ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Sorğu

Qarabağın tarixi həqiqətlərini dünyaya çatdıra bilirikmi?
Hələ çox iş görülməlidir
Xeyr
Bəli
Qarabağ məsələsi təbliğatla həll olunası deyil
Digər sorğular

Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Qarabağ > Münaqişə

 * * *

Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayəti

və erməni iddialarının pərdəarxası

 

Daşnak Ermənistanının 1918-1920-ci illərdə Azərbaycanın Qarabağ bölgəsinə olan iddialarını sovetləşmədən sonra Ermənistan SSR davam etmişdir.

Ermənistan SSR-in Azərbaycanın bu hissəsinə olan ərazi iddialarına cavab olaraq, 5 iyul 1921-ci il tarixində Rusiya Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsinin Qafqaz Bürosu qərar qəbul etmişdir ki:

Müsəlmanlar ilə ermənilər arasında milli sülhün zərurətini, Yuxarı və Aşağı Qarabağın iqtisadi əlaqələrinin vacibliyini və Yuxarı Qarabağın Azərbaycanla daimi əlaqələrini nəzərə alaraq, Dağlıq Qarabağ Azərbaycan Sovet Sosialist Respublikası sərhədlərində saxlanılsın və Şuşa şəhəri inzibati mərkəz olmaqla, Dağlıq Qarabağa geniş muxtariyyət verilsin.

1923-cü il iyulun 7-də tarixində əhalisinin əksəriyyətini ermənilər təşkil edən Qarabağın dağlıq hissəsində Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) yaradıldı. Muxtariyyətin inzibati mərkəzi kimi Xankəndi şəhəri müəyyənləşdirildi. 1923-cü il oktyabrın 6-da şəhərin adı dəyişdirilərək, daşnak-bolşevik Stepan Şaumyanın şərəfinə Stepanakert adlandırıldı.

DQMV-nin sərhədləri elə müəyyənləşdirilmişdi ki, erməni əhalisinin çoxluğu təmin edilsin. Bölgədə aparılmış son rəsmi statistikaya - 12 yanvar 1989-cu il tarixli əhalinin siyahıya alınmasına əsasən, muxtar vilayətin əhalisinin sayı təxminən 189 min nəfər təşkil etmişdir. Onlardan təxminən 139 mini erməni (73,5 faiz), təxminən 48 mini azərbaycanlı (25,3 faiz) və təxminən 2 mini digər millətlərin nümayəndələri (1,2 faiz) idi.

Ermənistanda isə o vaxt kompakt şəkildə yaşayan 200 mindən çox azərbaycanlıya isə istər SSRİ-nin mərkəzi hökuməti, istərsə də Ermənistan SSR hökuməti tərəfindən mədəni muxtariyyət verməkdən belə imtina edilmişdir.

Erməni təbliğatı Dağlıq Qarabağ münaqişəsinin başlanmasının səbəblərindən biri kimi bölgədə guya erməni əhalisinə qarşı ayrı-seçkilik edilməsini göstərir. Dağlıq Qarabağın erməni əhalisinə qarşı ayrı-seçkilik iddialarına gəldikdə, tənqidi araşdırmalar bunun əksini sübut edir.

Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibində muxtar vilayət statusu 1936 və 1977-ci illər SSRİ Konstitusiyalarında təsbit olunmuşdur. DQMV özünü idarəetmənin bütün əsas elementlərinə sahib idi. SSRİ və Azərbaycan SSR Konstitusiyalarına əsasən, DQMV-nin hüquqi statusu DQMV Xalq Deputatları Soveti tərəfindən Azərbaycan SSR Ali Sovetinə təqdim edilmiş və 16 iyun 1981-ci il tarixində qəbul edilmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” Qanunla tənzimlənirdi.

Milli ərazi vahidi kimi DQMV inzibati muxtariyyət formasına və əhalisinin xüsusi tələbatlarının həyata keçirilməsini təmin edən bir sıra hüquqlara malik idi. Keçmiş SSRİ-nin Konstitusiyasına uyğun olaraq, DQMV SSRİ Ali Sovetinin Millətlər Sovetində 5, Azərbaycan SSR Ali Sovetində isə 12 deputatla təmsil olunurdu.

DQMV-nin hakimiyyət orqanı olan Xalq Deputatları Soveti geniş səlahiyyətlərə malik idi. O, milli və digər xüsusiyyətləri nəzərə alaraq, vilayətdə yaşayan vətəndaşların maraqları əsasında bütün yerli məsələləri həll edirdi.

