ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > İyun > 19

Tarixdə bu gün: Azərbaycan

 

“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub.

Bölmədə Azərbaycan tarixinin, ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.

Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 19 iyun hansı fakt və olaylarla yadda qalıb?

 

19 iyun

 

1747 - Türk soylu İran şahı Nadir şah Əfşar (1688-1747) sui-qəsd nəticəsində öldürülüb.

Nadir sonuncu Səfəvi hökmdarı III şah Abbasın ordu komandanı olub.

1736-cı ildə III şah Abbasın ölümündən sonra Suqovuşanda (Sabirabad rayonu) Azərbaycan bəylərinin qurultayını çağıraraq özünü şah elan edib.

Nadir şah Səfəvilərdən sonra güclü Azərbaycan dövləti qurmaq istəyirdi. Lakin onun Azərbaycanı İran taxtı ətrafında birləşdirmək niyyəti yerlərdə etiraz doğururdu.

Orta Asiyanın bir hissəsini, Hindistanın şimalını ələ keçirərək qurduğu böyük imperatorluq ölümündən sonra dağıldı.

Əlavə bax:

http://az.wikipedia.org/wiki/Nadir_%C5%9Fah_%C6%8Ff%C5%9Far

http://www.salaminfo.az/tarix/2956.html

http://www.rasulzade.org/articles/2_130.html

* * *

1900 - Xalq artisti Möhsün Sənani (1900-1981) anadan olub.

Əlavə bax:

http://az.wikipedia.org/wiki/M%C3%B6hs%C3%BCn_S%C9%99nani

http://azerbaycanli.org/az/page556.html

http://www.adam.az/az.php?subaction=showfull&id=1231243159&archive=&start_from=&ucat=32,53&go=headlines&category=53

* * *

1920 - Xalq Cümhuriyyətinin qurucularından Fətəli xan Xoyski Tiflisdə erməni terrorçuları Aram Erkayan və Misak Qriqoryan tərəfindən qətlə yetirilib.

Terror aktı nəticəsində Xəlil bəy Xasməmmədov (Cümhuriyyətin ədliyyə və daxili işlər naziri) ağır yaralanıb.

Əlavə bax:

http://www.azerbaycanli.org/az/page493.html

http://az.wikipedia.org/wiki/F%C9%99t%C9%99li_xan_Xoyski

http://f.x.xoyski.googlepages.com/

http://deyerler.org/texts/news/cemiyyet/9731-ftlb-xan-xoyskbnbn-nvsbnbn-babasi-haqda-dedbklrb.html

* * *

1992 - Azərbaycanla Avstraliya arasında diplomatik münasibətlər qurulub.

 * * *

1997 - Prezident Heydər Əliyevin Özbəkistana rəsmi səfəri zamanı Azərbaycanın Orta Asiyadakı ilk səfirliyi Daşkənddə açılıb.

Əlavə bax:

http://www.azerbaycanli.org/az/page86.html

* * *

2006 - Bakıda İslam Konfransı Təşkilatı xarici işlər nazirləri Şurasının 32-ci sessiyası keçirilib. Azərbaycan ilk dəfə İKT-nin illik toplantısına evsahibliyi edib.

Əlavə bax:

http://www.azerbaycanli.org/az/page243.html

* * *

2007 - Bakıda Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM ölkələri dövlət başçılarının sammiti keçirilib.

Əlavə bax:

http://www.azerbaycanli.org/az/page478.html

* * *

2008 - Milli Məclisdə Xalq Cümhuriyyəti parlamentinin 90 illiyinə həsr olunmuş təntənəli yığıncaq keçirilib.

Yığıncaqda 30-dək ölkədən nümayəndə heyətləri, o cümlədən 9 ölkənin parlament sədri iştirak edib.

Əlavə bax:

http://www.azerbaycanli.org/az/page127.html#meqale2008-4

 

* * *

Bax:

►18 iyun

* * *

►Bizim təqvim

 



Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009