Bizim təqvim > İyun > 14
Tarixdə bu gün: Azərbaycan
“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub.
Bölmədə Azərbaycan tarixinin, ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.
Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.
Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.
Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 14 iyun hansı fakt və olaylarla yadda qalıb?
14 iyun
1794 - Görkəmli şair, mütəfəkkir Mirzə Şəfi Vazeh (1794-1852) anadan olub.
Vazehin poeziyası özünün xəbəri olmadan Avropaya yayılıb və şöhrət qazanıb.
Alman şərqşünas-səyyah Bodenştedt Mirzə Şəfi Vazeh qəzəllərini tərcümə edərək öz imzası altında nəşr etdirib.
Yalnız xeyli sonra o, nəşr etdirdiyi poetik incilərin Vazehə məxsus olduğunu etiraf edib.
Əlavə bax:
http://az.wikipedia.org/wiki/Mirz%C9%99_%C5%9E%C9%99fi_Vazeh
http://www.ganca.net/aze/vazeh.html
http://www.azerbaycanli.org/az/page410.html
http://www.azerbaijan.az/_Culture/_Literature/literature_08_a.html
* * *
1888 – İctimai-siyasi xadim, publisist Camo bəy Hacınski (1888-1942) anadan olub.
Camo bəy Hacinski Azərbaycan Xalq Cümhuriyyətinin 1-ci, 4-cü və 5-ci hökumətlərində nazir postu tutub.
Sovet dövründə mədəniyyət və maarif sahəsində fəaliyyətini davam etdirib. 1922-1928-ci illərdə həbsdə olub. 1938-ci ildə yenidən həbs edilərək sürgün olunub və 1942-ci ildə Rusiyanın Kirov vilayətinin Vyatka düşərgəsində vəfat edib.
1956-cı ildə ona ölümündən sonra bəraət verilib.
Əlavə bax:
http://www.azerbaycanli.org/az/page355.html
http://az.wikipedia.org/wiki/Camo_b%C9%99y_Hac%C4%B1nski
http://www.adam.az/az.php?subaction=showfull&id=1246817905&archive=&start_from=&ucat=29,39&go=headlines&category=39
http://baki1918-20.azeriblog.com/2009/3
* * *
1919 - Xalq Cümhuriyyətinin parlamenti ölkədə vəziyyətin elan olunması barədə qərar qəbul edib.
Baş nazir Nəsib Usubbəylinin rəhbərlik etdiyi Dövlət Müdafiə Komitəsinə fövqəladə səlahiyyətlər verilib.
Muğandakı bolşevik təmayüllü qiyamın, ermənilərin Qarabağ və Zəngəzurdakı silahlı çıxışlarının yatırılması üçün bu bölgələrə ordu hissələri göndərilib.
Əlavə bax:
http://www.azerbaycanli.org/az/page353.html
* * *
1926 – Tanınmış tarzən, Xalq artisti Həbib Bayramov (1926-1994) anadan olub.
Əlavə bax:
http://az.wikipedia.org/wiki/H%C9%99bib_Bayramov
http://www.adam.az/az.php?subaction=showfull&id=1262472191&archive=&start_from=&ucat=21,28,29,46&go=headlines&category=21
http://www.mct.gov.az/?/az/azculture/view/78/
* * *
1946 - Cənubi Azərbaycanda (Təbriz) Seyid Cəfər Pişəvərinin rəhbərlik etdiyi Azərbaycan Milli Hökuməti süqut edib.
1945-ci ilin 12 dekabrında (21 Azər hərəkatı) elan edilən solçu təmayüllü Pişəvəri hökumətinə ilk mərhələdə bölgədəki sovet qoşunları tərəfindən müəyyən dəstək vardı.
Lakin II Dünya müharibəsinin başa çatması ilə sovet qoşunları bölgəni tərk etdilər və Milli Hökumətə qarşı İran şah rejimi tərəfindən geniş repressiyalar başlandı.
Bir qrup məsləkdaşı ilə sovet Azərbaycanına mühacirət edən Pişəvəri burada müəmmalı avtomobil qəzasında həlak oldu.
Əlavə bax:
http://www.azerbaycanli.org/az/page324.html
http://www.azerbaycanli.org/az/news-220.html
http://www.ayna.az/2009-08-29/guney/583-Pisheveri-Milli-Nokumet
* * *
Bax:
►13 iyun
* * *
►Bizim təqvim