ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Mart > 10

Tarixdə bu gün: Azərbaycan

 

“Bizim təqvim” rubrikası altında təqdim edilən “Tarixdə bu gün” bölməsi elektron xronoqraf formatında tərtib olunub. Bölmədə Azərbaycan tarixinə dair yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr edib. Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 10 mart hansı fakt və olaylarla yadda qalıb?

 

10 mart

 

1735 - Səfəvi dövləti və Rusiya arasında Gəncə müqaviləsi bağlanıb. Səfəvi ordusunun komandanı Nadir xan və knyaz Qolitsın tərəfindən imzalanan müqaviləyə görə, rus qoşunları Xəzəryanı Azərbaycan torpaqlarını (Bakı, Salyan, Dərbənd) tərk etdilər. Bunun müqabilində Səfəvi dövləti rus tacirlərinə güzəştli ticarət şəraiti yaratmaq, Osmanlı ilə müharibədə Rusiyaya yardım etmək barədə öhdəlik götürdü.

* * *

1873 - Azərbaycan peşəkar milli teatrının yarandığı gündür. Həmin gün Bakıda böyük maarifçi Həsən bəy Zərdabinin təşəbbüsü, dramaturq Nəcəf bəy Vəzirov və aktyor Əsgər ağa Adıgözəlovun (Gorani) fəal iştirakı ilə Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” komediyası səhnələşdirilib. Bir qədər sonra (17 aprel 1873) Axundovun “Hacı Qara” komediyası səhnəyə qoyuldu. 10 mart Azərbaycanda “Milli teatr günü” kimi qeyd olunur.

* * *

1878 - Görkəmli yazıçı, dramaturq, şair və filosof Mirzə Fətəli Axundzadə (30 iyun (yeni təqvimlə 12 iyul) 1812, Şəki - 1878) Tiflisdə vəfat edib. Yaradıcılığa şeirlə başlayıb, "Puşkinin ölümünə Şərq poeması" (1837) ilə məşhurluq qazanıb. 1850-1855-ci illərdə yazdığı 6 komediya (“Müsyö Jordan və dərviş Məstəli şah”, “Molla İbrahimxəlil kimyagər”, “Lənkəran xanın vəziri”, “Xırs-quldurbasan”, “Hacı Qara”, “Mürafiə vəkilləri”) ilə Azərbaycan dramaturgiyasının, 1857-ci ildə qələmə aldığı "Aldanmış kəvakib" povesti ilə realist Azərbaycan nəsrinin təməlini qoyub.

* * *

1915 - İlk azərbaycanlı balerina, SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, pedaqoq, professor Qəmər Hacağa qızı Almaszadə (1915-7.4.2006) anadan olub.

* * *

1920 – Azərbaycan Qızıl Aypara Cəmiyyəti təsis edilib. Təşkilat Azərbaycan Xalq cümhuriyyətinin müdafiə naziri, general-leytenant Əliağa Şıxlinskinin təşəbbüsü ilə yaradılıb. Prezident İlham Əliyevin 7 aprel 2008-ci il tarixli sərəncamı ilə martın 10-u Azərbaycanda “Qızıl Aypara günü” kimi qeyd olunur. Azərbaycan Qızıl Aypara Cəmiyyəti 1995-ci ildən Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının üzvüdür.

* * *

1940 - Xalq artisti, tanınmış xanəndə Canəli Xanəli oğlu Əkbərov Lənkəran rayonunun Tükəvilə kəndində doğulub. Opera tamaşalarında ("Leyli və Məcnun" - Məcnun, "Əsli və Kərəm" - Kərəm, "Aşıq Qərib" - Qərib, "Şah İsmayıl - Şah İsmayıl və s.) baş rollarda çıxış edib.

* * *

1948 - SSRİ Nazirlər Soveti Ermənistandakı azərbaycanlı əhalinin Azərbaycana deportasiyası haqqında ikinci qərar qəbul edib. Bununla bağlı SSRİ Nazirlər Sovetinin ilk qərarı 1947-ci il dekabrın 23-də qəbul olunmuşdu. Qərara görə, azərbaycanlı kolxozçuların boşaltdığı ərazilərə xaricdən ermənilər köçürülməli idilər. Azərbaycanın rəhbəri Mircəfər Bağırovun Stalinə müraciətindən sonra qərarın sərt şərtləri qismən yumşaldıldı.

100 minə yaxın azərbaycanlının tarixi torpaqlarından deportasiyasını həyata keçirən bu qərarların təşəbbüskarı SSRİ Nazirlər Soveti sədrinin müavini Anastas Mikoyan idi. 1948-1953-cü illər deportasiyası nəticəsində Ermənistanda 476 azərbaycanlı kəndi boşaldılmışdı.

* * *

Əlavə bax:

►Bizim təqvim

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009