“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
23.09.2013, 09:57
1605

Azərbaycan tarixi günbəgün: 23 sentyabr

A- A+

23 sentyabr 1991 – Jeleznovodsk şəhərində Rusiya prezidenti Boris Yelsin və Qazaxıstan prezidenti Nursultan Nazarbayevin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan rəhbərləri Ayaz Mütəllibov və Levon Ter-Petrosyan arasında görüş keçirilib...

 

23 sentyabr 1914 – Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, ilk azərbaycanlı qadın biologiya elmləri doktoru, professor Validə Xaspolad qızı Tutayuq (23.09.1914 - 12.11.1980) Şuşa şəhərində anadan olub.

 

23 sentyabr 1928 – Tanınmış opera müğənnisi, SSRİ xalq artisti Firəngiz Əhmədova (1928 - 16.12.2011) anadan olub.

 

23 sentyabr 1929 – Əməkdar incəsənət xadimi, yazıçı Əfqan Hacıağa oğlu Əsgərоv anadan оlub. 

 

23 sentyabr 1969 – Şair, publisist Ülvi Yusif oğlu Bünyadzadə (23.09.1969-20.01.1990) anadan olmuşdur. Ülvi Bünyadzadə Azərbaycan Dillər Universitetinin tələbəsi ikən 1990-cı ilin 20 Yanvar qırğınında həlak olub.

 

23 sentyabr 1970 - Görkəmli yazıçı-dramaturq, ssenarist Sabit Rəhman (Sabir Kərim oğlu Mahmudov, 26.3.1910-1970) vəfat edib. 

 

23 sentyabr 1989 – Azərbaycan SSR Ali Soveti “Azərbaycan SSR-nin dövlət suverenliyi haqqında” Konstitusiya qanunu qəbul edib. Sənəddə ilk dəfə belə bir məqam əksini tapmışdı ki, ittifaq (SSRİ) səviyyəsində qəbul olunmuş hər hansı qanunvericilik aktı Azərbaycanın suverenliyinə xələl gətirərsə, onun respublika ərazisində qüvvəsi dayandırılacaq. Lakin bu, daha çox bəyannamə səciyyəli sənəd idi. Analoji aktlar SSRİ-nin digər subyektləri tərəfindən də qəbul edilmişdi.

 

23 sentyabr 1991 – Jeleznovodsk (Rusiya, Şimali Qafqaz) şəhərində Rusiya prezidenti Boris Yelsin və Qazaxıstan prezidenti Nursultan Nazarbayevin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan rəhbərləri Ayaz Mütəllibov və Levon Ter-Petrosyan arasında görüş keçirilib. Görüşdə Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının nümayəndələri də iştirak ediblər. Görüş münaqişənin sülh yolu ilə həll olunması barədə formal bəyannamənin imzalanması ilə yekunlaşıb. Lakin bu razılaşmadan az sonra erməni silahlı qüvvələri Dağlıq Qarabağın azərbaycanlı əhalisinə qarşı yeni hücumlara başladılar.

 

23 sentyabr 1992 – Azərbaycan Respublikası Vyetnam və Albaniya ilə diplomatik münasibətlər qurub.

 

23 sentyabr 2002 – Prezident Heydər Əliyevin Moskvaya səfəri gedişində Rusiya ilə Azərbaycan arasında Xəzərin dibinin bölünməsinə dair saziş imzalanıb. Prezidentlər Vladimir Putin və Heydər Əliyev tərəfindən imzalanan saziş Xəzərin sektoral bölgüsü istiqamətində mühüm hadisə idi. Daha öncə Rusiya ilə Qazaxıstan arasında analoji sənəd imzalanmışdı. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi