ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Sorğu

Qarabağın tarixi həqiqətlərini dünyaya çatdıra bilirikmi?
Hələ çox iş görülməlidir
Xeyr
Bəli
Qarabağ məsələsi təbliğatla həll olunası deyil
Digər sorğular

Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Diaspora > Dövlət siyasəti

Milli diaspor hərəkatından qurultaya gələn yol

Vətən tarixində ilk dəfə olaraq bütün dünyaya səpələnmiş soydaşlarımız bir yerə toplaşaraq, Dünya azərbaycanlılarının I qurultayını keçirirlər.

Milli birlik, həmrəylik, milli özünüdərkin yeni səviyyəsini ifadə edən bu hadisəyə millətini sevən hər bir azərbaycanlı yalnız sevinə bilər və sevinməlidir. Yoxsa ki, yenə də xırda hissləri, lokal maraqları irəli çəkib, ümummilli məsələlərdən söhbət gedərkən, onu gözdən salmaq, önəmini azaltmaq, məqsəd və mənasını təhrif etmək cəhdləri lüzumsuzdur.

Qurultay günlərində işgüzarlıq və bayram ovqatı eyni dərəcədə mənalıdır. Dünyanın hər yerindən həmvətənlərimiz müstəqil Vətənə, müstəqil dövlətimizin 10 illiyini qeyd elədiyimiz bir zamanda yığışır, onun uğurlarını, qələbələrini yaşayır, eyni zamanda problemləri, dərdləri, qayğıları ilə daha yaxından tanış olur, ona ağrıyır, şərik çıxırlar. Dünya azərbaycanlıları anlayışı məhz bu günlərdə kəskin aktuallıq kəsb edir, stixiyalı gəlişmə proseslərindən siyasi gündəmə çıxaraq real məzmun qazanır.

Dünyanın 37 ölkəsindən qurultaya 600 nümayəndə gəlir. Dünyaya yayılmış soydaşlarımızı təmsil etmək baxımından bu, heç də kiçik rəqəm deyil. Qurultayda Vətənin, xalqın, millətin çoxsaylı problemlərindən indiki halda hansılar qabardılacaq, hansılara ilk növbədə diqqət yetiriləcək, dünya azərbaycanlılarının milli problemlərin həllində yeri, rolu, statusu məsələləri necə müəyyənləşəcək - qabağa qaçmadan bir şey şübhə doğurmur ki, hər hansı halda işgüzarlıq qurultayın əsas komponentlərindən olacaq.

Siyasiincəliklərindən asılı olmayaraq, mən dünya azərbaycanlılarının hazırkı qurultayını soydaşlarımızın Avropada, yaxud dünyanın hər hansı başqa yerində keçirdikləri I, II, III, ya neçənci qurultayları, konqresləri ilə müqayisəni tamamən yanlış sayıram; hətta eynilə "dünya azərbaycanlılarının qurultayı" adlandırılsa belə.

Dünyanın harasında olursa-olsun, azərbaycanlıların fəaliyyət əzmilə millət məqsədləri ətrafında toplaşmaları özlüyündə önəmli hadisədir; amma hər hansı halda bu, dünya azərbaycanlılarının məhz Vətən ətrafında birləşib, müstəqil Azərbaycan Respublikasında keçirdikləri ilk qurultayının yanında lokal bir hadisə sayılmalıdır. Azərbaycan Respublikasının prezidenti xarici ölkələrdə həmvətənlərimizlə görüşlərində məxsusən vurğulamışdır ki, müstəqil Azərbaycan Respublikası azərbaycanlıların dünyada yeganə dövlətidir; o, dünya azərbaycanlılarının da məbədgahı olmalıdır.

Belə bir məqama diqqət yetirmək gərəkdir ki, Azərbaycan siyasi mühacirətinin artıq uzun bir tarixi olduğu halda, hələ dünənə qədər dünya azərbaycanlıları anlayışı bir millət həqiqəti kimi, dünyanın ictimai-siyasi xəritəsində yeri olan real məfhum kimi ortaya çıxmamışdır.

