Bizim təqvim > Mart > 27
Tarixdə bu gün: Azərbaycan
“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub. Bu bölmədə Azərbaycan tarixinin, ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.
Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.
Təqdim olunan bölmədə həmin kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.
Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 27 mart hansı fakt və olaylarla yadda qalıb?
27 mart
1917 – Bakıda Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsi seçilib.
Quruma M.Ə.Rəsulzadə, Ə.M.Topçubaşov, M.H.Hacınski, F.X.Xoyski, M.Əsədullayev və digər ziyalılar, milli burjuaziya nümayəndələri daxil idi.
1917-ci ilin Fevral inqilabından sonra, bütün Rusiya imperiyasında olduğu kimi, Azərbaycanda da ikihakimiyyətlik vardı.
Bolşeviklər “Bakı Soveti”ni yaratmış, Rusiya Müvəqqəti Hökumətinin yerli hakimiyyət orqanı kimi isə İctimai Təşkilatların İcraiyyə Komitəsi yaradılmışdı. Komitənin aparıcı təşkilatı Müsəlman Milli Şurası idi.
Əlavə bax:
http://www.azerbaycanli.org/az/page353.html
http://sites.google.com/site/fxxoyski/k.muxtarov
* * *
1927 – Dünya şöhrətli musiqiçi, dirijor Mstislav Rostropoviç (1927-2007) Bakıda anadan olmuşdur.
2007-ci il aprelin 27-də Moskvada vəfat edib.
Əlavə bax:
http://az.wikipedia.org/wiki/Mstislav_Rostropovi%C3%A7
http://az.apa.az/news.php?id=171251
http://www.xalqqazeti.com/public/print.php?lngs=aze&ids=8905
1945 – Azərbaycan SSR Elmlər Akademiyası fəaliyyətə başlayıb.
Akademiya SSRİ Xalq Komissarları Sovetinin 23 yanvar 1945-ci il tarixli qərarı ilə SSRİ EA-nın Azərbaycan Filialının bazasında təşkil olunmuşdu.
SSRİ-nin müsəlman respublikaları arasında ilk Elmlər Akademiyası Azərbaycanda yaranmışdı və respublika üzrə 400 alimin çalışdığı 16 elmi idarəni əhatə edirdi.
Tanınmış alim, cərrah Mirəsədulla Mirqasımov Azərbaycan EA-nın ilk prezidenti seçilib.
Əlavə bax:
http://az.wikipedia.org/wiki/Az%C9%99rbaycan_Milli_Elml%C9%99r_Akademiyas%C4%B1
http://www.science.gov.az/az/index.php
1993 – Ermənistan silahlı qüvvələrinin Kəlbəсər rayonuna hücumu başlayıb.
Bir həftə sürən hücum 1993-cü il aprelin 2-də rayonun işğalı ilə nəticələndi.
Əlavə bax:
http://azerbaycanli.org/az/page499.html
* * *
Bax:
26 mart