ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Mart > 8

Tarixdə bu gün: Azərbaycan

 

“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub. Bu bölmədə Azərbaycan tarixinin, ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.

Təqdim olunan bölmədə həmin kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 8 mart hansı fakt və olaylarla yadda qalıb?

 

8 mart

 

1338 - Azərbaycan filosofu, şair, Orta Əsrlər müsəlman Şərqinin görkəmli mütəfəkkiri Əvhadi Marağai (Ruhnəddin) vəfat edib.

Sufilik fəlsəfəsinə əsaslanan poetik əsərlərin, şeir və poemaların (ən məşhuru «Cəmşid piyaləsi») müəllifidir. Dəqiq təvəllüdü məlum deyil, 1274-cü ildə Marağada doğulduğu təxmin edilir.

* * *

1911 - Xalq artisti Ağadadaş Qurbanov (1911-25.6.1965) anadan olub.

1927-ci ildən Dövlət Gənc Tamaşaçılar Teatrında, 1952-ci ildən Dövlət Dram Teatrında çıxış edib. “Arşın mal alan” (1965) filmində Soltan bəy rolunda çəkilib.

* * *

1934 - Xalq artisti, tar ifaçışı Ceyran Haşımovanın doğum günüdür.

* * *

1996 – Azərbaycan prezidenti Heydər Əliyev Gürcüstana ilk rəsmi səfərə gedib.

Səfər gedişində iki ölkə arasında tərəfdaşlıq və qarşılıqlı təhlükəsizlik yardımı haqqında saziş və digər müqavilələr imzalanıb.

* * *

Bax:

►7 mart

* * *

Tarixdə bu gün: dünya

(mədəniyyət bölümü)

8 mart Beynəlxalq Qadınlar Günüdür. Bu günün tarixi 1857-ci il martın 8-də Nyu-York toxucularının sosial tələblərlə keçirdikləri yürüşlə bağlıdır. 1910-cu ildə Kopenhagendə qadınların beynəlxalq konfransında yəhudi əsilli alman sosialisti Klara Setkinin təşəbbüsü ilə 8 martın Beynəlxalq Qadınlar Günü kimi qeyd edilməsi qərara alınıb. Kommunist təmayüllü bayram olsa da, dünyanın bir çox ölkələrində qeyd olunur.

 

8 mart 1575 - Alman filosofu Yakob Böme (Jakob Böhme, 1575-1624) anadan olub.

8 mart 1851 - Böyük türk maarifçisi, yazar, mütəfəkkir, ictimai xadim İsmayıl Qaspıralı (Qasprinski) (1851 - (11) 24.9.1914) Krımın Qaspra şəhərində doğulub. Türk xalqlarının mədəniyyəti və maarifçiliyi tarixində böyük xidmətlər göstərib. 1883-cü ildən ömrünün sonunadək "Tərcüman” qəzetinin naşiri olub.

8 mart 1874 - Norveç şairi, yazıçı-dramaturq Qabriel Skott (Gabriel Scott Jensen, 1874-1958) anadan olub.

8 mart 1900 - SSRİ Xalq artisti, kinorejissor, ssenarist Aleksandr İvanoviç Medvedkin (1900-1989) anadan olub.

8 mart 1922 - SSRİ Xalq artisti, aktyor və kinorejissor Yevgeni Semyonoviç Matveyevin (1922-2003) doğum günüdür.

8 mart 1941 - Məşhur rus teatr və kino aktyoru, Andrey Aleksandroviç Mironov (ilk soyadı Menaker) (1941 - 16.8.1987) anadan olub. “Brillyant əl”, “12 stul” və s. filmlərdə unudulmaz obrazlar yaradıb.

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009