ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Aprel > 2

Tarixdə bu gün: Azərbaycan

 

“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub.

Bölmədə Azərbaycan tarixinin, ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.

Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 2 aprel  hansı fakt və olaylarla yadda qalıb?

 

2 aprel

 

1992 - Azərbaycan Respublikası Çin Xalq Respublikası (ölkəmizin müstəqilliyini 1991-ci il dekabrın 27-də tanıyıb), Danimarka və Yunanıstanla (hər ikisi ülkəmizin müstəqilliyini 1991-ci il dekabrın 31-də tanıyıb) diplomatik münasibətlər qurub.

Əlavə bax:

http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=103&Itemid=43

http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=44&Itemid=43

http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=79&Itemid=43 

* * *

1993 - Ermənistan silahlı qüvvələri bir həftə (martın 27-dən) sürən genişmiqyaslı hücumdan sonra Kəlbəcər rayonunu işğalı ediblər.

Kəlbəcər (ərazisi 3 min kv km) Azərbaycanın Dağlıq Qarabağdan kənarda işğal olunmuş ikinci rayonu (1992-ci ilin mayında işğal olunmuş Laçından sonra), Dağlıq Qarabağla Ermənistan arasında mühüm strateji bölgə idi.

İşğal nəticəsində rayonun 61 min sakini didərgin düşdü, rayon mərkəzi, 150-yə yaxın kənd, onlarla tarixi-mədəniyyət abidəsi, muzey, "İstisu" sanatoriyası Ermənistan silahlı qüvvələri tərəfindən xarabazara çevrildi.

Kəlbəcərin işğalı zamanı 458 nəfər həlak olmuş, rayonun yüzlərlə sakini, o cümlədən qadın, uşaq və qoca əsir götürülmüşdü.

Əlavə bax:

http://azerbaycanli.org/az/page499.html 

* * *

1997 - Rusiya Dövlət Dumasının Müdafiə məsələləri komissiyasının sədri Lev Roxlin Rusiyadan Ermənistana gizli silah satışı (1 mlrd. dollar məbləğində) barədə hesabatı açıqlayıb. Hesabat Rusiyanın siyasi dairələrində böyük qalmaqal doğurdu. Azərbaycan Ermənistana gizli silah satışı ilə bağlı Rusiyadan izahat istədi, iki ölkənin münasibətləri kəskinləşdi.

Bir qədər sonra isə general Roxlin öz evində müəmmalı şəkildə qətlə yetirildi.

Əlavə bax:

http://azerbaycanli.org/az/page572.html

http://mediaforum.az/articles.php?article_id=20090112011320256&lang=az&page=02 

* * *

 

Bax:

►1 aprel 

* * *

► Bizim təqvim



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009