Diaspora > Azərbaycanlılar dünyada
Dünyada 50 milyondan çox azərbaycanlı yaşayır
Təqribi sayı 50 milyon göstərilən dünya azərbaycanlılarının 10 milyondan çoxu hazırda tarixi torpaqlarından kənarda - mühacirətdə yaşayır və Azərbaycan diasporunu təşkil edir.
Dünyanın 5 qitəsində yaşayan soydaşlarımızın siyasi, iqtisadi və sosial-mədəni fəaliyyəti yaşadıqları ölkələr kimi müxtəlifdir.
Azərbaycan diasporu mövzusunun aktual olması azərbaycanlıların yayılma coğrafiyasının aydınlaşdırılması və soydaşlarımızın sayının dəqiqləşdirilməsi məsələsini gündəmdə saxlayır.
Bu istaiqmətdə konkret statistik göstəricilərin olmamamsı obyektiv reallıqdan irəli gəlir. XX əsrin əvvəllərinə qədər qonşu Rusiyaya köçən azərbaycanlılar "tatar", Türkiyəyə köçənlər isə "Azərbaycan türkü" kimi qəbul olunur və qeydə alınırdı. Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın "İran təəbəsi" kimi dərki prosesi gedirdi.
Bu vəziyyət xarici ölkələrdə yaşayan azərbaycanlıların rus, türk və fars diasporlarının tərkib hissəsi kimi qəbul edilməsinə gətirib çıxarmışdı. Belə şəraitdə soydaşlarımız başqa xalqların diasporları içərisində assimilyasiya olunmaq təhlükəsi ilə üzləşirdilər.
Lakin bu cür ciddi problemlərə və çətiniklərə baxmayaraq, azərbaycanlılar hər zaman öz milli mənsubiyyətini qoryub saxlamış, tarixi Vətənlə əlaqələrini itirməməyə çalışmışlar. Bu gün dünyanın müxtəlif ölkələrində diasporumuzun mövcudluğu da elə bu amillə bağlıdır.
Azərbaycanlılar Amerika qitəsinin Şimal, Mərkəzi və Cənub hissəsində daha çox məskunlaşıblar. Onların sayı Birləşmiş Ştatlarda 800 min nəfər - bir milyona, Argentinada 12 minə, Braziliyada 75 minə, Kanadada 170 minə, Meksikada isə 27 min nəfərə çatır. Amerika qitəsi ölkələrində Honduras, Qvatemala, Peru və digərlərində də soydaşlarımız məskunlaşmışlar. Lakin hələlik onların sayı barədə dəqiq məlumatlar yoxdur.
Amerika qitəsində məskunlaşan azərbaycanlıların əksəriyyəti İran ərazisindən gələn soydaşlarımızdır. 1970-ci ildən başlayaraq Turkiyədəki soydaşlarımızın, 1991-ci ildən etibarən isə Azərbaycandan bu qitəyə axını oradakı diasporumuzun tərkibinə və sosial-iqtisadi fəaliyyətinə öz təsirini göstərdi.
Azərbaycan diasporunun yayılma coğrafiyası və say tərkibinə görə geniş olduğu ikinci qitə Avropadır.
Son zamanların statistik göstəricilərində azərbaycanlıların sayı Türkiyədə və Rusiyada milyonlarla, Ukraynada və Belarusda, Almaniyada, Böyük Britayinyada yüz minlərlə, Norveçdə, Danimarkada, İsveçdə, Macarıstanda, Fransada, İtilayada on minlərlə, Polşada, İspaniyada, Avstriyada, Albaniyada, Finlandiyada, Portuqaliyada on mindən çox göstərilir.
Digər Qərb ölkələrində məskunlaşmış azərbaycanlıların sayı müvafiq olaraq hər bir ölkədə 2-10 min nəfər arasındadır.
Hollandiya, Belçika, Danimarka, İsveçrə və Almaniyada məskunlaşan soydaşlarımızın əksəriyyəti Türkiyədən gəlmiş azərbaycanlılardır. Böyük Britaniya, Çexiya, Slovakiya, Polşa, Avstriya, Estoniya, Belarus, Rusiya, Ukrayna, Moldova və Fransadakı soydaşlarımızın əksəriyyəti isə Şimali Azərbaycan mənşəlidir.
Azərbaycan diasporunun üçüncü böyük hissəsi Asiya qitəsində məskunlaşıb. Onların sayı Banqladeşdə, Hindistan, Əfqanıstan, Pakistan, İordaniya və Orta Asiya respublikalarında yüz minlərlə, İndoneziya, Yəmən Ərəb Respublikası, Yəmən Demokratik Respublikası, Çin, Birləşmiş Ərəb Əmirliklərində, Oman, Səudiyyə Ərəbistanı və Suriyada on minlərlə, İraqda isə təqribən bir milyona çatır.
Afrika qitəsində məskunlaşmış azərbaycanlıların sayı Misir və Əlcəzairdə yüzminlərlə, Sudanda 17 min nəfərdir. Ümumilikdə, son zamanlar Cənubi Afrika Respublikası və Zairdə də soydaşlarımızın məskunlaşdıqları faktı ortaya çıxarılmışdır.
