ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Aprel > 18

Tarixdə bu gün: Azərbaycan

 

“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub.

Bölmədə Azərbaycan tarixinin, ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.

Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 18 aprel hansı fakt və olaylarla yadda qalıb?

 

18 aprel 

 

1897 – Azərbaycanın ilk professional qadın müğənnisi, SSRİ Xalq artisti Şövkət  Məmmədova (1897-1981) Tiflisdə anadan olub.

Milan Konservatoriyasında təhsil alıb. İlk dəfə 1912-ci ildə Tağıyev teatrında Ü.Hacıbəyovun "Ər və arvad" operettasında çıxış edib.

1923-cü ildə Bakı Ali Teatr məktəbini (indiki Mədəniyyət və İncəsənət Universiteti) yaradıb.

Uzun illər Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib. 1981-ci il iyunun 8-də vəfat edib.

Əlavə bax:

http://az.wikipedia.org/wiki/%C5%9E%C3%B6vk%C9%99t_M%C9%99mm%C9%99dova

http://www.anl.az/down/medeniyyet2007/mart/medeniyyet2007_mart_410.htm

http://www.gender-az.org/index_az.shtml?id_main=19&id_sub=70&id_sub_sub=63

http://www.adam.az/az.php?subaction=showfull&id=1231163575&archive=&start_from=&ucat=21,28,32,60&go=headlines&category=60

* * *

1991 - Görkəmli şair və tərcüməçi Tofiq Bayram (1934-1991) vəfat edib.

Tofiq Bayram 1934-cü il dekabrın 16-da anadan olmuşdu.

Əlavə bax:

http://azerbaycanli.org/az/page507.html

http://az.wikipedia.org/wiki/Tofiq_Bayram

http://www.mediaforum.az/articles.php?lang=az&page=12&article_id=20091216040458740

http://www.irazturk.com/showthread.php?t=2739

* * *

2001 – Prezident Heydər Əliyev dövlət idarəçiliyində struktur islahatları ilə bağlı sərəncamlar imzalayıb.

Sərəncamlara əsasən, bir sıra qurumlar (NK yanında Xarici Turizm Şurası, Dövlət Sığorta Nəzarəti) ləğv edildi, Torpaq Komitəsi və Geodeziya-Xəritəçəkmə Komitəsi bir qurumda birləşdirildi.

Bundan əlavə, yeni strukturlar - Yanacaq-Energetika Nazirliyi (2004-cü ildən Sənaye-Energetika Nazirliyi), Gənclər, İdman və Turizm Nazirliyi (2006-cı Gənclər və İdman Nazirliyi) yaradılıb.

Əlavə bax:

http://www.mie.gov.az/cgi-bin/min/main.cgi?l=0

http://www.dtxk.gov.az/

http://mys.gov.az/

* * *  

2003 – Prezident Heydər Əliyev ABŞ-ın NATO Komitəsinin həmsədri Brüs Ceksonla görüşdə  bəyan edib ki, Azərbaycan gələcəkdə Şimali Atlantika Alyansına üzv olmaq niyyətindədir.

Bu, Azərbaycan rəhbərinin NATO-ya üzvlüklə bağlı verdiyi ilk rəsmi bəyanat idi.

Əlavə bax:

http://bizimasr.media-az.com/arxiv_2003/aprel/85/


* * *

Bax:

17 aprel



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009