ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Diaspora > Tarix

Azərbaycan diasporunun  təşəkkül tarixi

Azərbaycan diasporunun formalaşması tarixi kifayət qədər uzun bir zaman kəsiyini əhatə edir. Onun ilkin addımları barədə  dolğun məlumatın azlığına baxmayaraq, bir sıra  tarixi mənbələrə əsasən bəzi faktları aşkara çıxarmaq mümkün olmuşdur.

Əldə olunan elmi nəticələrə görə, Azərbaycan diasporunun təşəkkül və formalaşma tarixi bir neçə mərhələyə bölünür:

- VII əsrin sonu - VIII  əsrin əvvəlləri. Xilafət ordusunun Azərbaycana yürüşü, İslam dininin yayılması ilə əlaqədar burada  ərəbdilli elm və mədəniyyətin inkişafı, eyni zamanda  onlarca azərbaycanlı mütəfəkkirin Yaxın və Orta Şərqin şəhərlərinə axını başlamış və  bu proses diasporun yaranmasının təməlini qoymuşdur.

- X – XIX əsrlər. Yaxın Şərqin elm və mədəniyyət mərkəzlərində əslən Azərbaycandan olan yüzlərlə alim və tələbənin biliklərə yiyələnməsi, milli təfəkkürümüzün region xalqların intibahında qabaqcıl mövqeyə çıxması sayəsində xaricdə məskunlaşması daha geniş vüsət almışdır.

- Azərbaycan diasporunun formalaşmasının III mərhələsi. Həmin dövr Azərbaycanın Rusiya imperiyası tərəfindən işğalından sonrakı dövrə təsadüf edir.

Rusiyada diasporumuzun təşəkkülünü şərti olaraq iki dövrə bölmək olar:

XX əsrin əvvəllərindən 1920-ci ilədək olan birinci dövrdə azərbaycanlıların Rusiya ilə əlaqələri nizamsız xarakter daşımışdır.

1920-ci ildən sonrakı, ikinci  dövrdə isə bu proses qismən tənzimlənmiş və intensivləşmişdir. Buna baxmayaraq, həmin mərhələlərdə  təşkil olunan diasporlar həm kəmiyyət, həm də fəaliyyətlərinin keyfiyyətinə görə bir-birindən fərqlənirdilər.

- Diasporun formalaşmasının IV mərhələsi Azərbaycan Demokratik Respublikasının (1918-1920) süqutundan sonra xarici mühacirlər axını və Avropada Azərbaycan diasporunun təşəkkülü  ilə bağlıdır. 

-  1941-1945-ci illərdə II Dünya  müharibəsi zamanı əsirlikdə və Sovet qəza maşınının ölüm xofundan Vətənə dönə bilməyən  azərbaycanlılardan ibarət icmaların yaranması diasporun formalaşmasının V mərhələsi kimi səciyyələndirilir.

- Ötən əsrin sonlarında İranda baş verən ictimai-siyasi proseslərlə  əlaqədar bu ölkədən  on minlərlə azərbaycanlının Qərb ölkələrinə  mühacirəti Azərbaycan diasporunun genişlənməsinin mühüm mərhələlərindən biri olmuşdur.

- SSRİ-nin süqutundan  sonra Avropa ölkələrində azərbaycanlıların yeni nəsillərinin məskunlaşması diasporun təşəkkülünün son mərhələsi kimi qiymətləndirilə bilər. >>>

* * *

Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan xalqına müraciəti

28 may 1953-cü il, “Amerikanın səsi” radiosu

Əziz Vətəndaşlarım!

Amerikanın Səsi Radiosunun verdiyi imkanlardan istifadə edərək bu gün Azərbaycan tarixinin ən böyük günü olan 28 mayısda Sizlərə xitab edirəm.

100 il sürən Çar əsarətindən sonra bundan 35 il əvvəl Azərbaycan Şurayi-Millisi, Azərbaycan Cümhuriyyətinin İstiqlalını bütün dünyaya elan etdi.

O tarixdən əvvəl bir millət olaraq varlığını isbat edən Azərbaycan xalqı, bu tarixdən etibarən millət olaraq bir dövlət qurmuş və bu dövlətin istiqlalı bütün mövcudiyyətilə meydana atılmışdır. Mədəni bütün bir tərəkəyə (mirasa) malik olan vətənimiz siyasət sahəsində çox böyük və dəyərli həmlələr göstərmişdir.

İstiqlal uğrunda yapılan tarixi savaşların ən qanlısı 19-cu əsrin başlarında Rusiya Çarlığına qarşı yapılmışdır. 30 ilə qədər sürən bu savaş qəhrəmanlıqlarla doludur. Cavad xanın 1904-də Gəncədəki şanlı qəzası dillərdə dastandır. "Ölmək var, dönmək yoxdur". Bu həqiqi vətənpərəstlərin tətbiq etdikləri ən müqəddəs bir şüardır.

28 Mayıs 1918-də, İstiqlalını elan etməklə Azərbaycan tarixinin təbii bir nəticəsini fikirdən işə keçirdi. Eyni zamanda, o zəmanəyə hakim olan əsrin böyük şüarından istifadə edirdi.

“Hər millət öz müqəddəratını özü həll etməyə səlahiyyətdardır” düsturunu xalqın ümumi rəyinə uyaraq istiqlalını elan edirdi. Istiqlal elanı üzərinə qurulan milli Azərbaycan Hökuməti, az zamanda məmləkətdə çox böyük işlər gördü. >>>



Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009