ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Mart > 5

Tarixdə bu gün: Azərbaycan

 

“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub. Bu bölmədə Azərbaycan tarixinin, ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.

Təqdim olunan bölmədə həmin kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 5 mart hansı fakt və olaylarla yadda qalıb?

 

5 mart

 

5 mart Azərbaycanda Bədən tərbiyəsi və idman günüdür. Prezident İlham Əliyevin 4 mart 2005-ci il tarixli sərəncamı ilə qeyd olunur.

* * *

1831 - Lənkəranda Rusiya işğalı əleyhinə üsyan başlayıb. Devrildikdən sonra İrana qaçan Talış xanı Mirhəsən xan Lənkərana gələrək üsyana başçılıq edib.

Talış xanlığı Gülüstan müqaviləsi ilə (1813) Rusiyaya birləşdirildikdən sonra 1826-cı ildə ləğv edilmişdi. Lənkəran üsyanı xanlığın bütün ərazisinə yayıldı və iki ay sürdü.

* * *

1925 - Şair, ədəbiyyatşünas İsmayıl Qəhrəman oğlu Cəfərpur (1925-1977) anadan olub.

* * *

1936 - Tanınmış ədəbiyyatşünas alim, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar elm xadimi Yaşar Vahid oğlu Qarayev (1936 - 25.8.2002) Şəkidə doğulub.

Milli realizmin genezisinə, mərhələ təsnifinə və tipologiyasına, həmçinin, orta əsrlər və XX əsr romantizminin poetika və sənətkarlıq problemlərinə həsr olunmuş tədqiqatların müəllifidir.

* * *

1938 - Şair, dramaturq Miryusif Mirnəsiroğlu anadan olub.

* * *

1947 - Ədəbiyyatşünas alim, professor Vaqif Arzumanlı anadan olub.

* * *

1956 - Şair Sabir Sabir Sarvan (Sabir Soltan oğlu Məlikov) Ağsu rayonunun Pirhəsənli kəndində anadan olub.

1996-cı ildən Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin sədridir. “Gördüyüm göy üzü, baxdığım işıq”, “Çıx qaranlıqdan, “Gəldi qürub”, “Özümü sözə çevirdim” adlı şeir kitablarının müəllifidir.

* * *

1990 - SSRİ Ali Soveti “Azərbaycan SSR və Ermənistan SSR-də vəziyyəti sahmanlamaq tədbirləri haqqında” qərar qəbul edib. Moskvanın növbəti “ikibaşlı” tövsiyə sənədi Ermənistanın təcavüzkar hərəkətlərinə daha da vüsət verdi.

* * *

1992 - Azərbaycan Ali Sovetinin fövqəladə sessiyasında Xocalı faciəsi ilə bağlı gərgin müzakirələr başlayıb. Parlament binasını mühasirəyə almış xalq kütlələrinin etirazı və müxalifətin təzyiqi altında Ali Sovetin sədri Elmira Qafarova istefa verib. Onun yerinə Tibb Universitetinin rektoru, deputat Yaqub Məmmədov Ali Sovetin sədri seçilib.

* * *

1992 - Erməni silahlı qüvvələri Ağdamın Sırxavənd kəndini güclü atəşə tutublar. Kəndin 10 sakini həlak olub.

* * *

Bax:

►4 mart

* * *

Tarixdə bu gün: dünya

(mədəniyyət bölümü)

5 mart 1696 - İtalyan rəssamı, Venesiya məktəbinin sonuncu böyük nümayəndəsi Covanni Battista Tyepolo (Giovanni Battista Tiepolo, 1696-1770) anadan olub.

5 mart 1891 - Sovet heykəltəraşlığının tanınmış nümayəndəsi Matvey Henrixoviç Manizer (1891-1966) anadan olub.

5 mart 1922 - Dünya şöhrətli italyan kinorejissoru, yazıçı, şair Pyer Paolo Pazoloni (Pier Paolo Pasolini, 1922-1975) anadan olub. “Dekameron”, “Medeya”, “Çar Edip” və s. filmləri ilə məşhurdur.

5 mart 1934 - Türk kinorejissoru Halit Refiğ (1934-2009) anadan olub. “Qürbət quşları”, “Hərəmdə dörd qadın” filmlərinin, ilk türk teleseriallarından olan “Aşk-ı Memnu" (1975) və s. ekran əsərlərinin müəllifidir.

5 mart 1938 - Amerika aktyoru və rejissoru Fred Uilyamson (Fred Williamson) anadan olub.

5 mart 1961 - Tanınmış rus aktrisası Yelena Alekseyevna Yakovleva anadan olub.

5 mart 1966 - Görkəmli rus şairi və yazıçısı, tərcüməçi, ədəbiyyatşünas Anna Andreyevna Axmatova (Qorenko) - (11(23).6..1889 - 1966) vəfat edib.

5 mart 1974 - Məşhur Hollivud aktrisası Eva Mendes anadan olub.

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009