ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > İyun > 17

Tarixdə bu gün: Azərbaycan

 

“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub.

Bölmədə Azərbaycan tarixinin, ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.

Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 17 iyun hansı fakt və olaylarla yadda qalıb?

 

17 iyun

 

1918 - Gəncədə ilk iclasını keçirən Azərbaycan Milli Şurası ölkədə yaranmış ağır vəziyyəti nəzərə alaraq fəaliyyətini dayandırmaq və yeni parlament (Müəssislər Məclisi) çağırılanadək bütün hakimiyyəti (qanunvericilik və icra) Nazirlər Şurasına vermək barədə qərar qəbul edib.

Bu addım Nuru paşanın tövsiyəsi ilə Cümhuriyyətin əsaslarını möhkəmləndirmək, daşnak-bolşevik qüvvələri ilə mübarizədə çevik qərarlar qəbul etmək naminə atılmışdı.

Həmin gün Fətəli xan Xoyskinin başçılıq etdiyi Nazirlər Şurası istefa verib və onun rəhbərliyi ilə ikinci hökumət qurulub.

Əlavə bax:

http://www.azerbaycanli.org/az/page353.html

* * *

1918 - Xalq Cümhuriyyəti Nazirlər Şurasının tərkibində yeni struktur - Səhiyyə Nazirliyi təşkil olunub.

Xudadat bəy Rəfibəyli ilk səhiyyə naziri təyin edilib.

Prezident Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli sərəncamına əsasən, 17 iyun Səhiyyə işçiləri günü kimi qeyd olunur.

Əlavə bax:

http://www.health.gov.az/article.php?tarix

http://www.azerbaycanli.org/az/page355.html

* * *

1926 - Xalq rəssamı Elbəy Rzaquliyev (1926-15.09.2007) anadan olub.

Elbəy Rzaquliyevin əsərləri dünyanın onlarla ölkəsində sərgilənib, bir çox filmlərə bədii tərtibat verib.

Əlavə bax:

http://az.wikipedia.org/wiki/Elb%C9%99y_Rzaquliyev

http://medeniyyet.az/site/?name=content&content=519

http://www.anl.az/down/medeniyyet2007/sentyabr/medeniyyet2007_sentyabr_111.htm

* * *

1992 - Azərbaycanla Belçika Krallığı (ölkəmizin müstəqilliyini 1991-ci il dekabrın 31-də tanıyıb) arasında diplomatik münasibətlər qurulub.

Əlavə bax:

http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=36&Itemid=43

* * *

1992 – Azərbaycan Respublikasının prezidenti seçilmiş Əbülfəz Elçibəy and içərək səlahiyyətlərinin icrasına başlayıb.

Elçibəy 1992-ci il iyunun 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində qalib gəlmişdi.

Mərkəzi Seçki Komissiyasının elan etdiyi rəsmi məlumata görə, prezidentliyə beş namizədin iştirak etdiyi seçkidə ölkə üzrə seçicilərin 76,3 faizi iştirak etmiş və Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəy 59,4 faiz səslə qalib gəlmişdi.

Əlavə bax:

http://www.cec.gov.az/az/umumi/seckiler-referendumlar/1992.htm

http://az.wikipedia.org/wiki/%C6%8Fb%C3%BClf%C9%99z_El%C3%A7ib%C9%99y

* * *

1993 - Prezident Əbülfəz Elçibəy respublika rəhbərliyindən heç kimi xəbərdar etmədən gecə ikən bir qrup AXC fəalı ilə Bakını tərk edərək Naxçıvanın Ordubad rayonunun Kələki kəndinə gedib.

Bu hərəkət ölkədə hakimiyyət böhranını daha da ağırlaşdırıb.

İyunun 18-də televiziya ilə ölkə əhalisinə müraciət edən Ali Sovetin sədri Heydər Əliyev respublikaya rəhbərliyi öz üzərinə götürməyə məcbur olub.

Əlavə bax:

http://www.azerbaycanli.org/az/page52.html

 

* * *

Bax:

16 iyun

* * *

►Bizim təqvim



Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009