ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Analitika > İslam dini və Azərbaycan

Siyasiləşdirilən, saxtalaşdırılan din

-09.11.2009-

Nəriman Qasımoğlu, teoloq-alim

Məndən tez-tez soruşurlar, dinin siyasətlə əlaqəsinə necə baxırsınız, dini partiyaların, qrupların yaranması, fəaliyyəti, dindən siyasi məqsədlərlə istifadə ilahi deyimlərə nə dərəcədə uyğundur, filan-filan müsəlman ölkələri niyə filan-filan siyasətləri yürüdür və s. və i. Bu qəbildən olan sualları, narahatlıqları təbii qəbul edirəm.

İslam dini adına iddia olunan, əslində isə teoloji baxımdan yetərincə saxtalaşdırılmış dəyərlər sisteminin siyasi amilə çevrilməsi cəhdləri və faktları çağdaş dövrümüzün gerçəklikləri sırasındadır. Bəzi ölkələrdə bu dəyərləri təbliğ edən dairələr iqtidara da gələ bilir. Bəzi bölgələrdə “islami” qruplar arasında hakimiyyət savaşları və toqquşmalar da müşahidə olunur. 

Müşahidələrimiz qısaca olaraq onu deməyə əsas verir ki, dinimizin siyasətə gətirilməsi heç yerdə tərəqqiyə xidmət göstərməyib. Çağdaşı olduğumuz gerçəkliklərdə bu daha aydın görünür. 

Biri elə cənub qonşumuz İran. “İslam” inqilabı hətta monarxiya quruluşlu şərtlər çərçivəsində belə sənaye cəhətdən inkişaf etmiş ölkələr sırasına can atan bu ölkəni son iyirmi ildə hansı duruma saldı, bu da göz önündədir. Buna milyondan çox müsəlmanın İraq-İran müharibəsinin nahaq qurbanlarına çevrilməsini də əlavə etsək vəziyyətin faciəviliyi bir az aydınlaşmış olar. Mən hələ İslam dini adına siyasət yürüdən qonşularımızın təcavüzkar Ermənistanla məhrəm münasibətlərindən danışmıram ki, bu da geniş bir söhbətin mövzusudur.

Başqa bir nümunə. Amerika işğalı nəticəsində İraqda yaşanan siyasi reallıqlar içində dinin qısa bir zaman kəsiyində siyasiləşməsi ona gətirib çıxardı ki, ölkə vətəndaşları sünni-şiə qarşıdurmasının, təriqət davalarının nəticələrindən hələ də yaxa qurtarıb əziyyətdən xilas ola bilmirlər ki, bilmirlər.

Dinin siyasiləşməsi İraq nümunəsindən də göründüyü kimi siyasi sabitliyin, necə deyərlər, qənimidir. Burada və bir sıra başqa ölkələrdə bir təriqətin digər təriqətə aid məscidlərini partlatması halları da var ki, dünya ictimaiyyətini dəhşətə gətirən belə faktlar siyasiləşmiş “islam”ın terrorçu mahiyyətindən də xəbər verir.

Müstəqil Fələstin dövlətinin əsaslarının yaradılmağa başladığı bir dönəmdə fələstinlilərin uzun illər milli-azadlıq mübarizəsinin əsas yükünü üstünə götürüb də xeyli siyasi təcrübə qazanmış, böyük siyasi təbəddülatlarda yetərincə püxtələşmiş Fəth hərəkatı rəhbərliyinin dövlət quruculuğu yolunda, eləcə də Yaxın Şərqdə sülhün bərqərar olunması tədbirlərində apardığı məqsədəyönlü siyasətə maneçilik törədənlərdən biri indi İslam dini adına müəyyən siyasi kapital yığmış Həmas təşkilatıdır.

Əlcəzairdə, Sudanda, Pakistanda, Əfqanıstanda, Hindistanda, Nigeriyada siyasi “islami” qrupların bu ölkələrdə hansı problemlər yaratdığından da xeyli danışmaq olar. 

Bu günlər Somalidə ölkənin cənubunda yerləşən Kimayo portuna nəzarət uğrunda iki “islami” qrup (“Əş-Şəbəb” və “Hizbu-l-İsləm) arasında amansız savaş gedib, ölən və yaralananların sayı yüzlərlədir. 

Türkiyədə dinimizi siyasətlərinə alət edərək səs toplayıb vəzifələrdə oturanların qüdrətli bir dövləti içəridən necə zəiflətməyə çalışdıqlarının ayrıntıları da göz önündə. 

Bütün bunlar öz yerində. Bizi məşğul edən məsələnin görünməyən tərəfidir. Bu da ondan ibarətdir ki, məqsəd və məramlardan asılı olmayaraq siyasətlərdəki “din” möhürü əslində təbii olaraq müəyyən problemlər yaşayan xalqların bir növ etimad vizasını qazanmaqdan ötrü istifadə edilir.

