkilatçılarından və ilk üzvlərindən biri olub. Kiçik pyeslər, vodevillər, musiqili komediyaların müəllifidir. “Bakılılar” (1938), “Kəndlilər” (1939) və s. filmlərdə çəkilib.

 

1 dekabr 1940 - Nasir, publisist, tərcüməçi Rafiq Savalan (Rafiq İmanqulu oğlu Ağayev) anadan olub. Azərbaycan televiziyası və radiosunda işləyib. Rus ədəbiyyatından (L.Tolstoy və s.) tərcümələr edib.

 

1 dekabr 1946 – Bəstəkar Azər İsmayıl oğlu Dadaşov anadan olub."Şahid qız" (1990), "Yuxu" (1994), "Özgə vaxt" (1996) filmlərinə musiqi yazıb. 

 

1 dekabr 2004 - Müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Məmməd Araz (Məmməd İnfil oğlu İbrahimov; 14.10.1933, Naxçıvan, Şahbuz rayonu Nursu kəndi – 2004) vəfat edib. Vətənpərvərlik, milli ruha sayğı şairin əsərlərinin aparıcı mövzusudur. Rus dilindən ədəbi tərcümələr (N.Nekrasov, M.Svetlov, Abay, R.Taqor) edib. Azərbaycanın “İstiqlal” ordeninə layiq görülmüş (1995) ilk şairlərdən biridir. Kitabları: «Daş harayı», “Qayalara yazılan səs”, “Dünya düzəlmir”, “Yol ayrıcında söhbət” və s.

 

Dünya

 

1 dekabr dünyada QİÇS-lə (qazanılmış immun çatışmazlığı sindromu) mübarizə günüdür. 1988-ci ildə Dünya Səhiyyə Təşkilatı tərəfindən təsis edilib.

 

1 dekabr 1935 - Məşhur Amerika kinorejissoru, prodüser, üç dəfə “Oskar” mükafatı laureatı Vudi Allen (Woody Allen - əsl adı Allen Stewart Konigsberg) anadan olub. Filmləri: “Enni Holl”, “Hanna və onun bacıları”, ”Manhetten”, “Qahirənin al qızılgülü” və s.

 

1 dekabr 1940 - Amerikalı komediya aktyoru, ssenarist Riçard Prayor (Richard Pryor, 1940 - 2005) anadan olub.

 

1 dekabr 1945 - Rusiyanın Xalq artisti, məşhur estrada aktyoru Gennadi Xazanov anadan olub.

 

1 dekabr 1952 – Yəhudi-rus əsilli ingilis dramaturqu, rejissor, ssenarist Stiven Poliakoff (Stephen Poliakoff) anadan olub.

 

1 dekabr 1966 -Amerika rejissoru, ssenarist, bəstəkar Endryu Adamson (Andrew Ralph Adamson) Yeni Zelandiyada doğulub. Məşhur “Şrek” cizgi filmlərinin müəllifidir. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi