“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
21.01.2015, 12:22
1769

2000-2013-cü illər

A- A+

15 oktyabr 2003 – Azərbaycanda növbəti prezident seçkilərində Yeni Azərbaycan Partiyasının sədr müavini İlham Əliyev qalib gəlib... 2005-ci ilin 24 iyununda Mahmud Əhmədinejad Cənubi Azərbaycan əhalisinin də böyük dəstəyi ilə İranın yeni prezidenti seçilib...

 

Şimali Azərbaycan

 

8 aprel 2000 - Bakıda türkdilli dövlət başçılarının 6-cı zirvə görüşü keçirilib. Zirvə toplantısı "Kitabi Dədə Qorqud"un 1300 illik yubileyinə həsr olunmuşdu.

 

22 avqust 2000 – Azərbaycan Respublikasının 2-ci prezidenti, milli-azadlıq hərəkatının lideri, Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəy (1938-2000) Türkiyənin paytaxtı Ankarada, Gülhanə Hərbi Tibb Akademiyasında vəfat edib. Əbülfəz Elçibəy avqustun 23-də Bakıda, Fəxri Xiyabanda dəfn olundu. Prezident Heydər Əlıyev dəfn mərasimində iştirak etmişdi.

 

5 noyabr 2000 - Azərbaycanda Milli Məclisə növbəti seçkilərkeçirilib. Seçkilər majoritar (100 yer) və proporsional (25 yer) qaydada keçirilib. Proporsional sistem üzrə YAP birinci (16 yer), AXCP ikinci (4 yer) olmuşdu. «Vətəndaş Həmrəyliyi» 3 yer, Kommunist Partiyası 2 yer qazanmışdı.  Hakim partiyanın seçki siyahısına YAP sədrinin müavini İlham Əliyev başçılıq edirdi. YAP-ın parlament fraksiyası ümumilikdə 74 nəfər təşkil etdi. Parlamentə 30-dək bitərəf deputat seçilmiş, müxalifət bir neçə yer əldə etmişdi.

 

9-10 yanvar 2001 – Rusiya prezidenti Vladimir Putin Bakıya rəsmi edib. Bu, müstəqillik dövründə Rusiya dövlət başçısının Azərbaycana ilk rəsmi səfəri idi. İkitərəfli münasibətlər haqqında Bakı bəyannaməsi vəXəzər dənizində əməkdaşlıq haqqında bəyanat imzalanıb.

 

25 yanvar 2001 – Azərbaycan Respublukası Avropa Şurasına tamhüquqlu üzv olub. Strasburqda, Avropa Şurasının mənzil-qərargahının qarşısındakı flaqştoka Azərbaycanın bayrağı qaldırılıb. Mərasimdə Azərbaycan prezidenti Heydər Əliyev iştirak edib.

 

23-24 fevral 2001 - Milli Məclisdə ölkə rəhbərliyinin, siyasi qüvvələrin, politoloqların iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinə dair açıq müzakirələr keçirilib.

 

29 mart 2001 – Prezident Heydər Əliyev Azərbaycan Respublikasında II Özəlləşdirmə Proqramına əsasən, rabitə, nəqliyyat, balıqçılıq, nəşriyyat-poliqrafiya və digər sahələr üzrə dövlət müəssisələrinin özəlləşdirməsinə dair sənədlər paketini imzalayıb. Paketə 10-dək sərəncam daxil idi.

 

4-7 aprel 2001 - ABŞ-ın Florida ştatının Ki Vest şəhərindəAzərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Robert Koçaryan arasında Qarabağ danışıqları keçirilib. Ki Vest sammiti ABŞ dövlət katibi Kolin Pauellin təşəbbüsü ilə keçirilirdi. Danışıqlar nəticəsiz başa çatıb.

 

18 iyun 2001 - Prezident Heydər Əliyev "Dövlət dilinin işlənməsinin təkmilləşdirilməsi haqqında" fərman imzalayıb. Fərmana əsasən,2001-ci il avqustun 1-dən etibarən ölkədə Azərbaycan dilində olan bütün çap məhsulları latın qrafikalı əlifbaya keçib, respublikanın bütün idarələrində rəsmi yazışmalar yalnız latın qrafikasında aparılmağa başlanıb. Prezidentin fərmanı ilə 1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü elan edildi.

 

9-10 noyabr 2001 - Bakıda Dünya Azərbaycanlıların I qurultayıkeçirilib. Prezident Heydər Əliyevin 23 may 2001-ci il tarixli sərəncamına əsasən keçirilən qurultayda Azərbaycan diasporunun 36 ölkədən 1150 nümayəndəsi və 900-dən çox qonaq iştirak edirdi.

 

24 yanvar 2002 - Prezident Heydər Əliyevin Rusiyaya dövlət səfəri zamanı Qəbələ radiolokasiya stansiyasının (RLS) statusuna dair saziş imzalanıb. Qəbələ RLS ("Daryal" Analitik-İnformasiya Mərkəzi) Azərbaycanın mülkiyyəti kimi təsbitlənib və Rusiyaya 10 illiyə icarəyə verilib. 2012-ci ildə müqavilənin vaxtı bitdikdən sonra RLS ləğv edildi.

 

26 yanvar 2002 – ABŞ prezidenti Corc Buş 1992-ci ildən Azərbaycana qarşı tətbiq edilən qadağının - «Azadlığa Dəstək Aktı»na 907 saylı düzəlişin qüvvəsinin dayandırılması barədə sənədi imzalayıb. 1992-ci ilin oktyabrında Konqresdəki erməni lobbisinin təşəbbüsü ilə qəbul edilən sənəd Azərbaycana Amerika yardımlarını qadağan edirdi.

 

22 may 2002 - Vatikan dövlətinin başçısı, Roma Papası İkinci İohann Pavel Azərbaycan prezidenti Heydər Əliyevin dəvətiləBakıya gəlib. Bu, dunya katolikləri liderinin tarixdə Azərbaycana ilk gəlişi, müsəlman ölkələrinə etdiyi azsaylı səfərlərdən biri idi.

 

24 avqust 2002 – Azərbaycanda Konstitusiyaya əlavə və dəyişikliklər ediliməsi bağlı ümümxalq səsverməsi - referendumkeçirilib. Referendum aktında Azərbaycan Konstitusiyanın 24 maddəsi üzrə 39 dəyişiklik təklif olunmuşdu. Həmin dəyişikliklər 8 qrup üzrə bölüşdürülmüşdü.

 

18 sentyabr 2002 – Səngəçal terminalında Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli təməlatma mərasimikeçirilib. Mərasimdə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri Heydər Əliyev, Əhməd Necdət Sezər və Eduard Şevardnadze, ABŞ-ın energetika naziri Spenser Abraham, BTC layihəsində yer alan şirkətlərin təmsilçiləri iştirak ediblər.

 

23 sentyabr 2002 – Prezident Heydər Əliyevin Moskvaya səfəri gedişində Rusiya ilə Azərbaycan arasında Xəzərin dibinin bölünməsinə dair saziş imzalanıb.

 

22 oktyabr 2002 - Azərbaycanın Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin "Merkuri-2" gəmi-bərəsi Bakının 130 kilometrliyində batıb. Bərədə olan 51 nəfərdən yalnız 9 nəfərini xilas etmək mümkün olub. Bu, Azərbaycanın gəmi nəqliyyatı tarixində ən böyük qəza idi.

 

15 noyabr 2002 - Milli Məclis Azərbaycan hərbçilərinin Əfqanıstandakı sülhyaratma missiyasında iştirakına razılıq verib 30 nəfərlik Azərbaycan taqımı Əfqanıstana Türkiyə sülhməramlı kontingenti tərkibində fəaliyyətə başladı.

 

21 aprel 2003 - "Respublika" sarayında (indiki Heydər Əliyev Sarayı) C.Naxçıvanski adına hərbi liseyin 30 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı prezident Heydər Əliyev arterial qan təzyiqinin ani olaraq kəskin surətdə aşağı düşməsi nəticəsində müvazinətini itirib. Həmin hadisədən sonra Heydər Əliyevin sağlıq durumunda ciddi problemlər yarandı.

 

7 may 2003 – Milli Məclis Azərbaycanın 150 nəfərlik hərbi kontingentinin İraqdakı sülhyaratma əməliyyatlarında iştirakına razılıq verib. Sülhməramlı kontingent İraqa avqustda yola düşdü. Bu, Azərbaycan hərbçilərinin iştirak etdiyi üçüncü (Kosovo və Əfqanıstandan sonra) beynəlxalq sülhyaratma missiyası idi və 2008-ci ilin sonunadək davam etdi.

 

2 avqust 2003 – Türkiyədə, Gülhanə Hərbi Tibb Akademiyasında (Ankara) müalicə olunan prezident Heydər Əliyev ARDNŞ-in 1-ci vitse-prezidenti, millət vəkili İlham Əliyevin Azərbaycanın baş naziri təyin olunmasına razılıq verilməsi ilə bağlı Milli Məclisə təqdimat göndərib.

 

4 avqust 2003 – Milli Məclisin növbədənkənar sessiyasında ARDNŞ-in 1-ci vitse-prezidenti, millət vəkili İlham Əliyevin Azərbaycan Respublikasının baş naziri vəzifəsinə təyin olunmasına razılıq verilib. Artur Rasizədə baş nazir vəzifəsindən azad olunaraq baş nazirin 1-ci müavini təyin edilib.

 

1 oktyabr 2003 – ABŞ-ın Klivlend Klinikasında müalicə olunan prezidentHeydər Əliyev Azərbaycan xalqına müraciət edib. Dövlət başçısı səhhətindəki problemlər üzündən prezident seçkilərində iştirak edə bilməyəcəyini bildirib və seçiciləri baş nazir, Yeni Azərbaycan Partiyası sədrinin 1-ci müavini İlham Əliyevin namizədliyini dəstəkləməyə çağırıb.

 

15 oktyabr 2003 – Azərbaycanda növbəti prezident seçkiləri keçirilib. MSK-nın rəsmi məlumatına görə, seçicilərin 76,84 faizi baş nazir, Yeni Azərbaycan Partiyasının sədr müavini İlham Əliyevə səs verib.

 

12 dekabr 2003 - Azərbaycan xalqının ümummilli lideri, eks-prezidentHeydər Əliyev ABŞ-ın Klivlend Klinikasında uzun sürən xəstəlikdən sonra vəfat edib. Heydər Əliyev dekabrın 15-də Fəxri Xiyabanda dəfn olunub.

 

11 fevral 2004 – Prezident İlham Əliyev "Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) təsdiq edilməsi haqqında" fərman imzalayıb.

 

17 dekabr 2004 - Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçirilib. Ölkə üzrə 2730 bələdiyyəyə ümumilikdə 21600-dan çox bələdiyyə üzvü seçilib.

 

24 yanvar 2005 - Prezident İlham Əliyev İran İslam Respublikasına rəsmi səfərə gedib. Səfər çərçivəsində Azərbaycan prezidenti ilk dəfə Cənubi Azərbaycanın mərkəzinə - Təbrizə gedərək burada yenicə açılmış Azərbaycan konsulluğuna baş çəkib.

 

25 yanvar 2005 – Avropa Şurası Parlament Assambleyasında Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçi Devid Atkinsonun (Britaniya) hazırladığı məruzə üzrə qətnamə qəbul olunub. 1416 (2005) saylı qətnamədə Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı qeyd olunub.

 

7 fevral 2005 – Prezident İlham Əliyev Azərbaycan milli valyutasının -manatın denominasiyası haqqında fərman imzalayıb. Fərmana əsasən, 2006-cı il yanvarın 1-dən dövriyyə yeni əskinaslar (1 yeni manat (AZN) - 5000 köhnə manat nisbətində) buraxıldı. 1992-ci ildən dövriyyədə olan köhnə manatlar 2006-cı il dekabrın 31-də tədavüldən çıxarıldı.

 

26 mart 2005 – Yeni Azərbaycan Partiyasının III qurultayında prezidentİlham Əliyev təşkilatın yeni sədri seçilib. İlham Əliyev 1999-cu ilin dekabrında YAP sədrinin müavini, 2001-ci ilin noyabrında isə sədrin 1-ci müavini seçilmişdi.

 

25 may 2005 - Bakı yaxınlığındakı Səngəçal terminalında Bakı-Tbilisi-Ceyhan boru kəmərinin Azərbaycan hissəsinə neftin vurulmasıilə bağlı mərasim keçirilib.

 

6 noyabr 2005 - Üçüncü çağırış Milli Məclisə seçkilər keçirilib. Seçkilər yalnız majoritar sistem (125 birmandatlı dairə) üzrə keçirilib. 115 dairədə deputatların seçildiyi elan olundu. Yeni Azərbaycan Partiyası 56 mandat, bitərəf namizədlər 40, müxalifət partiyaları isə ümumilikdə 15 mandat qazanmışdı. 13 may 2006-cı ildə 10 dairə üzrə seçkilər keçirildi. 