Erməni dili bütün hökumət, inzibati və məhkəmə orqanları, həmçinin prokurorluğun işində, eyni zamanda vilayət əhalisi əksəriyyətinin dil tələbatını əks etdirən təhsildə də istifadə edilirdi. Erməni dilində yerli televiziya və radio verilişləri, qəzet və jurnalların nəşri təmin edilirdi.

1971-ci ildən 1985-ci ilədək DQMV-nin inkişafına 483 milyon rubl sərmayə qoyulmuşdu. Bu, ötən 15 ildəkindən 2,8 dəfə artıq idi. 1981-1985-ci illərdə ötən 20 il ərzindəkinə nisbətən adambaşına kapital sərmayələrinin həcmi təxminən 4 dəfə artmışdı (1961-1965-ci illərdəki 59 rubla qarşı 1981-1985-ci illərdə 226 rubl).

Əvvəlki 15 il ərzində Azərbaycanda mənzil tikintisi adambaşına 3.64 kv.m. təşkil edirdisə, DQMV-də bu rəqəm 4.76 kv.m. idi. 10 000 nəfər üçün xəstəxana çarpayılarının sayı respublikanın digər rayonlarındakından 15 faiz artıq idi.

DQMV məktəbəqədər yerlərin sayına görə respublikanın rayonları arasında nisbətən yüksək yer tuturdu. Belə ki, 1971-1985-ci illər ərzində vilayətdə 10 000 nəfərə düşən uşaq müəssisələrinin sayı respublika üzrə orta göstəricidən 1,4 dəfə artıq idi. Bu həmçinin ümumtəhsil məktəblərində 10 000 nəfər əhaliyə olan yerlərin sayına da aiddir. Bu göstərici üzrə DQMV respublıika üzrə orta göstəricidən 1,6 dəfə irəlidə idi.

Ümumiyyətlə, mənzil, mal və xidmətlərin təmin edilməsinə görə DQMV-nin göstəricilərinin respublika göstəricilərindən yüksək olması faktı vilayətin sosial və mədəni inkişafı üçün xarakterik idi. DQMV mənzillərində adambaşı yaşayış sahəsi respublikadakı orta göstəricilərdən təxminən 0,3 dəfə, kənd əhalisinin yaşayış sahəsi isə respublikada kəndlilərə məxsus yaşayış sahəsindən, demək olar, 1,5 dəfə artıq idi.

Vilayət əhalisinin daha böyük saylı orta səviyyəli tibbi personalın (1,3 dəfə artıq) xidmətlərindən və xəstəxana çarpayılarından (3 faiz artıq) istifadə etmək imkanı var idi. Mədəni və informasiya xidmətləri göstərən daha geniş şəbəkə (3 dəfə artıq kinoteatr və klub və 2 dəfə artıq kitabxana) mövcud idi. Hər 100 oxucuya 1,6 dəfə artıq kitab və jurnal düşürdü. Əslində DQMV bütövlükdə Azərbaycanla müqayisədə daha sürətlə inkişaf edirdi.

Məsələn, 1970-1986-cı illər ərzində respublikada sənaye istehsalı 3 dəfə artdığı halda, DQMV-də 3,3 dəfə artmışdı (artımın sürəti 8,3 faiz yüksək idi). 1986-cı ildə vilayətdə 1970-ci ilə nisbətən 3,1 dəfə artıq daşınmaz əmlak istifadəyə verilmişdi; respublika üzrə bu rəqəm 2,5 idi.

Əsas sosial inkişaf göstəricilərinə gəldikdə, DQMV bu sahədə də ümumrespublika yaşayış göstəriciləri standartlarını qabaqlayırdı. Bütün respublikada, o cümlədən vilayətdə mədəniyyət müəssisələrinin inkişafında əhəmiyyətli tərəqqi müşahidə olunurdu. 1988-1989-cu tədris ilində Dağlıq Qarabağda erməni dilini tədris dili kimi istifadə edən 136 orta ümumtəhsil məktəbi (16 120 şagird) və 13 beynəlxalq məktəb (7 045 şagird) mövcud idi.

Ümumiyyətlə, Azərbaycanda qeyd olunan tədris ili ərzində 181 etməni (20 712 şagird) və 29 beynəlxalq (12 766 şagird) məktəb fəaliyyət göstərirdi. Xankəndi Dövlət Pedaqoji İnstitutunda əksəriyyəti ermənilərdən ibarət 2 130-dan artıq tələbə Azərbaycan, erməni və rus bölmələrində təhsil alırdı.