Nə yazıq ki, siyasətlərə vurulan bu “din” möhürünün saxtalığını ayırd etmək sadə camaata çox zaman müyəssər olmur. Bunların arxasında dayanan qüvvələr müəyyən siyasi uğurları ilə toplumlara bədbəxtliklər də gətirə bilirlər. >>>

* * *

Quran simvolizmi

və klassik Şərq poeziyasında Gözəlin vəsfi

-13.11.2009-

Aida Qasımova, professor

İrfani şeirin mühüm istiqamətlərindən birini Gözəlin vəsfi təşkil edir. İlahi eşqi tərənnüm edən aşiq-ariflər Uca Varlığın vəsfi zamanı vəhdəti-vücuda müvafiq ilahi təcəllini özündə əks etdirən insanı, xüsusilə gözəl qadını təsvir və tərənnüm ediblər.

Bəzən bu təsvir və tərənnümdəki mistik əhvali-ruhiyyə və incə mənalar gündəlik həyatın adi axınına bənzər bir tərzdə, insan cəmiyyətinə xas ehtiras və boyalarla təsvir olunub.

İbn Ərəbi fəlsəfəsində Mütləq varlığın qadın gözəlliyi vasitəsilə dərki öz poetik təcəssümünü onun “Tərcümani Əşvaq” (Ehtirasların izahı) əsərində tapıb. Şərqin böyük mistiki bu əsəri Məkkədə rast gəldiyi fars gözəli Nizama həsr edib. İbn Ərəbi “Tərcümani Əşvaq”da dönə-dönə vəsf etdiyi Nizama həmin əsərin müqəddiməsində təriflər yağdırdıqdan sonra bildirir ki, bu əsərdə xatırladığım ad və üzərində göz yaşı axıtdığım oba ona (Nizama) aid olsa da, mən bununla sufilərin tutduğu yola müvafiq ilahi anlamları, ruha xas açıqlamaları, uca münasibətləri nəzərdə tutmuşam.

Onun fikrincə, qadına olan məhəbbət irfanın fəzilətləri cərgəsindədir. Çünki o, Peyğəmbərin sünnəsi olmaqla yanaşı həm də ilahi bir eşqdir. İbn Ərəbiyə görə, öz ad və atributları ilə varlıqlarda təcəlli edən Allahın ən mükəmməl təcəllisi gözəl qadın simasında reallaşıb. Təsadüfi deyil ki, İlahi Substansiyanı bildirən “Zat” sözü də ərəb dilində məhz qadın cinsindədir. 

İlahi eşqin tərənnümü Mütləq Gözəlin vəsfi ilə sıx vəhdət təşkil etdiyindən Sufi poeziyasının ilk nümunələrindən Gözəlin üz cizgilərinin təsvirinə xüsusi əhəmiyyət verilib. Bu sahədə ilk nümunələrdən biri kimi Əbu Bəkr əl-Şiblinin (861-945) aşağıdakı şeirini göstərə bilərik:

Onun gözlərində sehr və cadu vardır,

kimi istəsə öldürür, kimi istəsə dirildir.

O öz baxışları ilə aləmləri əsir edir,

sanki dünya onun köləsidir.

Əli-ayağı qandallı edam kürsüsünə aparılan əl-Hüseyn ibn Mənsur əl-Həllac da Mütləq Varlığı sanki dostcasına qınayan bir tərzdə aşağıdakı şeiri söyləyib:

Haqsızlıqdan uzaq olan həmpiyalə dostum

Bir qonaq kimi məni dəvət edib salamladı.

Piyalə məclisdə hərlənərkən o,

Cəllad kötüyünün və qılıncın

gətirilməsini buyurdu.

Orta çağlar Sufi şeirinin mühüm bir qolunu təşkil edən Azəri-türk poeziyasında gözəlin üz cizgilərinin – saçların, gözün, qaşın, kipriklərin, yanağın, xalın, buxağın, dişlərin və s. təsviri ilə bağlı mükəmməl obrazlar sistemi yaranmışdır. İrfani şeirin məziyyətlərindən biri bu cür təsvirlərdə Müqəddəs Qurana müraciət edilməsi, onun ayət və hökmlərinin İlahi varlığın mücəssəməsi olan insan simasında axtarılmasıdır.

Klassik şeirimizdə Gözəlin vəsfində Qurandan bəhrələnmə özünü iki istiqamətdə göstərir:

Birincisi, insan simasında müqəddəs yazı – ərəb əlifbasının müəyyən hərfləri və ayrı-ayrı Quran ayələri oxunur;

İkincisi, insan simasının cizgilərinin təsvirində Quran qissələri ilə bağlı obrazlara müraciət edilir. >>>



Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009