2 dekabr 2005 - Milli Məclisin ilk iclasında təşkilati məsələyə baxılıb. Yeni Azərbaycan Partiyasından Oqtay Əsədov parlamentin yenisədri, Zifayət Əsgərov 1-ci müavin, Bahar Muradova müavinseçiliblər. Daha bir vitse-spiker postuna bitərəf Valeh Ələsgərovseçilib.

 

10-11 fevral 2006 – Paris yaxınlığındakı Rambuye qəsrindəAzərbaycan və Ermənistan prezidentləri arasında Dağlıq Qarabağmünaqişəsinin nizamlanması ilə bağlı növbəti danışıqlar raundukeçirilib. Fransa prezidenti Jak Şirakın vasitəçiliyi ilə sürən danışıqlar erməni tərəfin qeyri-konstruktivliyi üzündən müsbət nəticə vermədi.

 

16 mart 2006 - Bakıda dünya azərbaycanlılarının II qurultayıkeçirilib. Forumda 49 ölkədən azərbaycanlı diaspor təşkilatlarının 600-dən çox nümayəndəsi, 300-dək qonaq iştirak edib.

 

13 iyul 2006 – Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan (Adana vilayəti) limanında Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təntənəli açılışı keçirilib. Kəmərin uzunluğu 1768 km (443 km Azərbaycan, 249 km Gürcüstan, 1076 km Türkiyə ərazisində), gündəlik nəqletmə gücü 1 mln. barreldir.

 

14 noyabr 2006 - Brüsseldə Avropa Birliyi (AB) ilə Azərbaycan arasındaAvropa Qonşuluq Siyasəti üzrə Fəaliyyət Planı imzalanıb. Sənəd Azərbaycanın AB ilə əməkdaşlığının bütün sahələrini əhatə edir.

 

7 fevral 2007 – Tbilisidə Azərbaycan prezidenti İlham Əliyev, Gürcüstan prezidenti Mixail Saakaşvili, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi ilə bağlısənədlər, regional əməkdaşlıq haqqında “Tbilisi bəyannaməsi” imzalanıb.

 

9 mart 2007 – Bakıda Azərbaycan və Türkiyə diaspor təşkilatları rəhbərlərinin I forumu keçirilib. Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən forumda Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan, Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Mehmet Əli Tələt, türkdilli ölkələrin rəsmiləri - ümumilikdə 48 ölkədən 500-dən çox nümayəndə və qonaq iştirak edib

 

22 noyabr 2007 - Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstan hissəsinin (Tbilisi-Axalkalaki-Türkiyə sərhədi) təməlatma mərasimi keçirilib. Mərasimdə Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri İlham Əliyev, Mixail Saakaşvili və Abdullah Gül iştirak ediblər.

 

14 mart 2008 - BMT Baş Assambleyasının 62-ci sessiyasında«Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında» qətnamə qəbul olunub. 39 səs lehinə, 7 əleyhinə və 100 bitərəf olmaqla qəbul edilən qətnamədə Azərbaycanın ərazi bütövlüyünə dəstək verilir, Ermənistan qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması tələb edilir.

 

15 oktyabr 2008 – Azərbaycanda keçirilən növbəti prezident seçkilərində ölkə başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev ikinci müddətə prezident seçilib. Seçkinin rəsmi nəticələrinə əsasən, ölkə üzrə seçicilərin 75,64 faizi (3,7 mln. nəfər) səsvermədə iştirak edib və seçicilərin 88,73 faizi İlham Əliyevə səs verib.

 

2 noyabr 2008 - Moskvada, Rusiya dövlət başçısının “Mayn Dorf” prezident Dmitri Medvedevin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan rəhbərlərinin növbəti görüşü olub. Prezidentlər İlham Əliyev, Serj Sarkisyan və Dmitri Medvedev Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair “Moskva Bəyannaməsi”ni imzalayıblar.

 

21 noyabr 2008 - İstanbuda Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan parlament nümayəndə heyətlərinin ikigünlük görüşünün yekunu olaraq Türkdilli Ölkələrin Parlament Assambleyası təsis edilib.

 

7 noyabr 2010 – Dördüncü çağırış Milli Məclisə seçkilər keçirilib. Hakim Yeni Azərbaycan Partiyası 125 nəfərlik parlamentdə 74 yer qazanıb. Bitərəf deputatların sayı 38, digər partiyaların ümumi deputat yeri isə 13-dür. Parlamentin rəhbərliyi isə 2005-ci illə müqayisədə dəyişməyib: YAP-dan Oqtay Əsədov sədr, Zifayət Əsgərov 1-ci müavin, Bahar Muradova müavin seçiliblər. Daha bir vitse-spiker postuna bitərəf  Valeh Ələsgərov seçilib.