Avstraliya qitəsində isə təxminən 10 minə yaxın azərbaycanlının yaşadığı barədə məlumatlar var.
Dünyanın müxtəlif ölkələrində azərbaycanlıların sayı aşağıda göstərilən cədvəldə əks etdirilir (təxmini hesablamalara görə):
|
№
|
Ölkənin adı
|
Azərbaycanlıların sayı
|
|
1.
|
ABŞ
|
1.000.000
|
|
2.
|
Albaniya Respublikası
|
12.000
|
|
3.
|
Almaniya Federativ Respublikası
|
300.000
|
|
4.
|
Avstraliya İttifaqı
|
8.000
|
|
5.
|
Avstriya Respublikası
|
19.000
|
|
6.
|
Argentina Respublikası
|
12.000
|
|
7.
|
Banqladeş Xalq Respublikası
|
170.000
|
|
8.
|
Belçika Krallığı
|
13.000
|
|
9.
|
Belarus Respublikası
|
6.600
|
|
10.
|
Birləşmiş Ərəb Əmirlikləri
|
55.000
|
|
11.
|
Birma
|
7.600
|
|
12.
|
Bolqarıstan Respublikası
|
64.400
|
|
13.
|
Böyük Britaniya
|
70.000
|
|
14.
|
Braziliya Federativ Respublikası
|
74.000
|
|
15.
|
Butan Krallığı
|
1.500
|
|
16.
|
Çexiya Respublikası
|
2.000
|
|
17.
|
Çin Xalq Respublikası
|
30.000
|
|
18.
|
Danimarka Krallığı
|
56.000
|
|
19.
|
Estoniya Respublikası
|
1.800
|
|
20.
|
Əfqanıstan
|
430.000
|
|
21.
|
Əlcəzair Xalq Demokratik Respublikası
|
260.000
|
|
22.
|
Finlandiya Respublikası
|
11.600
|
|
23.
|
Fransa Respublikası
|
70.000
|
|
24.
|
Gürcüstan Respublikası
|
600.000
|
|
25.
|
Hindistan Respublikası
|
300.000
|
|
26.
|
İndoneziya Respublikası
|
44.600
|
|
27.
|
İordaniya Haşimi Krallığı
|
410.000
|
|
28.
|
İraq Respublikası
|
800.000
|
|
29.
|
İran İslam Respublikası
|
30.000.000
|
|
30.
|
İrlandiya Respublikası
|
4.000
|
|
31.
|
İspaniya Dövləti
|
14.000
|
|
32.
|
İsveç Federasiyası
|
20.000
|
|
33.
|
İsveçrə Konfederasiyası
|
15.000
|
|
34.
|
İtaliya Respublikası
|
30.000
|
|
35.
|
Kanada Respublikası
|
174.000
|
|
36.
|
Küveyt Dövləti
|
18.000
|
|
37.
|
Qazaxıstan Respublikası
|
90.000
|
|
38.
|
Qırğızıstan Respublikası
|
16.000
|
|
39.
|
Latviya Respublikası
|
1.700
|
|
40.
|
Litva Respublikası
|
1.500
|
|
41.
|
Macarıstan Respublikası
|
26.000
|
|
42.
|
Malta Respublikası
|
2.500
|
|
43.
|
Meksika Birləşmiş Ştatları
|
26.000
|
|
44.
|
Misir Ərəb Respublikası
|
850.000
|
|
45.
|
Moldova Respublikası
|
5.000
|
|
46.
|
Monqolustan Respublikası
|
4.800
|
|
47.
|
Niderland Krallığı
|
20.000
|
|
48.
|
Norveç Krallığı
|
50.000
|
|
49.
|
Oman Sultanlığı
|
19.000
|
|
50.
|
Özbəkistan Respublikası
|
60.000
|
|
51.
|
Pakistan İslam Respublikası
|
350.000
|
|
52.
|
Polşa Respublikası
|
10.000
|
|
53.
|
Portuqaliya Respublikası
|
8.000
|
|
54.
|
Rumıniya Respublikası
|
44.000
|
|
55.
|
Rusiya Federasiyası
|
2.000.000
|
|
56.
|
Səudiyyə Ərəbistanı
|
40.000
|
|
57.
|
Slovakiya
|
2.000
|
|
58.
|
Sudan Demokratik Respublikası
|
17.000
|
|
59.
|
Suriya Ərəb Respublikası
|
92.500
|
|
60.
|
Tacikistan Respublikası
|
13.400
|
|
61.
|
Türkiyə Cümhuriyyəti
|
3.000.000
|
|
62.
|
Türkmənistan Respublikası
|
33.300
|
|
63.
|
Ukrayna Respublikası
|
500.000
|
|
64.
|
Yaponiya
|
10.000
|
|
65.
|
Yeni Zelandiya
|
2.000
|
|
66.
|
Yəmən Demokratik Respublikası
|
26.000
|
|
67.
|
Yəmən Ərəb Respublikası
|
32.000
|
|
68.
|
Yuqoslaviya
|
5.900
|
|
69.
|
Yunanıstan Respublikası
|
12.400
|