Siyasi mühacirlik bizdə tarixi məzmunu, səbəbləri, gedişatı, nəticələri olan hadisədir. Müstəqilliyə qovuşduğumuz son on ildə bunu öyrənən bir sahənin - mühacirşünaslığın sürətlə irəliləməsi gəlməsi də bunun faktıdır. Azərbaycan siyasi mühacirətinin tarixini iki yüz il öncə Rusiya və İran arasında ikiyə bölünmüş Vətənin övladlarının dünyaya səpələnməsilə başlayanlar yanılmırlar; həmin tarixi səbəb iki əsrə yaxın müddətdə azərbaycanlıların dünyaya yayılmasının başlıca generatoru rolunu oynamışdır.

Ölkəmizdən ən böyük mühacir axını, təbii ki, Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan, ölkəmizin bolşevik işğalından sonra baş vermişdir. Vətəni tərk etməyə məcbur olmuş mühacirlər bu zaman Türkiyəyə, Avropaya, bütün dünyaya yayılmışlar. Bunların arasında xalqımızın görkəmli oğulları da olmuşdur, M.Ə.Rəsulzadə, Ə.Ağaoğlu, Ə.Topçubaşov, C.Hacıbəyli, M.B.Məmmədzadə, A.İldırım, Ə.Yurdsevər, Ə.Cəfəroğlu və yüzlərlə başqaları yaşadığı ölkələrdə ictimai-siyasi, elmi-ədəbi fəaliyyətlə məşğul olaraq böyük nüfuz da qazanmışlar.

Başda M.Ə.Rəsulzadə olmaqla bir çox mühacirlər burda siyasi təşkilatlanmaqla, cəmiyyətlər, kültür dərnəkləri yaratmaqla, mətbuat və nəşrlər vasitəsilə milli ideyaları yaşatmağa çalışmışlar. Amma bütünlükdə siyasi məqsəd konkret - AXC-nin hakimiyyətini bərpa etmək, Vətənə dönmək olduğundan bu fəaliyyət müstəqim diasporların, icmaların yaranmasına gətirib-çıxarmamış, son halda sovet hakimiyyətinin Azərbaycanda möhkəmlənə bilməsi ilə ümumən səngimişdir.

Bunun səbəblərini daha dərindən öyrənmək, əlbəttə, mühacirşünasların qarşısında durur; amma faktdır ki, on il bundan öncə Azərbaycan xalqı imperiya təzyiqi, erməni təcavüzü, beynəlxalq aləmdən təcrid faktoru ilə üz-üzə qaldıqda dünyanın bir çox ölkələrində yaşayan həmvətənlərimiz etiraz səslərini ucaltsalar da, özlərini vahid, mütəşəkkil qüvvə olaraq hiss edə bilmədilər, haqq səsimizi dünya ictimaiyyətinə çatdıra bilmədilər.

Dünya azərbaycanlılarının həyatında əsl dönüş məhz bundan sonra - müstəqil Azərbaycan dövlətçiliyinin bərpası tarixindən başlayır. 1993-cü ildə xalqın israrlı tələbi ilə Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra məxsusi diqqət yetirdiyi məsələlərdən biri də dünya azərbaycanlıları problemi, azərbaycanlıların yaşadığı ölkələrdə təşkilatlanması, diasporlar yaratması, fəal şəkildə milli proseslərdə iştirakı məsələsi oldu. İlk növbədə məhz Vətən itkin düşmüş övladlarını aradı, soraqladı, səslərinə səs, fəaliyyətlərinə önəm verdi.

Diaspor anlayışı qədim olsa da, aktuallanması xüsusən son əsrlərə təsadüf edir. Yunan dilində "yayılma", "səpələnmə" mənalarını ifadə edən anlayış yəhudilərin eradan əvvəl 586-cı ildə Fələstin torpaqlarından sürülməsi ilə bağlı olmuşdur; sonradan bu adı öz torpaqlarından kənarda icmalar şəklində yaşayan digər xalqlara da aid etmişlər. Yeni və ən yeni dövrdə xalqların öz tarixi torpaqlarından kənarda yaşamasına səbəb olmuş amillər daha da çoxalmışdır. Bu, təkcə siyasi təqiblərlə bağlı olmayıb, iqtisadi-sosial faktorları da, mədəni-humanitar kodları da, məcburilik və könüllülük çalarlarını da ehtiva edə bilir.

Xüsusən yaşadığımız qloballaşma epoxasında insanın dünyanın hər hansı yerində yaşamaq arzusu, istəyi öz ixtiyarında olub, reallığa çox yaxın görünür. Əlbəttə, bu, heç də kosmopolitizmi nəzərdə tutmur, əksinə millətlərin, xalqların, insanların öz mənliyinə sadiq olub, eyni zamanda dünya birliyi içrə birgə yaşayış qaydalarına yiyələnməyini əsas götürür.

Azərbaycan Prezidenti Rusiyada həmvətənlərimizlə görüşündə bu məqamı belə ifadə etmişdir: "Xalqımız istedadlı, bacarıqlı xalqdır. Xalqımızın bütün tarixi buna parlaq sübutdur. Lakin mən Azərbaycanda işlədiyim əvvəlki vaxtlarda həmişə demişəm və bu onda da mənim qəti inamım olmuşdur və bu gün də əminəm ki, öz ərazisinin hüdudları, sərhədləri daxilində qapanıb qalan heç bir xalq bütün dünya ictimaiyyətinin, bütün dünya sisteminin sürəti ilə inkişaf edə bilməz. Yəni mən həmişə milli məhdudluq hisslərinin əleyhinə olmuşam". Müxtəlif səbəblərdən, bu gün azərbaycanlılar da tarixi Vətənləri ilə yanaşı, dünyanın bir çox dövlətlərində yaşayırlar.

UNESCO-nun məlumatına görə, dünyada 50 milyon, o cümlədən İranda 30 milyon, Azərbaycan Respublikasında 8 milyon, Türkiyədə 2,5 milyon, Rusiyada 2 milyon, digər MDB ölkələrində 2 milyon, ABŞ-da 1 milyondan artıq, bütün Avropa ölkələrində, yaxın Şərq və ərəb ölkələrində, Yaponiya və Avstraliyada da azərbaycanlılar yaşayır. Bunlardan bəziləri (Azərbaycanda, İranda, Gürcüstanda, Dağıstanda və s.) öz tarixi torpaqlarında, bəziləri isə başqa dünya ölkələrində yaşayır.

Amma qəti demək olar ki, 1993-cü ilə qədər dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı diasporlarının təşkilatlanması, cəmiyyətlər, mərkəzlər, dərnəklər şəbəkəsinə çevrilməsi yalnız xoş arzu və cəhdlər olaraq qalırdı. Azərbaycan Prezidenti xarici dövlətlərə ilk səfərlərindən başlayaraq, bir qayda olaraq hər bir ölkədə yaşayan həmvətənlərimizlə görüşlərə məxsusi diqqət və önəm verdi. 

Fransada, Böyük Britaniyada, Türkiyədə, ABŞ-da, Ukraynada, Almaniyada, Rusiyada, Rumıniyada, Bolqarıstanda, Polşada, Belçikada, Norveçdə və b. ölkələrdə olarkən burda yaşayan soydaşlarımızın sayının çox və ya az olmasına baxmayaraq, azərbaycanlı icmaların nümayəndələri ilə görüşlərdə onların qarşısında duran məqsəd və vəzifələri aydınlaşdırmağa başladı, qayğılarına nüfuz etdi, Vətənlə bilavasitə əlaqələrini təmin etdi; milli özünüdərk və diaspor hərəkatına təkan verdi.

