Bizim təqvim > Mart > 26
Tarixdə bu gün: Azərbaycan
“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub. Bu bölmədə Azərbaycan tarixinin, ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.
Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.
Təqdim olunan bölmədə həmin kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.
Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 26 mart hansı fakt və olaylarla yadda qalıb?
26 mart
1893 – Azərbaycanın məşhur opera müğənnisi Fatma Muxtarova (1893-1972) anadan olub.
Əlavə bax:
http://bizimasr.media-az.com/arxiv_2003/iyun/138/meden.html
http://www.musigi-dunya.az/new/read_magazine.asp?id=281
http://www.adam.az/az.php?subaction=showfull&id=1221589592&archive=&start_from=&ucat=21,44&go=headlines&category=44
* * *
1910 – Görkəmlı teatr və kino aktyoru, SSRİ-nin xalq artisti Ələsgər Ələkbərov (1910-1963) anadan olmuşdur.
Əlavə bax:
http://az.wikipedia.org/wiki/%C6%8Fl%C9%99sg%C9%99r_%C6%8Fl%C9%99kb%C9%99rov
http://www.xalqqazeti.com/public/print.php?lngs=aze&ids=36801
http://www.kinozal.az/site/?name=person&adem_id=840
http://www.lent.az/news.php?id=21507
* * *
1989 – SSRİ-də alternativlik şəraitində ilk seçkilər keçirilib.
SSRİ Xalq Deputatları Qurultayının 2250 deputat (ərazi, milli-ərazi seçki dairələri və ictimai təşkilatlar üzrə 750 nəfər) yeri uğrunda 10 min namizəd mübarizə aparıb.
Bu, Azərbaycanda da ilk alternativ əsaslı seçki idi. Buna qədər sovet seçkiləri “1 mandat - 1 namizəd” prinsipi ilə keçirilirdi.
Əlavə bax:
http://bizimyol.az/?mod=news&act=view&nid=35260
http://e-qanun.az/files/framework/data/6/f_6564.htm
* * *
1998 – Prezident Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayıb.
Fərmanda XIX əsrin əvvəlində Şimali Azərbaycanın Rusiya ilhaqından sonra ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi, azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı siyasətinə tarixi-siyasi qiymət verilib.
Sənəddə erməni millətçi qüvvələri tərəfindən azərbaycanlılara qarşı 1905-1907, 1918-ci illərdə həyata keçirilmiş qətliamlar, azərbaycanlıların Ermənistan ərazisindəki tarixi yurdlarından 1948-1953-cü illərdəki deportasiyası, 1988-ci ildə Ermənistanda azərbaycanlılara qarşı etnik təmizləmənin aparılması, bu prosesin Dağlıq Qarabağda və Ermənistanın işğal etdiyi digər ərazilərdə davam etməsi təhlil olunub.
Fərmana əsasən, 1918-ci il mart soyqırımının tarixi - 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib.
Əlavə bax:
http://azerbaycanli.org/az/page49.html
http://azerbaycanli.org/az/page470.html
* * *
2000 – Azərbaycanda 1999-cu il dekabrın 12-də keçirilmiş bələdiyyə seçkilərinin davamı olaraq təkrar seçkilər keçirilib.
Həmin seçkilərdən sonra nəticələri ləğv edilmiş 75 bələdiyyə üzrə ümumilikdə 500-ə yaxın bələdiyyə üzvü seçilib.
Əlavə bax:
http://www.cec.gov.az/az/umumi/seckiler-referendumlar/1999.htm
* * *
2005 – Yeni Azərbaycan Partiyasının III qurultayında prezident İlham Əliyev təşkilatın yeni sədri seçilib.
İlham Əliyev 1999-cu ilin dekabrında YAP sədrinin müavini, 2001-ci ilin noyabrında isə sədrin 1-ci müavini seçilmişdi.
2003-cü ilin 12 dekabrında Heydər Əlievin vəfatından sonra partiyaya rəhbərlik edirdi.
Əlavə bax:
http://www.yap.org.az/view.php?lang=az&menu=45&id=99
* * *
Bax:
25 mart