“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
10.11.2014, 19:10
1640

Bakı xanlığı

A- A+

1747-c ildə Nadir şah Əfşarın ölümündən sonra yerli feodallardan Mirzə Məhəmməd ağa şahın Bakıdakı əlaltısı Səlimi qovdu və özünü müstəqil xan (1747-1786) elan etdi.

Digər xanlıqlarla müqayisədə Bakı xanlığı hərbi-siyasi cəhətdən fərqlənmirdi. Onun ərazisi kişik olub, eni 60, uzunluğu 90 verst idi. Bütün Abşeron yarımadası ilə birlikdə Bakı şəhəri və 39 kənd onun tərkibinə daxil idi.

Mirzə Məhəmməd xanın varisləri dövründə Bakı xanlığı qubalı Fətəli xandan vassal asılılığına düşdü. Fətəli xan 1766-cı ildə öz bacısı Xədicə Bikəni bakılı Məlik Məhəmməd xana ərə verdi və bununla Bakı xanlığının Quba xanlığından asılılığını təmin etdi. Fətəli xan ölümündən sonra Bakı xanlığı yenidən müstəqil oldu.

 

Xəbərlər
Redaktorun seçimi