 

10 may 2012 – Bakıda Heydər Əliyev Mərkəzinin rəsmi açılışı keçirilib. 29 dekabr 2006-cı ildə Prezident İlham Əliyev paytaxtda Heydər Əliyev Mərkəzinin yaradılması haqqında sərəncam imzalamışdı. Mərkəzin təməlaatma mərasimi 2007-ci ilin sentyabrında olmuşdu. 

 

Cənubi Azərbaycan

 

12 mart 2001-ci ildə uzun fasilədən sonra İran prezidenti Məhəmməd Xatəmi Moskvaya səfər etdi (sonuncu dəfə İranın dövlət başçısı kimi şah M.R.Pəhləvi 1974-cü ildə Sovet İttifaqında olmuşdu). İki dövlət arasında münasibətlərin tənzim edilməsi, ən başlıcası isə İrana hərbi texnika və silah satılması haqqında sənədlərə imza atıldı.

2001-ci ilin yayında Xəzərdəki "Araz-Alov-Şərq" yatağında kəşfiyyat işləri aparan Azərbaycan neftçiləri İran hərbi gəmilərinin təhdidi ilə üzləşib, bunun ardınca İran hərbi təyyarələrinin Azərbaycanın hava sərhədlərini pozub. Rəsmi Bakı bu təhdidlərə cavab versə də, neft yatağında kəşfiyyat işləri dayandırıldı.

2002-ci ilin yazında Cənubi Azərbaycan milli oyanış hərəkatının liderlərindən biri Mahmudəli Çöhrəqanlıının Bakıya gəlişi İranla Azərbaycan arasında müəyyən siyasi-diplomatik narazılığa da yol açmışdı. Bununla belə, Çöhrəqanlı etiraf etmişdi ki, İran azərbaycanlılarının böyük əksəriyyəti Cənubi Azərbaycan probleminə və milli mücadiləyə laqeyd münasibət bəsləyir.

18-20 may 2002 – Azərbaycan Prezidenti Heydər Əliyev İrana rəsmi səfər edib. Bu, 1994-cü ildən sonra Azərbaycan dövlət başçısının İrana ikinci rəsmi səfəri idi. İki il ərzində dəfələrlə təxirə salınan səfər qarşılıqlı münasibətlərdə problemli bir dövrə təsadüf edirdi. Azərbaycan tərəfin istəyinə rəğmən proqrama Təbrizə səfər salınmamışdı.

Bununla belə, səfər iki ölkə arasında anlaşma və əməkdaşlıq nöqteyi-nəzərindən əhəmiyyətli nəticələrlə yadda qaldı. Prezidentlər Heydər Əliyev və Məhəmməd Xatəminin imzaladığı birgə bəyannamədə iki ölkənin öz ərazisindən bir-birinin əleyhinə istifadəyə yol verməmək barədə öhdəlik əksini tapmışdı. Bundan əlavə, səfər zamanı ikitərəfli münasibətlərin müxtəlif sahələrinə dair 10 saziş imzalanıb.

Cənubi Azərbaycan və Təbriz mövzusu isə Bakı-Tehran münasibətlərində ən həssas məsələ olaraq qalmada idi.

İki ölkə arasında hələ 1994-cü ildə imzalanmış protokola əsasən, İranın Naxçıvanda və Azərbaycanın isə Təbrizdə konsulluğu açılmalı idi. Naxçıvandakı konsulluq həmin razılaşmadan az sonra fəaliyyətə başlasa da, Təbrizdə diplomatik nümayəndəliyin ilbəil müxtəlif bəhanə və səbəblərlə açılması ləngidilmişdi. İranın uzun illər ərzində Təbrizdə Azərbaycan konsulluğunun açılması ilə bağlı hüquqi öhdəliyə əməl etmədi.

Nəhayət, 2004-cü il oktyabrın 20-də Təbrizdə Azərbaycan Respublikasının baş konsulluğu açıldı və 2005-ci ilin yanvarında İrana gedən Azərbaycan prezidenti Təbrizə səfər etdi.

2004-cü ilin avqustunda prezident Məhəmməd Xatəminin Azərbaycana, 2005-ci ilin yanvarındaprezident İlham Əliyevin İrana rəsmi səfərləri ikitərəfli münasibətlərə müsbət impuls verdi.

