ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Analitika > Çağdaş inkişaf və qloballaşma

Azərbaycanın modernləşməsi və aktiv diplomatiya kursu

-14.11.2009-

Ötən əsrin 90-cı illərinin əvvəllərində Sovetlər birliyinin süqutu tək siyasi palitranın nisbətən yekrəng və sabit göründüyü Avropa qitəsinin deyil, bütövlükdə bütün dünyanın siyasi arxitekturasında müəyyən təshihlərə obyektiv zəmin yaratdı.

Yenicə təşəkkül tapan və formalaşmaqda olan coğrafi-siyasi vahidlər dünya siyasi sisteminə fəal inteqrasiya xətti tutdular. Dünya siyasətini məşğul edən belə məkanlardan biri də Cənubi Qafqaz regionudur.

Regional lider kimi qlobal təhlükəsizlik sistemində iştirak

Sovetlər birliyinin süqutundan sonra Cənubi Qafqazda geosiyasi proseslərin intensivliyi ilə böyük dövlətlərin maraqlarının müəyyən məqamlarda kəsişməsi paralellik təşkil edir. Artıq dünyanın və regionun aparıcı dövlətləri həmin gerçəklikdən çıxış edərək Cənubi Qafqaz siyasətlərini tənzimləyirlər. Bunların fonunda region dövlətlərinin yeritdikləri daxili və xarici siyasətin aktuallığı daha da artır. O cümlədən, Azərbaycanın bölgədəki mövqeyi daha böyük əhəmiyyət kəsb etməyə başlayır. Bunun əsas səbəbi Azərbaycanın Cənubi Qafqazın iqtisadi və mədəni baxımdan ən potensiallı dövləti olmasıdır.

Azərbaycanı Cənubi Qafqazın lider dövləti kimi dünyanın aparıcı ölkələri artıq qəbul etmişlər, regionda yeritdikləri siyasətdə həmin faktoru ciddi olaraq nəzərə alırlar. Bu baxımdan Prezident İlham Əliyevin 2005-ci il iyunun 16-da "Ukraynaya həsr edilmiş növbədənkənar "dəyirmi masa" beynəlxalq sərmayə forumunun ilk genişləndirilmiş iclasının açılışı zamanı söylədiyi aşağıdakı fikirlər diqqəti çəkir:

"Biz hesab edirik ki, bölgəmizin gələcəyi bizim cəmiyyətimizin nə dərəcədə uğurla modernləşməsindən asılı olacaq. Yəni demokratik islahatların inkişafı, iqtisadi islahatların həyata keçirilməsi siyasi sistemin, bizim cəmiyyətimizin modernləşdirilməsi siyasətindəki aktivliyimizdən asılı olacaq". >>>

* * *

Ramiz Mehdiyev, Prezident Administrasiyasının rəhbəri, akademik: 

“Biz indi 10 il əvvəlki ölkə deyilik.

Biz dəyişmişik və özümüzə qarşı münasibəti də dəyişirik”

-30.03.2009-

“İzvestiya” qəzetinin 2009-cu il 19 mart tarixli nömrəsində Azərbaycana həsr edilmiş tematik əlavədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin müsahibəsi dərc olunmuşdur.

► “Hamıya məlumdur ki, məhz iqtisadi rifah milli demokratik tranzitin mahiyyətini və uğurunu irəlicədən müəyyənləşdirir. Bu tranzit Azərbaycan cəmiyyətində qlobal transformasiyanın tələbləri və şərtləri əsasında islahatlar aparmağa imkan vermişdir.

► İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, təmsilçi demokratiyanın əsasını sərbəst bazarın təşəkkülündə ifadə olunmuş iqtisadi demokratiya təşkil edir. Məhz bu səbəblərə görə Prezident İlham Əliyev belə bir məntiqi əsas götürür ki, demokratiyanı möhkəmlətməyin ən yaxşı üsulu sərbəst bazar münasibətlərinin təşviq edilməsidir”

► “Biz açıq və demokratik cəmiyyəti inkişafımızın prioriteti kimi müəyyən etmişik. Bu, bizim strateji seçimimiz, dövlət siyasətinin ən mühüm vektorudur. Demokratikləşmənin təkamül və suveren xarakteri siyasi sistemin səmərəli inkişafını, vətəndaş cəmiyyətinin sabit inkişafını təmin etməyə imkan verir"  

► “Əsrlər boyu yaranmış milli ənənələri bir anda məhv etmək mümkün deyil və ümumiyyətlə, xalqın milli xüsusiyyətlərinə məhəl qoymamaq ağılsızlıqdır. Demokratiyanın kənardan zorla qəbul etdirilməsi cəhdləri bu gün İraqda və Əfqanıstanda müşahidə etdiyimiz vəziyyətlərə gətirib çıxarmışdır”  >>>

* * *

Qloballaşma dövründə mədəniyyətlərin qarşılıqlı təsiri

-16.06.2009-

AzərTAc xəbər verir ki, iyunun 15-də Moskvada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qloballaşma dövründə mədəniyyətlərin qarşılıqlı təsiri” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

Konfrans Heydər Əliyev Fondunun Moskvadakı nümayəndəliyi, Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutu, M.V.Lomonosov adına MDU-nun qlobal proseslər fakültəsi, AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu və Rusiya Fəlsəfə Cəmiyyəti tərəfindən təşkil edilmişdir.

15 iyun – Milli Qurtuluş günü ilə əlaqədar keçirilmiş konfransda görkəmli Rusiya və Azərbaycan alimləri iştirak etmişlər.

Rusiya Elmlər Akademiyası Fəlsəfə İnstitutunun konfrans zalında keçirilmiş tədbiri açan institutun direktoru, akademik Əbdüsəlim Hüseynov konfransı əlamətdar hadisə adlandırmış, müzakirəyə çıxarılan qlobal məsələlərin aktuallığını vurğulamışdır.

Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva çıxışında bildirmişdir ki, Azərbaycan xalqı 15 iyun tarixini Milli Qurtuluş günü kimi qeyd edir.

Leyla Əliyeva demişdir: “Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ciddi iqtisadi və siyasi problemlərlə qarşılaşdı. İqtisadi tənəzzül keçirən, Ermənistan tərəfindən hərbi müdaxiləyə məruz qalan Azərbaycan vətəndaş müharibəsi astanasında idi. Çoxdan gözlənilən müstəqillik təhlükə qarşısında qalmışdı. Yalnız Heydər Əliyevin 1993-cü il iyunun 15-də hakimiyyətə qayıdışı vəziyyəti kökündən dəyişdirməyə imkan verdi, suveren Azərbaycan dövlətinin əsası qoyuldu. Heydər Əliyev bütün ömrünü öz ölkəsinə, Vətəninə həsr etmişdi, onun müdrik siyasəti sayəsində Azərbaycan bu gün inkişaf edir və çiçəklənir. Azərbaycan iqtisadi inkişaf sürətinə görə bir neçə ildir ki, lider mövqeyindədir, ölkədə nəqliyyat, energetika sahələri üzrə iri regional layihələr həyata keçirilir, sosial problemlər həll olunur. Bir sözlə, həyatın bütün sahələrində inkişaf aydın hiss edilir.

Bu gün Heydər Əliyev cismən aramızda yoxdur, lakin müstəqil Azərbaycan yaşayır, ümummilli liderin bütün həyatını həsr etdiyi iş, onun ideyaları yaşayır, bu il yaradılmasının beş ili tamam olmuş Heydər Əliyev Fondu yaşayır. Bu dövr ərzində Heydər Əliyev Fondu Azərbaycan xalqının demək olar ki, bütün təbəqələrinin etimadını və dəstəyini qazanmışdır. Bu gün Fond təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərir və təməli Heydər Əliyev tərəfindən qoyulmuş xeyirxah işləri davam etdirir.

