ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Mart > 30

Tarixdə bu gün: Azərbaycan

 

“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub. Bu bölmədə Azərbaycan tarixinin, ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.

Təqdim olunan bölmədə həmin kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 30 mart hansı fakt və olaylarla yadda qalıb?

 

30 mart

 

1918 - Bakıda erməni-daşnak və rus-bolşevik dəstlərinin azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınları başlayıb.

Ermənilər qırğına əvvəlcədən hazırlaşmışdılar. Brest-Litovsk sülh müqaviləsinə (3 mart 1918) əsasən, Türkiyə cəbhəsindən geri dönən rus əsgərlər Stepan Şaumyanın başçılıq etdiyi “Bakı Soveti”nin sərəncamında idilər.

Dünya müharibəsindən qayıdan azərbaycanlıların əksəriyyəti isə Şaumyanın göstərişi ilə Bakı yaxınlığında tərksilah edilmişdi.

Azərbaycanlı hərbçilərin buna qarşı çıxması erməni dəstələrinə onlara qarşı qırğına başlamaq bəhanəsi verdi.

Şaumyan 1918-ci il aprelin 13-də Moskvaya göndərdiyi teleqramda yazmışdı: «Bizim dəstəyə edilən hücumdan bir bəhanə kimi istifadə etdik və parlaq qələbə qazandıq».

Əlavə bax:

http://azerbaycanli.org/az/page49.html

http://azerbaycanli.org/az/page471.html

 * * *

1920 – Azərbaycan Xalq Cümhuriyyətində növbəti hökumət böhranı yaranıb. Nəsib bəy Yusifbəylinin başçılıq etdiyi beşinci hökumət kabineti istefa verib.

Yeni hökuməti qurmaq isə artıq mümkün olmadı. Hökuməti qurmaq tapşırılmış Məmmədhəsən Hacınski (beşinci hökumətdə daxili işlər naziri idi) bolşeviklərlə (Azərbaycan Kommunist Partiyası) əməkdaşlığın tərəfdarı idi.

Hacınskiyə görə, sovet Rusiyasına geniş güzəştlər verməklə Azərbaycanın istiqlalını qorumaq mümkün idi.

Aprelin ortalarında Hacınski «Müsavat» partiyasından istefa verərək Azərbaycan K(b)P-yə daxil oldu.

Əlavə bax:

http://azerbaycanli.org/az/page355.html

 * * *

1992 - Azərbaycan Respublikası ilə İraq arasında diplomatik münasibətlər qurulub.

İraq Azərbaycanın müstəqilliyini 1992-ci il yanvarın 2-də tanımışdı.

Əlavə bax:

http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=110&Itemid=43

 * * *

2004 - Milli Məclis Azərbaycan Respublikasında yeni ərazi-inzibati vahidi - Naxçıvan Muxtar Respublikasında Kəngərli rayonunun yaradılması barədə qanun qəbul edib.

Kəngərli rayonu muxtar respublikanın Babək və Şərur rayonlarından ayrılmış kəndlər əsasında yaradılıb.

Əlavə bax:

http://azerbaycanli.org/az/page574.html

 

 * * *

Bax:

29 mart



Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009