ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Sorğu

Qarabağın tarixi həqiqətlərini dünyaya çatdıra bilirikmi?
Hələ çox iş görülməlidir
Xeyr
Bəli
Qarabağ məsələsi təbliğatla həll olunası deyil
Digər sorğular

Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Diaspora > Təşkilatlar

 

Xaricdəki azərbaycanlı diaspora təşkilatları haqqında məlumat toplusu

  Mənbə: Diaspora ilə İş üzrə Dövlət Komitəsi

 * * *

Leyla Əliyeva Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri seçilib

Təsis konfransında Rusiyanın 60-dan çox regionunda fəaliyyət göstərən azərbaycanlı gənclər qurumları təmsil olunub

Aprelin 18-də Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) təsis konfransı keçirilib.

Konfransda Rusiyanın 60-dan çox regionunda fəaliyyət göstərən 83 azərbaycanlı gənclər klubundan və təşəbbüs qruplarından 300-dək nümayəndə, habelə Bakıdan dəvət olunmuş qonaqlar və Rusiyanın rəsmi şəxsləri iştirak edib.

Konfransda Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva çıxış edib. L. Əliyeva bildirib ki, bu təşkilat indiyə qədər ciddi işlər görüb və müxtəlif regionlarda fəaliyyət göstərən təşəbbüs qruplarını sıx birləşdirib.

İşin gedişində müxtəlif tədbirlər, konsertlər, sərgilər, görüşlər, birbaşa dialoqlar təşkil edilib, xeyriyyə işləri görülüb. >>>

 

 * * *  

Avropa Azərbaycanlıları Konqresinə yeni prezident seçildi

Konqresin III qurultayına Avropanın 25 ölkəsindən nümayəndələr qatılıb

2009-cu il aprelin 13-14-də Almaniyanın Frankfurt şəhərində Avropa Azərbaycanlıları Konqresinin (AAK) III qurultayı keçirilib. Qurultaya Avropanın 25 ölkəsindən nümayəndə və qonaqlar qatılıb.

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov, Almaniya Bundestaqının deputatı Haqqı Kəskin, millət vəkili, DAK həmsədri Sabir Rüstəmxanlı, AAK-ın üzvü olan diaspor təşkilatlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.

AAK prezidenti Natiq Ağamirov qurultay iştirakçılarını və qonaqları salamlayıb. O deyib ki, AAK təsis edilərkən Avropada yaşayan soydaşlarımız arasında əlaqələrin yaradılması və inkişaf etdirilməsi, onların təşkilatlanması, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, Azərbaycanla bağlı həqiqətlərin Avropa ictimaiyyətinə çatdırılması istiqamətində tədbirlərin görülməsi qarşıya əsas məqsəd kimi qoyulub. >>> 

* * *  

 

Avropa azərbaycanlılarının təşkilatlanması prosesində yeni mərhələ

Natiq Ağamirov: “Ötən beş il ərzində AAK Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, soydaşlarımız arasında həmrəyliyin təmin olunması, mədəni irsimizin təbliği ilə bağlı bir çox işlər görüb”

Aprelin 14-də Almaniyanın Frankfurt şəhərində Avropa Azərbaycanlıları Konqresinin III qurultayı keçirilib. Diaspor hərəkatımızda xüsusi yeri olan bu təşkilatın növbəti qurultayının Avropadakı Azərbaycan diasporunun tarixində yeni bir mərhələ sayıla bilər.

AAK-ın qurucularından biri, son qurultayadək təşkilatın prezidenti olmuş Natiq Ağamirovla müsahibə bu barədədir.

- Natiq müəllim, Avropa Azərbaycanlıları Konqresinin yaradılmasından beş il keçir. Bu müddət ərzində Konqres qarşısına qoyduğu məqsədlərə çata bilibmi?

- 2004-cü ildə təsis edilmiş Avropa Azərbaycanlıları Konqresinin yaradılmasında əsas məqsəd Avropadakı Azərbaycan diaspor təşkilatlarının fəaliyyətini koordinasiya etməkdən ibarət olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 5 il öncə Almaniyanın paytaxtı Berlində keçirilən AAK-ın təsis konfransının iştirakçılarına müraciətində demişdir:  >>>

 

 



Baku

World time




 "Azərbaycan tarixi günbəgün"
  kitab-təqvimi təqdim edirik

             
Yüklə

 

  

Xəbərlər

İşğala son qoyulmayınca ermənilərlə heç bir əlaqədən söhbət gedə bilməz [2010-09-08]

Qarabağın azərbaycanlı icmasının nümayəndələri Avropa Birliyinin təmsilçisi ilə görüşüblər


ətraflı

Rusiya prezidenti Bakı və Yerevanı sülh danışıqlarını sürətləndirməyə çağırıb [2010-09-03]

Medvedevin sözlərinə görə, Rusiyanın Ermənistandakı bazasının Azərbaycana heç bir təhlükəsi yoxdur


ətraflı

Qubadlı rayonunun işğalından 17 il ötdü [2010-08-31]
Rayonun 93 kəndi və Qubadlı şəhəri erməni silahlı qüvvələri tərəfindən talan edilib
ətraflı

Rusiya Azərbaycanı özünə mühüm tərəfdaş hesab edir [2010-08-28]

Rusiya XİN rəhbəri Sergey Lavrov azərbaycanlı jurnalistlərə müsahibə verib


ətraflı

Böyük qəhrəmanlıq haqqında yığcam teletarixçə [2010-08-27]

ətraflı

Cəbrayıl və Füzuli rayonlarının işğalından 17 il ötdü [2010-08-23]

ətraflı

“Qarabağ saqası. Pyotrdan Pavelə qədər” [2010-08-21]

Moskvada azərbaycanlı alim Emin Məmmədlinin kitabı çapdan çıxıb


ətraflı

Ermənistandakı Rusiya bazasının müddəti 2044-cü ilədək uzadıldı [2010-08-20]

ətraflı

Rusiya Ermənistanın təhlükəsizliyinin təminatını üzərinə götürür [2010-08-14]

Ermənistandakı Rusiya hərbi bazasının fəaliyyət müddəti 49 ilədək uzadılacaq


ətraflı

Türkiyənin 18 il öncə Ermənistana səfir göndərmək istədiyi diplomat [2010-08-05]

“Qarabağın işğalını öz torpağımızın işğalı kimi qəbul edirik”

 


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009