Azərbaycan dünyada > Avroatlantika kursu
NATO Qarabağ məsələsinin Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində həllini zəruri sayır
NATO baş katibi Yaap de Hoop Sxeffer:
“Ərazi bütövlüyü danışıqlar prosesində müzakirə mövzusuna çevrilməməlidir”
-30.04.2009-
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev aprelin 29-da Brüsseldə, NATO-nun mənzil qərargahında təşkilatın baş katibi Yaap de Hoop Sxeffer ilə görüşmüşdür.
Görüşdən sonra prezident İlham Əliyev Şimali Atlantika Şurasında NATO-nun üzvü olan dövlətlərin Şuradakı daimi nümayəndələri və səfirləri qarşısında çıxış etmiş, müzakirələr aparılmışdır.
Müzakirələrin yekunu olaraq prezident İlham Əliyev və NATO-nun baş katibi Yaap de Hoop Sxeffer birgə mətbuat konfransı keçirmişlər.
Azərbaycan Prezidenti və NATO-nun baş katibi əvvəlcə bəyanatlarla çıxış etmişlər. >>>