Bundan əlavə, Dağlıq Qarabağda erməni və rus dillərində təhsil verən onlarla ixtisaslaşdırılmış orta məktəb və peşə hazırlıq məktəbi mövcud idi. Erməni dilində beş müstəqil dövrü nəşr çapdan çıxırdı. Respublikanın dağlıq rayonlarında və paytaxtdan uzaqda yerləşən Azərbaycanın digər inzibati ərazi vahidlərindən fərqli olaraq, DQMV televiziya və radio proqramlarının qəbulu üçün texniki infrastruktur ilə təchiz edilmişdi.

Yuxarıda qeyd olunduğu və DQMV-nin Azərbaycanın tərkibində mövcudluğu və inkişafının göstərdiyi kimi, muxtariyyət forması əhalinin spesifik iqtisadi, sosial, mədəni və milli xüsusiyyətlərini və muxtar regionda həyat tərzini tam şəkildə əks etdirirdi. Bütün bunların fonunda ermənilərin 1988-ci ildə Dağlıq Qarabağda başladıqları aqressiv separatizm hərəkatı məhz Azərbaycan ərazilərinin qoparılmasına hədəflənmişdi.

Ermənilər Dağlıq Qarabağı Azərbaycandan qoparmaq üçün hələ 1940-cı illərdə SSRİ rəhbərliyinin razılığını almağa çalışmışdılar.

SSRİ Xalq Komissarları Soveti sədrinin (İ.Stalin) müavini olan Anastas Mikoyan başda olmaqla ermənilərin Moskvada əyləşən liderlərinin bu yöndə cəhdlərinə xarici ölkələrdəki güclü erməni diasporu da dəstək verirdi. Xaricdəki erməni diasporu dünya ictimaiyyətində Dağlıq Qarabağ barədə yanlış rəy yarada bilmişdilər.

Lakin həmin dövrdə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə nail olmayan, əvzində 100 min azərbaycanlının Ermənistandan köçürülməsinə (1948-1953) nail  olan ermənilər, nəhayət, 80-ci illərin sonunda bu iddianın həyata keçməsi üçün əlverişli imkan qazandılar.

1987-ci ilin payızında ermənilər Qarabağ iddialarına SSRİ-nin rəhbəri Mixail Qorbaçovun şifahi razılığını ala bildilər. Azərbaycanın o zamankı rəhbərliyi və geniş ictimaiyyəti isə erməni separatçılarının və onların müdafiəçilərinin yeni taktikası qarşısında hazırlıqsız idi.

 



Baku

World time




 "Azərbaycan tarixi günbəgün"
  kitab-təqvimi təqdim edirik

             
Yüklə

 

  

Xəbərlər

İşğala son qoyulmayınca ermənilərlə heç bir əlaqədən söhbət gedə bilməz [2010-09-08]

Qarabağın azərbaycanlı icmasının nümayəndələri Avropa Birliyinin təmsilçisi ilə görüşüblər


ətraflı

Rusiya prezidenti Bakı və Yerevanı sülh danışıqlarını sürətləndirməyə çağırıb [2010-09-03]

Medvedevin sözlərinə görə, Rusiyanın Ermənistandakı bazasının Azərbaycana heç bir təhlükəsi yoxdur


ətraflı

Qubadlı rayonunun işğalından 17 il ötdü [2010-08-31]
Rayonun 93 kəndi və Qubadlı şəhəri erməni silahlı qüvvələri tərəfindən talan edilib
ətraflı

Rusiya Azərbaycanı özünə mühüm tərəfdaş hesab edir [2010-08-28]

Rusiya XİN rəhbəri Sergey Lavrov azərbaycanlı jurnalistlərə müsahibə verib


ətraflı

Böyük qəhrəmanlıq haqqında yığcam teletarixçə [2010-08-27]

ətraflı

Cəbrayıl və Füzuli rayonlarının işğalından 17 il ötdü [2010-08-23]

ətraflı

“Qarabağ saqası. Pyotrdan Pavelə qədər” [2010-08-21]

Moskvada azərbaycanlı alim Emin Məmmədlinin kitabı çapdan çıxıb


ətraflı

Ermənistandakı Rusiya bazasının müddəti 2044-cü ilədək uzadıldı [2010-08-20]

ətraflı

Rusiya Ermənistanın təhlükəsizliyinin təminatını üzərinə götürür [2010-08-14]

Ermənistandakı Rusiya hərbi bazasının fəaliyyət müddəti 49 ilədək uzadılacaq


ətraflı

Türkiyənin 18 il öncə Ermənistana səfir göndərmək istədiyi diplomat [2010-08-05]

“Qarabağın işğalını öz torpağımızın işğalı kimi qəbul edirik”

 


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009