Mənim üçün xoşdur ki, qloballaşan dövrdə mədəniyyətlərin qarşılıqlı təsiri mövzusunda keçirilən bugünkü konfrans Heydər Əliyevin xatirəsinə həsr edilmişdir. Nadir geosiyasi mövqeyə malik, Qərblə Şərq arasında əsl körpü olan və qədim İpək Yolunda yerləşmiş Azərbaycan, həm Şərq və həm də Qərb mədəniyyətini özündə əks etdirir.

Xalqımız əsrlər boyu tolerantlıq və dözümlülük ruhunda tərbiyə edilmişdir. Biz adət və ənənələrimizi dərindən qiymətləndirir, eyni zamanda dünya ölkələrinin bir-birindən fərqli mədəniyyətlərinə böyük hörmət bəsləyirik. Bu gün kifayət qədər mükəmməl dünya birliyində Azərbaycan tolerantlıq nümunəsi ola bilər. >>>

* * *

Inteqrasiya və biz

Mövcud konseptual və real modellərə Azərbaycandan baxış

Rəbiyyət Aslanova,
fəlsəfə elmləri doktoru, professor,
Milli Məclisin İnsan hüquqları
daimi komitəsinin sədri

Bu gün dünya yeni "inteqrasiya dalğasını" yaşayır. XXI yüzilliyin əvvəli inteqrasiya fenomeninin mahiyyətinə, suveren dövlətlərin inkişafına onun təsirinin öyrənilməsinə son dərəcə artan ictimai və elmi maraqla səciyyələnir.

Azərbaycanda da yaxın və uzaq əhatədə gedən sürətli inteqrasiya proseslərinin dərin təhlilinə, ölkəmizin milli təhlükəsizliyinə və perspektivlərinə, yeni geosiyasi reallıqda başlıca inkişaf vektorlarının seçiminə, Avropa və MDB ölkələri ilə dəyişən şəraitdə qarşılıqlı münasibətin və əməkdaşlığın optimal formatının müəyyənləşməsinə olan zərurət bu proseslərin elmi əsaslandırılmış konsepsiyasının olmasını tələb edir.

"Böyük Avropa"nın 2001-ci ildən tərkib hissəsi olan Azərbaycanda inteqrasiyanın milli strategiyasını - demokratik və hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, bazar iqtisadiyyatının formalaşdırılması, ümumi şəkildə deyilsə, ölkəmizlə Avropa arasında ümumi dəyərlərin, təmas nöqtələrinin müəyyənləşdirilməsi təşkil edir. Buraya həmçinin Avropa və dünya ilə ümumi- iqtisadi, siyasi, elmi, informasiya, mədəniyyət, daxili və xarici təhlükəsizlik məkanlarının formalaşdırılması da bilavasitə daxildir.

İnteqrasiya probleminin dünya inkişafının konkret təcrübi reallığı səviyyəsindən, dövlətlərin daxili və xarici siyasətindəki dönüş nöqtələrini müəyyən edən həyati vacib məsələ kimi nəzəri təhlil səviyyəsinə qədər genişlənməsi son yarım əsrdə aşkar müşahidə olunan meyillərdən birinə çevrilmişdir. Bu baxımdan qeyd etmək vacibdir ki, inteqrasiya məsələlərinin bu gün dünya inkişafının mövcud yeni reallıqları və perspektivləri işığında təhlili son dərəcə aktuallıq kəsb edir.

Bugünə qədərki inteqrasiya proseslərinin müzakirəsinin nəticələrini ən ümumi şəkildə səciyyələndirməyə çalışsaq, deyə bilərik: beynəlxalq inteqrasiya prosesləri son dərəcə çoxşaxəli, rəngarəng məzmunlu fenomendir. Onun konkret mükəmməl ifadəsinin indiyə qədər formalaşmamasının səbəbini məhz prosesin ifadə etdiyi fövqəlmürəkkəb hadisə, faktlar və ziddiyyətli, bəzən bir-birini istisna edən şərhlər və nəzəri mövqelər şərtləndirir. >>>



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009