|

|
|
Türkiyə-Ermənistan sərhədi. Qars vilayəti
|
Türkiyə və Ermənistanın xarici işlər nazirlikləri, habelə İsveçrə Federal Xarici İşlər Nazirliyi avqustun 31-də mətbuat üçün birgə açıqlama yaymışlar.
Açıqlamada bildiririr ki, Türkiyə və Ermənistan İsveçrənin vasitəçiliyi ilə davam etdirdikləri səylər çərçivəsində təsdiq etdikləri “Diplomatik münasibətlərin təsis olunması Protokolu” və “İkitərəfli əlaqələrin inkişaf etdirilməsi Protokolu”na dair daxili siyasi məsləhətləşmələrin başlanması üçün razılıq əldə etmişlər.
Bu iki protokol ikitərəfli əlaqələrin müəyyən zaman içərisində normallaşdırılması üçün bir çərçivə təqdim edir. Türkiyə ilə Ermənistan arasında siyasi məsləhətləşmələr 6 həftə (42 gün) ərzində tamamlanacaqdır.
Bunun ardınca iki protokol imzalanacaq və hər iki ölkənin parlamentlərinin təsdiqi üçün təqdim olunacaqdır. >>>
* * *
Türkiyənin yeni XİN rəhbəri Ermənistanla dialoq prosesini davam etdirəcək
“Qonşularla sıfır problem” strategiyasının müəllifi sayılan Əhməd Davudoğlu Türkiyə XİN başçısı postunda ilk qonağını isə Azərbaycandan qəbul edib
-05.05.2009-
Türkiyə hökumətində ötən həftəsonu baş vermiş dəyişikliklər sırasında Azərbaycan üçün ən çox maraq doğuranı, heç şübhəsiz ki, bu ölkənin xarici işlər nazirinin yenisi ilə əvəz olunmasıdır. Çünki son dönəmdə Azərbaycan-Türkiyə münasibətlərində boy göstərən məlum proseslər məhz xarici siyasət sahəsini əhatə edir.
Türkiyə ilə Ermənistan arasındakı dialoq sürəcinin son bir neçə ayda gəldiyi nöqtənin (22 apreldə bəyan edilən «yol xəritəsi») Azərbaycanda yaratdığı rezonans da ümumən hər kəsə bəllidir.
Bu baxımdan qardaş ölkənin xarici siyasət idarəsinin rəhbərliyinə məhz bu dialoq sürəcinin müəllifi sayılan şəxsin gətirilməsi diqqətəlayiq hadisədir. >>>