Maraqlıdır ki, milli diasporşünaslığın ilkin nəzəri mənbə və əsaslarını da Heydər Əliyevin bu görüşlər zamanı söylədiyi nitqlər, irəli sürdüyü müddəalar, dünya azərbaycanlılarına müraciətləri, bu sahədə verdiyi bəyanatlar, rəsmi sənədlər təşkil edir.
Heydər Əliyev prezident kürsüsünə çıxdığı ilk vaxtlardan dünya azərbaycanlılarını harada yaşamasından asılı olmayaraq Vətənin - müstəqil Azərbaycan Respublikasının bir hissəsi hesab etmiş, soydaşlarımızı müstəqil dövlətçiliyimiz ətrafında birləşməyə, onu müdafiə etməyə, respublikamızın həyatında iştirak etməyə çağırmışdır.

Hələ Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri olarkən Heydər Əliyev 16 dekabr 1991-ci il tarixli qərarı ilə 31 dekabr gününü dünya azərbaycanlılarının Milli birlik və həmrəylik günü elan etmiş, sonradan həmin gün bütünlükdə xalqımız tərəfindən hər il dövlət səviyyəsində milli bayram kimi qeyd edilməyə başlanmışdır. Həmin gün ərəfəsində Azərbaycan Prezidenti bütün dünya azərbaycanlılarına Vətənin bir parçası olaraq müraciət edir; onları milli özünüdərk proseslərində, müstəqil Azərbaycan uğrunda, xalqın gələcəyi uğrunda daha da sıx birləşməyə, həmrəylik və birliyə səsləyir.

Hər bir millətin çağdaş varlığını müəyyən edən, perspektivlərinə işıq salan ümummilli ideyası olur. Azərbaycan Prezidenti istər vətəndə yaşayan, istərsə də bütün dünya azərbaycanlılarını ümummilli ideyamız - müstəqil Azərbaycan Respublikası, onun möhkəmləndirilməsi, tərəqqi etməsi, çiçəklənməsi uğrunda milli birlik və fəaliyyətə yönəltmiş, bu yolun bugünlü gerçəkliyini öz usanmaz fəaliyyəti ilə sübuta yetirməklə, sabah üfüqlərini də aydın proqram şəklində xalqına açıqlamışdır.

Azərbaycan Prezidenti bu gün ən ağrılı problemimiz olan erməni təcavüzü və Dağlıq Qarabağ məsələsinin həlli yolunda durmadan çalışmaqla, bütün dünya azərbaycanlılarını yaşadıqları ölkələrdə bu yöndə fəaliyyət göstərməyə səfərbər etmişdir. Və böyük iradə gücünə xalqını əmin etmişdir ki, Dağlıq Qarabağ problemi ilk növbədə sülh yolu ilə, əgər mümkün olmasa, nəyin bahasına olursa-olsun, artıq yaxın zamanlarda ədalətli həllini tapacaqdır. Xoşbəxt gələcəyimiz isə yalnız və yalnız iqtisadi-mənəvi baxımdan bugünkündən qat-qat varlı və zəngin olacaq müstəqil, suveren, Azərbaycan Respublikası ilə bağlıdır.

Xarici ölkələrə səfərləri zamanı soydaşlarımızla çoxsaylı görüşlərində Azərbaycan Prezidenti diasporların milli özünüdərk proseslərində vəzifə və borclarını onların nəzərinə çatdırmışdır. Diaspor yaradan digər xalqların təcrübəsindən öyrənərək, yaşadıqları yerlərdə ilk növbədə təhsil, mədəniyyət ocaqlarının yaradılmasını, Azərbaycan dilinin, milli adət və ənənələrin yaşadılmasını, milli tarix, ədəbiyyat və incəsənətin öyrənilib gələcək nəsillərə ötürülməsini Azərbaycan diasporlarının bilavasitə borcu və işi olduğunu tövsiyə etmişdir. Azərbaycanlı icmaların bir- biriylə yaxınlaşması, birgə qurumlarda, federasiyalarda təmsil olunması zərurətinə soydaşlarımızı inandırmışdır.

