ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Analitika > Sivilizasiyalararası dialoq

Zaman haqqında düşünərkən

və elitanı transformasiya edərkən:

varislik və innovasiyalılıq

Ramiz Mehdiyev,
akademik,
Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının rəhbəri

“Yeni sivilizasiya gündəlik həyatımıza daxil olanda biz özümüzdən soruşuruq: bəlkə, biz də köhnəlmişik? Bizim nə qədər adətlərimiz, dəyərlərimiz, müəyyən olunmuş qaydalarımız və baxışlarımız şübhə altına alınır, ona görə də təəccüblü deyil ki, bəzən biz özümüzü keçmiş dövrün adamları, İkinci dalğa sivilizasiyasının qalıqları kimi hiss edirik.

Lakin əgər bunların bəziləri həqiqətən anaxronizmdirsə, onda bizim aramızda gələcəyin insanları - belə demək mümkündürsə, gələcək Üçüncü dalğa sivilizasiyasının gözlənilən vətəndaşları varmı? Bizi əhatə edən tənəzzül və dezinteqrasiyanın arxasında gələcəyin şəxsiyyətinin meydana çıxmaqda olan konturlarını, necə deyərlər, “yeni insanın" zühur etməsini görmək olarmı?"

E.Toffler, “Üçüncü dalğa" .

Əminəm ki, ölkənin dinamik inkişafı şəraitində tərəqqinin perspektivlərini necə təsəvvür etməyimiz barədə mülahizələrimizi bölüşmək, bu mülahizələri qərarların qəbul edilməsinə və onların həyata keçirilməsinə görə cavabdeh olanlarla əlaqələndirmək zəruridir. Qarşıdakı işlərin uğuru və həyata keçirilən dövlət siyasətinin səmərəliliyi çox vaxt bu və ya digər taleyüklü qərarları kimin və necə reallaşdıracağından asılı olur.

Ona görə də açıq danışmaq və hər birimizin bütün bu yolda öz həyat prinsiplərimizə möhkəm inanması lazımdır. Bu prinsiplərin mahiyyəti isə yalnız Vətənə ləyaqətlə xidmət etməkdən ibarətdir. 

Yeni dövrün postulatları

Mənim doğulub boya-başa çatdığım ölkə bu gün çox dəyişmişdir. Sovet imperiyasının süqut etdiyini bildirən Belovejsk sazişinin imzalanması ilə bu dünyanın nisbətən qısa bir müddətə solğunlaşmış birqütblü şəkil aldığı vaxtdan 17 ildən bir qədər çox keçmişdir. Təbii ki, bu sazişdən əvvəl vaxtilə vahid dövlət olmuş ölkənin parçalanmağa başlamasını göstərən başqa proseslər də getmişdir.

Yeltsin, Kravçuk və Şuşkeviç həmin sazişi imzalayanda sovetlər ölkəsinin ümumən yalnız adı qalmışdı, çünki endogen siyasi proseslər onun təməlini çoxdan dağıtmağa başlamış və nəticə etibarilə total parçalanma və iqtisadi durğunluq vəziyyətinə gətirib çıxarmışdı. Etnosiyasi münaqişələr keçmiş dövləti didib-dağıdırdı, bir vaxtlar “qardaş xalqlar" deyilən millətlər yeni ərazilər naminə bir-biri ilə döyüşməyə hazır idilər və bununla da tarixə və müasir bəşəriyyətə yenidən xatırlatmaq istəyirdilər ki, fərdin mahiyyəti demək olar ki, dəyişməz qalır.

Azərbaycan Belovejsk sazişinə 1991-ci il dekabrın 21-də qoşulmuşdur. Biz müstəqilliyimizi hələ oktyabrın 18-də elan etdiyimizə baxmayaraq, qeyri-adi dərəcədə günəşli olan həmin dekabr günündə mən azadlıq havası ilə nəfəs aldım, sanki zamanı dayandırmaq ümidi ilə qarşıdakı möhtəşəm dəyişikliklər barədə fikrə daldım.

Hələ üç il əvvəl, 1988-ci ilin may ayında Dağlıq Qarabağda baş verən hadisələrlə əlaqədar Moskvanın ədalətsiz siyasətinə cavab olaraq kütləvi xalq çıxışlarının başlandığı Azadlıq meydanını xatırladım. Respublika Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi kimi etirazçı özəklərin təşkilatçıları ilə keçirdiyim görüşlər, onların öz yığıncaqlarında qaldırdıqları məsələləri müzakirə etməyimiz gözlərim önündə canlandı.

Bəlkə də çoxları bunları bilmir və bu sətirlər onlara bir növ kəşf kimi görünəcək, lakin həmin kütləvi çıxışların təşkili və keçirilməsinə özləri kölgədə qalmağa çalışaraq, məhz Azərbaycan Kommunist Partiyası MK-nın bəzi büro üzvləri kifayət qədər mənəvi dəstək göstərirdi. İkili mövqe vəziyyəti ondan irəli gəlirdi ki, Sovet İttifaqı və onun repressiya aparatı hələ mövcud idi. Lakin Mərkəzin düşmənçilik siyasətinin başa düşülməsi bizlərdə – Dağlıq Qarabağdakı separatçılıq əhval-ruhiyyəsini şirnikləndirən Qorbaçov siyasətinin nə kimi təhlükəyə səbəb ola biləcəyini dərk edən insanlarda Azərbaycanın taleyi barədə təşviş doğurmaya bilməzdi.

