Bizim təqvim > Mart > 9
Tarixdə bu gün: Azərbaycan
“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub. Bu bölmədə Azərbaycan tarixinin, ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.
Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.
Təqdim olunan bölmədə həmin kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.
Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 9 mart hansı fakt və olaylarla yadda qalıb?
9 mart
1917 – Rusiya imperiyasının Müvəqqəti Hökuməti Qafqazda çar idarəçilik sisteminin - canişinliyin ləğv edilməsi barədə qərar verib.
Bunun əvəzində Cənubi Qafqazdan Rusiya Dövlət Dumasına seçilmiş deputatlardan ibarət yeni qurum - Zaqafqaziya Xüsusi Komitəsi yaradılıb.
Çar II Nikolayın taxt-tacdan əl çəkməsindən (1917-ci ilin Fevral inqilabı) sonra iqtidara gələn Müvəqqəti Hökumət imperiyanın əyalətlərində nisbətən demokratik üsul-idarə tətbiq etməklə mərkəzdənqaçma meyllərini önləməyə çalışırdı.
Əlavə bax:
http://www.azerbaycanli.org/az/page353.html
http://www.rasulzade.org/ideology/5_31.html
1992 – Argentina Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanımaq barədə bəyanat verib.
İki ölkə arasında diplomatik münasibətlər 1993-cü il noyabrın 8-də qurulub.
Əlavə bax:
http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=33&Itemid=43
2007 – Bakıda Azərbaycan və Türkiyə diaspor təşkilatları rəhbərlərinin I forumu keçirilib.
Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən forumda Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan, Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Mehmet Əli Tələt, türkdilli ölkələrin rəsmiləri - ümumilikdə 48 ölkədən 500-dən çox nümayəndə və qonaq iştirak edib.
Forumda xaricdəki azərbaycanlı və türk diaspor təşkilatlarının əməkdaşlığının gücləndirilməsi, Azərbaycan və Türkiyənin beynəlxalq arenadakı maraqlarının birgə müdafiəsi, tarixi həqiqətlərin dünya birliyinə çatdırılması yönündə müştərək addımlara dair qərarlar qəbul olunub.
Əlavə bax:
http://www.voanews.com/azerbaijani/archive/2007-03/Aze-azeriturkdiaspor.cfm
http://www.azerbaijan-news.az/index.php?Lng=aze&year=2007&Pid=11471
http://www.azeri-diaspora.com/new_page_43.htm
* * *
Bax:
►8 mart