ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Mart > 13

Tarixdə bu gün: Azərbaycan

 

“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub. Bu bölmədə Azərbaycan tarixinin, ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.

Təqdim olunan bölmədə həmin kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 13 mart hansı fakt və olaylarla yadda qalıb?

 

13 mart

 

1927 – Azərbaycanın xalq artisti Nodar Şaşıqoğlu anadan olub.

Azərbaycan kinosunda və teatrda bir yaddaqalan obrazlar yaradıb.

Onu ən çox məşhurlaşdıran isə “Uzaq sahillərdə” filmindəki “Mixaylo” obrazı olub.

Əlavə bax:

http://www.xalqqazeti.com/public/print.php?lngs=aze&ids=8869

http://www.kinozal.az/site/?name=news&lang=1&news_id=1420&

http://www.azeriart.net/kino/nodar.htm

 * * *

1938 – SSRİ hökuməti bütün müttəfiq respublikaların məktəblərində rus dilinin icbari tədris olunması barədə qərar verib.

Milli dilin məhdudlaşdırılması və ruslaşdırma siyasəti repressiyalarla müşayiət olunurdu.
Əlavə bax:

http://www.azadliq.org/content/article/1762314.html

http://www.azerbaycanli.org/az/page326.html

http://library.aliyev-heritage.org/print.php?lang=az&page=3638234

* * *


1991 – Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə "Stepanakert" aeroportunun Xocalı rayonu ərazisində yerləşdiyi nəzərə alınaraq onun adı dəyişdirilib və "Xocalı" aeroportu adlandırılıb.

Dağlıq Qarabağdakı yeganə hava limanı bir il sonra, 1992-ci ili 26 fevralında Xocalının işğalı nəticəsində ermənilərin nəzarətinə keçdi.

Əlavə bax:

http://wap.musavat.com/wapread.php?news_id=49921

http://garabagh.ws/?page_id=2889

http://e-qanun.az/files/framework/data/7/f_7045.htm

* * *


1992 – Helsinkidə ATƏM-in (1995-ci ildən ATƏT) rəhbər komitəsinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ilk təcili iclası çağırılıb.

İclasın yekunu olaraq martın 24-də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in təşkilatşılığı ilə beynəlxalq konfransın çağırılması (Belarusun paytaxtı Minsk şəhərində) qərara alındı və daha sonra bununla bağlı ATƏT-in Minsk qrupu təşkil edildi.

Əlavə bax:

http://www.mfa.gov.az/index.php?option=com_content&task=view&id=566&Itemid=1

http://www.azerbaijan.az/_Karabakh/_Documents/Documents/document_32_a.html

* * *

1994 – Görkəmli aktyor və rejissor Həsən Əbluc (1942-1994) vəfat edib.

Həsən Abbasqulu oğlu Əbluc 1942-ci il aprelin 22-də Təbrizdə anadan olmuşdu.

Əlavə bax:

http://az.wikipedia.org/wiki/H%C9%99s%C9%99n_%C6%8Fbluc

http://www.anl.az/down/meqale/olaylar/olaylar_aprel2009/74362.htm

 * * *


1995 – DİN-in Xüsusi Təyinatlı Polis Dəstəsinin (keçmiş "OMON") Qazax rayonundakı bölməsi Qazax və Ağstafa rayonunun inzibati idarə binalarına, bölgədəki hərbi hissəyə basqın edərək onların fəaliyyətini iflic edib.

Hər iki rayonda faktiki olaraq dövlət əleyhinə qiyam baş vermişdi, ölən və yaralananlar vardı.

Bu hadisələr Azərbaycanda dövlət çevrilişinə cəhdin ("OMON qiyamı") başlanğıcı idi.

Əlavə bax:

http://e-qanun.az/files/framework/data/9/f_9226.htm

http://www.musavat.com/new/yazar/49978-B%C4%B0R_Q%C4%B0YAMIN_TAR%C4%B0X%C3%87%C6%8FS%C4%B0

 * * *

2002 – Prezident Heydər Əliyevin imzaladığı əfv fərmanına əsasən, 81 məhbus azadlığa buraxılıb.

Əfv olunanların böyük əksəriyyəti (75 nəfər) Azərbaycanın müstəqilliyinə, dövlətçiliyinə və ərazi bütövlyünə qarşı törədilmiş cinayətlərdə iştirak etmiş şəxslər idi.

Əlavə bax:

http://bizimasr.media-az.com/arxiv_2002/mart/59/xeber.html#2

 

 * * *

Bax:

12 mart

 

 



Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009