Bizim təqvim > Fevral > 26
Tarixdə bu gün: Azərbaycan
“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub. Bu bölmədə Azərbaycan tarixinin, ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.
Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.
Təqdim olunan bölmədə həmin kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.
Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 26 fevral hansı fakt və olaylarla yadda qalıb?
26 fevral
1905 – Rusiya çarı II Nikolay Qafqazda vəziyyətə nəzarəti gücləndirmək üçün birbaşa idarəçilik - canişinlik sistemini bərpa edib.
Qafqaz canişinliyi 1844-cü ildə yaradılmışdı, bölgədə hakimiyyət canişinə məxsus idi, o yalnız çarın qarşısında hesabat verirdi.
Sonradan regionun quberniyalara bölünməsi ilə canişinlik idarəçiliyi tədricən aradan qalxmışdı.
Əlavə bax:
http://www.borchali.net/index.php?cat=kerem_memmedov&s=29
http://www.rasulzade.org/articles/1_97.html
1921 – Sovet Rusiyası ilə İran arasında diplomatik münasibətlər haqqında müqavilə imzalanıb.
Müqavilədə Xəzərdən istifadə haqqında bənd yer almışdı və dənizin Astara (Azərbaycan) – Həsənqulu (Türkmənistan) xətti boyunca bölünməsi əksini tapmışdı.
SSRİ ilə İran arasında Xəzərlə bağlı imzalanmış sonrakı müqavilələrdə də bu bölgü əks olunub.
Əlavə bax:
http://www.azerbaijan.az/portal/WorldCommunity/CaspianStatus/caspianStatus_a.html
http://www.dak.az/print_preview.php?lang=az&id=5843
http://www.azerbaycanli.org/az/page378.html
http://bizimasr.media-az.com/arxiv_2001/new_av/310/pauza.html
1935 – İctimai-siyasi xadim Artur Rasizadə Gəncə şəhərində anadan olub.
1980-ci illərdə Azərbaycan SSR-də rəhbər vəzifələrdə təmsil olunub.
1996-cı ildə Azərbaycan Respublikasının baş naziri təyin olunub.
Artur Rasizadə dövlət qulluğunda xidmətlətinə görə “İstiqlal” və “Şərəf” ordenləri ilə təltif olunub.
Əlavə bax:
http://az.wikipedia.org/wiki/Artur_Rasizad%C9%99
http://az.apa.az/xeber_Artur_Rasizade_%C2%ABSheref%C2%BB_ordeni__179095.html
http://www.azadliq.org/content/article/1335704.html
1992 – Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü gedişində tarixin ən dəhşətli qətliamlarından biri baş verib.
Fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri Xankəndi (Stepanakert) şəhərindəki keçmiş sovet ordusunun 366-cı alayının erməni zabitlərinin (onlardan biri – Seyran Ohanyan sonradan Ermənistanın müdafiə naziri oldu) bilavasitə rəhbərliyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum ediblər.
Dinc əhaliyə qarşı həyata keçirilən qətliam nəticəsində 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca vəhşiliklə qətlə yetirilib.
Şəhərin 1275 sakini əsirlik dəhşətini yaşadıqdan sonra azadlığa buraxılıb. 150 nəfərin aqibəti naməlum olaraq qalıb. 130 uşaq yetim qalıb, 8 ailənin bütün üzvləri öldürülüb.
Xocalı qətliamı bəşəriyyət əleyhinə ən ağır cinayətlərlə bir sırada dayanır.
Əlavə bax:
http://azerbaycanli.org/az/page81.html
http://azerbaycanli.org/az/news-548.html
* * *
Bax:
25 fevral