Cəmiyyətdə o dövrün siyasi elitasının necə formalaşması və onu kimlərin təmsil etməsi barədə düzgün təsəvvür yaranmalıdır. Axı, sirr deyil ki, ölkənin rəhbər orqanlarında işləyənlər arasında həmin taleyüklü vaxtda Mərkəzə qulluq göstərməkdə davam edən və bununla da öz xalqının iradəsinə, onun ərazi bütövlüyünü qorumaq və tarixi ədaləti bərpa etmək cəhdlərinə qarşı çıxanlar da vardı. Xoşbəxtlikdən, millətin həqiqi maraqlarına yabançı olan həmin insanlar bu gün Azərbaycanda yoxdur.

Yəqin ki, indi Sovet İttifaqının nə olması barədə danışmağa dəyməz, çünki əvvəl necə yaşamağımıza və müstəqillik əldə etdikdən sonra nələr qazandığımıza tarix birmənalı qiymətini vermişdir. Müstəqilliyə və azadlığa can atmaq bəşəriyyət üçün həmişə dünyanın mahiyyətini dərk etməyin yüksək və müqəddəs məqamı olmuşdur. Daim başqa dövlətlərin əsarəti altında və ya onlardan asılı vəziyyətdə yaşamağa razılaşan cəmiyyətləri təsəvvür etmək çətindir.

Azadlıq və müstəqillik gec-tez millətlərin inkişafının təsirli amillərinə çevrilmiş, onlar buna doğru getmişlər. Lakin hər bir halda millətləri azadlığa və həqiqi müstəqilliyə ümumi kütlə arasında öz zəkası, istedadı və xarizması ilə fərqlənən insanlar qovuşdurmuşlar. J.J.Russonun təbirincə desək, siyasi Orqanizm məhz insanların bu kateqoriyası sayəsində salamat qala və öz vətəndaşları naminə inkişaf edə bilir.

Azərbaycanın müasir inkişafını müəyyən edən bir sıra məsələlərdə Azərbaycan cəmiyyətinin total transformasiyası nəzərə alınmaqla vaxtında təshihlər və dəyişikliklər edilməsinə ehtiyac var. Tamamilə aydındır ki, postmodern postsovet məkanındakı keçid cəmiyyətlərinin qapılarını getdikcə intensiv şəkildə döyür və bizim adət etdiyimiz davranış normalarını və stereotipləri tədricən dəyişir. >>>

* * *

Dinlərin və sivilizasiyaların dialoqu

-13.11.2009-

Səlahəddin Xəlilov,
AMEA-nın müxbir üzvü, professor

Üçüncü minilliyə keçid dövründə bəşəriyyətin sanki bir hesabat vermək məsuliyyəti yaranmış, ümumbəşəri özünüdərk problemləri aktuallaşmışdır. XXI əsr sivilizasiyalararası dialoq ideyası ilə başlanmışdır. Son illər ərzində müxtəlif ölkələrdə dəfələrlə bu mövzuda müzakirələr aparılmış, beynəlxalq konfranslar, simpoziumlar keçirilmişdir.

Bu məsələ BMT, UNESCO, digər beynəlxalq təşkilatlar və bir çox dövlət başçıları tərəfindən də dəfələrlə gündəmə gətirilmiş, qlobal problemlərin bütün dünya xalqlarının birgə səyləri ilə həll edilməsi zərurəti vurğulanmış, sülh və əmin-amanlıq, mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsi üçün belə bir dialoqun qaçılmaz olduğu göstərilmişdir.

Lakin ən önəmli məsələ "sivilizasiyalararası" dedikdə hansı sivilizasiyaların nəzərdə tutulması məsələsidir. Bir çox hallarda söhbət Şərq və Qərb, digər hallarda İslam və Xristian sivilizasiyalarından gedir.

Biz sivilizasiyanın dini əlamətə görə bölünməsinin əleyhinəyik. Şərq və Qərb sivilizasiyalarından danışılması bizə daha məntiqli görünür. Amma bu bölgünün özü də nisbidir. Belə ki, əslində vahid ümumbəşəri bir sivilizasiya vardır ki, bütün xalqlar və bölgələr bu prosesdə müəyyən dərəcədə iştirak etmişlər və onların hamısının bu sivilizasiyadan bəhrələnməyə haqqı var. Bununla belə, bəşəriyyətin inkişafı bütöv və ardıcıl proses olmayıb, müəyyən diskret inkişaf aktlarına ayrıldığına görə, söhbət çox vaxt müxtəlif coğrafi-siyasi bölgələrdə və konkret bir dövrdə formalaşmış olan proseslərdən, yəni lokal sivilizasiyalardan gedir.

Məsələn, sivilizasiya tarixi sahəsində müntəzəm surətdə tədqiqatlar aparmış A.C.Toynbi bəşər tarixini sivilizasiyaların əvəzlənməsi kimi nəzərdən keçirir və bu zaman ayrı-ayrı dövrlərdən, imperiyalardan, coğrafi, dini və hətta etnik-milli bölgülərdən istifadə edir. Yəni əslində nisbi daxili tamlığa malik böyük ictimai birliklərin yaranması, inkişafı və süqutundan bəhs olunur. Ümumbəşəri tərəqqi bax beləcə, lokal inkişaf proseslərinin dinamik məcmuyu, sintezi kimi götürülür. Lakin bu lokal proseslər necə toplana bilər və onlar vahid ümumbəşəri inkişafın ünsürləri kimi nə dərəcədə bir-birlərini tamamlaya bilərlər?

Lokal sivilizasiyaların toplanması məsələsi çox ciddi elmi-fəlsəfi problemdir. Hələlik bu sahədə tədqiqatlar demək olar ki, aparılmır. Əvəzində ayrı-ayrı lokal sivilizasiyalar qarşılaşdırılır və onların ümumi cəhətlərindən daha çox, fərqli cəhətləri önə çəkildiyinə görə, "sivilizasiyaların toqquşması" ideyası ortaya atılır. >>>

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009