2005-ci il Cənubi Azərbaycanda əhalinin milli haqlarının tələbi ilə kütləvi etiraz aksiyaları keçirildi. Ölkənin rəsmi mətbu orqanlarından olan "İran" qəzetində azərbaycanlı (türk) əhalinin təhqir olunması (azərbaycanlını dili olmayan böcək kimi təsvir edən karikaturanın dərc olunması) Təbriz başda olmaqla bir çox şəhərlərdə etirazlarla qarşılandı. Qəzet sonradan üzrxahlıq etsə də, aksiyalar uzun müddət səngimədi.

Əgər azərbaycanlılar İranda normal vətəndaş haqlarına malik olsaydılar, onların öz dillərində təhsil almaq, mətbuat yaratmaq üçün konstitusion huquqları təmin olunsaydı, bu olaylar baş verməzdi. Əslində İranda bir çox qəzetlərin yerli azərbaycanlılara, Azərbaycan Respublikasına qarşı həqarətli tutumu bundan öncə də, sonra da davam edib.

2005-ci il iyunun 17-də İranda növbəti prezident seçkiləri keçirildi. 10-dan çox iddiaçının mübarizə apardığı seçki yarışmasında eks-prezident Haşimi Rəfsəncanı və Tehran şəhərinin meri Mahmud Əhmədinejad ikinci tura keçdilər.

İyunun 24-də keçirilən ikinci turda Əhmədinejad böyük fərqlə (62 faiz) qələbə qazanaraq ölkə prezidenti seçildi. Seçki kampaniyasının əvvəlində autsayder sayılan və naşı siyasətçi kimi qələmə verilən 49 yaşlı Əhmədinejadın 71 yaşlı Rəfsəncaniyə qalib gəlməsi ilk baxışdan sensasiya kimi görünsə də, əslində İrandakı siyasi və sosial-ictimai reallığın nəticəsi idi.

Ölkə iqtisadi baxımdan çətinliklər içində idi, Xatəminin islahat siyasəti və qismən liberalizmi əhalinin rifah halına müsbət təsir etməmişdi. Bu arada Amerikada Corc Buş hakimiyyətinin İrana qarşı hədələrinin artması, İraqın ardınca İranın da vurulacağına dair spekulyasiyalar İrandapopulist, sıravi xalqa daha yaxın görünən bir siyasətçinin hakimiyyətə gəlməsinə zəminyaratmışdı. Əhmədinejad da ilk növbədə populizmi, yeni iş yerləri, sosial rifahla bağlı vədləri hesabına uğur qazanmışdı. Ona səs verənlər arasında əhalinin kasıb təbəqəsi, gənclər böyük üstünlük təşkil etmişdi.

Mahmud Əhmədinejad Cənubi Azərbaycanda da seçicilərin dəstəyini qazanmışdı. Onu da qeyd edək ki, Əhmədinejad Cənubi Azərbaycanda kifayət qədər tanınan bir siyasətçi idi. O, 1990-cı ildən Maku və Xoyşəhərlərinin icra başçısı, sonra isə Ərdəbilin valisiolmuşdu.

Lakin Əhmədinejadın populizmi reallıqda əhalinin rifahına elə də təsir etmədi. Onun mühavizəkar tutumu isə tezliklə əhalinin böyük kəsimində, xüsusilə gənclərdəetiraz doğurmağa başladı. İranın nüvə proqramını sürətləndirməklə Qərblə, ilk növbədə ABŞ-la yeni “savaş cığırı”na çıxması isə ölkəyə qarşı xarici basqı və embarqonu daha da sərtləşdirdi.

2009-cu ilin iyununda məhz belə bir fonda İrandanövbəti prezident seçkiləri keçirildi. Nəticədə Mahmud Əhmədinejad ikinci müddətə prezident seçilsə də, səsvermınin nəticələrinin saxtalaşdırılması ölkə boyu, o cümlədən Təbrizdə və Cənubi Azərbaycanın digər şəhərlərində kütləvi etiraz aksiyalarına səbəb oldu. Demək olar ki, 2005-ci ilin bütün yayı İranda siyasi hərarət ən pik həddə çatmışdı. Əhmədinejad siyasi rəqiblərinin bir neçəsiin həbsə atdırdı, yüzlərlə gənc fəal həbs və təqiblərə məruz qaldı.

 

 

 

Xəbərlər
Redaktorun seçimi