Məhz bu ideyaların işığında dünyanın bir çox ölkələrində az bir zamanda azərbaycanlı icmalarının fəaliyyəti güclənmiş, olmayan yerlərdə diaspor təşkilatları yaranmış, mədəniyyət, təhsil ocaqları, kültür dərnəkləri meydana çıxmış, ən başlıcası diasporlar ölkə və regionlar səviyyəsində sıxlaşaraq mütəşəkkil qüvvəyə çevrilmişlər.

Azərbaycan Prezidentinin 23 may 2001-ci il tarixli sərəncamı ilə bu gün dünya azərbaycanlıları öz tarixi I qurultayına yığışmışlar. Bu, artıq XXI əsrə qədəm qoymuş millətimizin həyatında yeni hadisə olduğu kimi, dünya azərbaycanlılarının fəaliyyətində də təzə mərhələnin başlandığından xəbər verir.

Hadisələri qabaqlamadanazərbaycanlıların bu milli birlik və həmrəylik qurultayından daha da vahid, mütəşəkkil, bütün dünyada xalqımızı ləyaqətlə təmsil edəcək məhz yeni dünya milləti olaraq çıxacağına inanırıq. Bunu bizə Azərbaycan xalqının əsrlər boyu yetirdiyi dəyərlər, azərbaycançılıq idealı vəd edir. Bunu bizdən yeni dünya düzəni, bəşər sivilizasiyasının qədəm qoyduğu təzə minillik istəyir, tələb edir.

Tehran Əlişanoğlu, ədəbiyyatşünas.

“Bizim ƏSR” qəzeti, noyabr 2001 (№153). 



Baku

World time




 "Azərbaycan tarixi günbəgün"
  kitab-təqvimi təqdim edirik

             
Yüklə

 

  

Xəbərlər

İşğala son qoyulmayınca ermənilərlə heç bir əlaqədən söhbət gedə bilməz [2010-09-08]

Qarabağın azərbaycanlı icmasının nümayəndələri Avropa Birliyinin təmsilçisi ilə görüşüblər


ətraflı

Rusiya prezidenti Bakı və Yerevanı sülh danışıqlarını sürətləndirməyə çağırıb [2010-09-03]

Medvedevin sözlərinə görə, Rusiyanın Ermənistandakı bazasının Azərbaycana heç bir təhlükəsi yoxdur


ətraflı

Qubadlı rayonunun işğalından 17 il ötdü [2010-08-31]
Rayonun 93 kəndi və Qubadlı şəhəri erməni silahlı qüvvələri tərəfindən talan edilib
ətraflı

Rusiya Azərbaycanı özünə mühüm tərəfdaş hesab edir [2010-08-28]

Rusiya XİN rəhbəri Sergey Lavrov azərbaycanlı jurnalistlərə müsahibə verib


ətraflı

Böyük qəhrəmanlıq haqqında yığcam teletarixçə [2010-08-27]

ətraflı

Cəbrayıl və Füzuli rayonlarının işğalından 17 il ötdü [2010-08-23]

ətraflı

“Qarabağ saqası. Pyotrdan Pavelə qədər” [2010-08-21]

Moskvada azərbaycanlı alim Emin Məmmədlinin kitabı çapdan çıxıb


ətraflı

Ermənistandakı Rusiya bazasının müddəti 2044-cü ilədək uzadıldı [2010-08-20]

ətraflı

Rusiya Ermənistanın təhlükəsizliyinin təminatını üzərinə götürür [2010-08-14]

Ermənistandakı Rusiya hərbi bazasının fəaliyyət müddəti 49 ilədək uzadılacaq


ətraflı

Türkiyənin 18 il öncə Ermənistana səfir göndərmək istədiyi diplomat [2010-08-05]

“Qarabağın işğalını öz torpağımızın işğalı kimi qəbul edirik”

 


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009