Bizim təqvim > İyun > 4
Tarixdə bu gün: Azərbaycan
“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub.
Bölmədə Azərbaycan tarixinin, ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.
Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.
Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.
Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 4 iyun hansı fakt və olaylarla yadda qalıb?
4 iyun
1918 - Batumda aparılan danışıqların yekunu olaraq Xalq Cümhuriyyəti ilə Osmanlı arasında "Sülh və dostluq haqqında" müqavilə imzalanıb.
Müqaviləni Azərbaycan tərəfdən Milli Şuranın sədri M.Rəsulzadə və xarici işlər naziri M.Hacınski, Osmanlı tərəfdən ədliyyə naziri Xəlil bəy və Qafqaz cəbhəsinin komandanı Vahib paşa imzalamışdı.
Bu müqavilə ilə Azərbaycan Xalq Cümhuriyyəti birinci olaraq Osmanlı tərəfindən tanınıb.
Müqavilədə Osmanlı dövləti Xalq Cümhuriyyətinə hərbi yardım göstərmək barədə öhdəlik götürüb.
Əlavə bax:
http://azerbaycanli.org/az/page47.html
* * *
1926 – Görkəmli xanəndə, "Kəsmə şikəstə"nin əvəzsiz ifaçısı Fatma Mehrəliyeva (1926-2000) Qubada anadan olub.
Əlavə bax:
http://az.wikipedia.org/wiki/Fatma_Mehr%C9%99liyeva
http://www.kinozal.az/site/?name=person&adem_id=952
* * *
1993 - Gəncədə Azərbaycan ordusunun keçmiş korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələrlə hökumət qüvvələri arasında silahlı toqquşma baş verib.
S.Hüseynovun nəzarətində olan 709 saylı hərbi hissənin tərksilah edilməsi ilə bağlı həyata keçirilən əməliyyat uğursuz olub, hər iki tərəfdən 35 nəfər həlak olub.
Gəncəyə göndərilmiş hökumət rəsmiləri S.Hüseynovun dəstəsi tərəfindən girov götürülüblər. Bu hadisə Azərbaycanda dərinləşməkdə olan hərbi-siyasi böhranı kritik həddə çatdırıb, ölkə vətəndaş müharibəsi astanasına gəlib.
Əlavə bax:
http://azerbaycanli.org/az/page52.html
* * *
2004 - Prezident İlham Əliyev Ukraynaya rəsmi səfər edib.
Səfər gedişində iki ölkənin strateji tərəfdaşlığını təsdiq edən siyasi bəyannamə və hökumətlərarası sazişlər imzalanıb.
Əlavə bax:
http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=77&Itemid=43
* * *
2006 - Buxarestdə (Rumıniya) keçirilən "Qara dəniz dialoq və tərəfdaşlıq forumu" sammitində Azərbaycan və Ermənistan prezidentləri arasında Qarabağ nizamalanmasına dair növbəti danışıqlar olub.
İki gün sürən (4-5 iyun) danışıqlarda tərəflərin mövqelərini yaxınlaşdırmaq mümkün olmayıb.
Əlavə bax:
http://azerbaycanli.org/az/page235.html
* * *
Bax:
3 iyun
* * *
⇒Bizim təqvim