Bizim təqvim > İyun > 10
Tarixdə bu gün: Azərbaycan
“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub.
Bölmədə Azərbaycan tarixinin, ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.
Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.
Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.
Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 10 iyun hansı fakt və olaylarla yadda qalıb?
10 iyun
1918 – Stepan Şaumyanın başçılıq etdiyi “Bakı Komissarları Soveti”nin qoşunları Gəncə istiqamətində yürüşə başlayıb.
Məqsəd Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Tiflisdən Gəncəyə köçməsini əngəlləmək və şəhəri ələ keçirmək idi.
“Bakı Soveti”nin əksəriyyəti ermənilərdən ibarət olan 10-12 minlik qoşun birləşmələri vardı.
Bu arada Nuru paşanın komandanlığı altında Gəncədə yerləşməyə başlayan türk (Osmanlı) ordu hissələri Cümhuriyyət hökumətinin şəhərə gəlişinə hazırlıq görürdü.
Türk qoşunlarının dəstəyi sayəsində milli hökumət iyunun 16-da Gəncəyə köçdü.
Əlavə bax:
http://www.azerbaycanli.org/az/page353.html
http://www.azerbaycanli.org/az/page357.html
* * *
1993 - NATO-ya üzv və tərəfdaş ölkələrin məşvərət qurumu olan Şimali Atlantika Əməkdaşlıq Şurası BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsini (30 aprel 1993) dəstəkləyən bəyanat qəbul edib.
Bəyanatda döyüş əməliyyatlarının dərhal dayandırılması, işğalçı qoşunların Kəlbəcər rayonundan və Azərbaycanın işğal olunmuş digər rayonlarından çıxarılması çağırışı yer almışdı.
Əlavə bax:
http://www.azerbaycanli.org/az/page439.html
http://www.azerbaycanli.org/az/page151.html
* * *
2000 - Prezident Heydər Əliyev Tehranda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) dövlət başçılarının sammitində iştirak edib.
Zirvə gedişində Pakistan rəhbəri Pərviz Müşərrəf Ermənistanı Azərbaycana qarşı hərbi təcavüzə son qoymağa çağıran sərt bəyanat verib.
Pakistan rəhbəri zərurət yaranarsa, Azərbaycana hərbi kömək göstərəcəklərini bəyan edib.
Əlavə bax:
http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=209&Itemid=1
http://www.azerbaycanli.org/az/page244.html
* * *
Bax:
9 iyun
* * *
►Bizim təqvim