ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Mart > 4

Tarixdə bu gün: Azərbaycan

 

“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub. Bu bölmədə Azərbaycan tarixinin, ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.

Təqdim olunan bölmədə həmin kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 4 mart hansı fakt və olaylarla yadda qalıb?

 

4 mart

 

 Şeyx Cüneyd türbəsi, Qusar rayonu

 1460 – Şeyx Cüneydin başçılıq etdiyi Səfəvi qoşunları ilə Şirvanşah I Xəlilullahın qoşunları arasında Samur çayı sahilində döyüş baş verib. Döyüşdə Səfəvi qoşunları məğlub olub və Şeyx Cüneyd öldürülüb.

Ondan sonra oğlu Şeyx Heydər Şirvanı və digər Azərbaycan torpaqlarını Səfəvi hakimiyyətinə tabe etdirməyə çalışsa da, o da 1488-ci ildə Şirvanşah ordusu ilə döyüşdə həlak olub.

Nəhayət, 1501-ci ildə hakimiyyətə gələn Şah İsmayıl (Xətai) Azərbaycan torpaqlarını birləşdirməyə və qüdrətli Səvəfi dövlətini qurmağa müvəffəq oldu.

Əlavə bax:

http://az.wikipedia.org/wiki/%C5%9Eeyx_C%C3%BCneyd_t%C3%BCrb%C9%99si

http://shekiteatr.azersayt.com/blog.html?page=comments&member=SM&newsid=232998

http://az.wikipedia.org/wiki/%C5%9Eirvan%C5%9Fah_I_X%C9%99lilullah

 

1842 – Məşhur Bakı milyonçusu, mesenat Ağamusa Nağıyev (1842-1919) anadan olub.

Ağamusa Nağıyev Bakıda 100-ə yaxın müyxtəlif təyinatlı bina inşa etdirib. Həmin nikililərin bir qismi bu gün də Azərbaycan paytaxtına gözəllik verməklə yanaşı, elm, təhsil, sosial, mədəni təyinatlı obyektlər olaraq («İsmailyyə» binası - MEA-nın Rəyasət Heyəti, Mərkəzi Klinik Xəstəxana və s.) fəaliyyət göstərir.

Ağamusa Nağıyev 77 yaşında, özünün doğum cünündə (4 mart 1919) vəfat edib.

Əlavə bax:

http://az.wikipedia.org/wiki/A%C4%9Fa_Musa_Na%C4%9F%C4%B1yev

http://bizimasr.media-az.com/arxiv_2003/mart/48/xatire.html

http://az.apa.az/news.php?id=170228

 

2001 – Parisdə Fransa prezidenti Jak Şirakın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Robert Koçaryan arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə növbəti danışıqlar başlayıb.

İki gün (4-5 mart 2001) sürən gərgin danışıqlar Ermənistanın kompromissiz mövqeyi üzündən nəticəsiz bitib.

Əlavə bax:

http://azerbaycanli.org/az/page235.html

http://bizimasr.media-az.com/arxiv_2001/new_fev/247/pauza.html

http://bizimasr.media-az.com/arxiv_2001/new_mart/250/pauza.html

 

 * * *

Bax:

3 mart



Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009