ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Mart > 7

Tarixdə bu gün: Azərbaycan

 

“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub. Bu bölmədə Azərbaycan tarixinin, ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.

Təqdim olunan bölmədə həmin kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 7 mart hansı fakt və olaylarla yadda qalıb?

 

7 mart

 

1908 - Azərbaycanın Xalq rəssamı, Əməkdar incəsənət xadimi, Salam Əbdülqasım oğlu Salamzadə anadan olub.

* * *

1911 - Sovet dövlət xadimi Nikolay Baybakov (1911-2008) Bakıda anadan olmuşdur. Sabunçu kəndində neftçi ailəsində doğulan Baybakov 40-50-ci illərdə SSRİ-nin neft sənayesi naziri olub, uzun müddət (1965-1985) SSRİ Nazirlər Soveti sədrinin müavini işləyib.

* * *

1920 - Bolşevik Rusiyasının xarici işlər naziri Çiçerin Azərbaycan Xalq Cümhuriyyətindən general Denikinlə müharibəyə qoşulmağı tələb edən üçüncü notanı Bakıya göndərib.

Bundan öncəki iki notaya cavab olaraq (yanvar-fevral) Cümhuriyyət hökuməti bəyan etmişdi ki, belə bir tərəfdaşlıq üçün əvvəlcə bolşevik Rusiyası Azərbaycanın müstəqilliyini tanımalıdır.

* * *

1926 - Şərqşünas Böyükağa Murtuza oğlu Hüseynov (1926-1983) anadan olub.

* * *

1926 - Azərbaycan xalq şeirinin görkəmli nümayəndələrindən biri Aşıq Ələsgər (1821-1926) vəfat edib.

Aşıq Ələsgər 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində doğulub. Uzun ömür sürən, həyatın çox gərdişindən keçən, 1918-ci ildə qaçqınlıq taleyi yaşayan sənətkar elə doğulduğu kənddə vəfat edib.

* * *

1929 - Dilçi alim, professor Türkan Əşrəf qızı Əfəndiyeva anadan olub.

* * *

1966 - Azərbaycanın Milli Qəhrəmanı Hikmət Baba oğlu Nəzərli (1966-1992) anadan olub.

* * *

1990 - SSRİ Ali Soveti «Azərbaycan SSR və Ermənistan SSR-də vəziyyət və regionda şəraitin normallaşdırılması tədbirləri haqqında» qərar qəbul edib.

* * *

1991 - Azərbaycanın Ali Soveti SSRİ-nin saxlanılıb-saxlanılmaması barədə referendumda (17 mart 1991) iştirak məsələsini müzakirə edib. Parlamentin kommunist çoxluğu (səsvermədə iştirak edən 303 deputatdan 254-ü) referendumun lehinə səs verib.

Bu qərarın əleyhinə 43 deputat (onların arasında Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev də vardı) səs vermiş, 6 nəfər bitərəf qalmışdı.

Saxtalaşdırılmış referendumdan sonra Mütəllibov iqtidarı Azərbaycan xalqının 90 faizinin SSRİ-nin saxlanılmasına tərəfdar olduğu barədə Moskvaya hesabat verdi.

* * *

Bax:

►6 mart

* * *

Tarixdə bu gün: dünya

(mədəniyyət bölümü)

7 mart 1765 - Fransız alimi, fotoqrafiyanın ixtiraçısı sayılan Jozef Nisefor Nieps (Joseph Nicephore Niepce, 1765-1833) anadan olub.

7 mart 1785 - Məşhur italyan romantik yazıçısı Alessandro Manzoni (Alessandro Francesco Tommaso Manzoni, 1785-1873) anadan olub.

7 mart 1855 - Görkəmli fransız yazıçı-mütəfəkkiri, kolleksioner, mesenat Rober de Monteskyu (Marie Joseph Robert Anatole de Montesquiou-Fezensac, 1855-1921) anadan olub.

7 mart 1875 - Fransız impressionist rəssamı, dirijor, XX əsr musiqisinin islahatçılarından biri Moris Ravel (Joseph Maurice Ravel, 1875-1937) anadan olub.

7 mart 1908 - İtalyan aktrisası, “Oskar” laureatı (1955) Anna Manyani (Anna Magnani 1908-1973) anadan olub.

7 mart 1910 - Gürcü kinorejissoru, SSRİ Xalq artisti Dmitri Aleksandroviç Aleksidze (1910-1984) anadan olub.

7 mart 1924 - Görkəmli yapon yazıçısı, dramaturq, ssenarist Kobe Abe (əsl adı Abe Kimifusa, 1924-1993) anadan olub. “Qumsallıqda qadın”, “Özgə sifət” və s. romanların müəllifidir.

7 mart 1928 - Rus yazıçısı Vladimir Alekseyeviç Çivilixin (1928-1984) anadan olub.

7 mart 1945 - Amerika fantast-yazıçısı Elizabet Mun (Elizabeth Moon) anadan olub.

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009