Bizim təqvim > Fevral > 25
Tarixdə bu gün: Azərbaycan
“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub. Bu bölmədə Azərbaycan tarixinin, ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.
Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.
Təqdim olunan bölmədə həmin kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.
Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 25 fevral hansı fakt və olaylarla yadda qalıb?
25 fevral
1910 – Akademik İmam Mustafayev (1910-1997) Qax rayonunda anadan olub.
İmam Mustafayev sovet Azərbaycanın rəhbərlərindən biri, 1954-1959-cu illərdə Azərbaycan KP MK-nın 1-ci katibi olub
Azərbaycanda aqrar elmin (taxılçılıq) inkişafında, elmi kadrların hazırlanmasında xidmətlər göstərib.
Əlavə bax:
http://www.adam.az/az.php?subaction=showfull&id=1230058085&archive=&start_from=&ucat=8,48&go=headlines&category=48
http://az.wikipedia.org/wiki/%C4%B0mam_Mustafayev
http://www.525.az/view.php?lang=az&menu=7&id=11018
http://www.azadliq.org/content/article/1761713.html
* * *
1910 – Tanınmış rəssam, milli teatr-dekorasiya sənətinin yaradıcılarından biri Rüstəm Mustafayev (1910-1970) anadan olub.
Azərbaycan Dövlət İncəsənət Muzeyi Rüstəm Mustafayevin adını daşıyır.
Əlavə bax:
http://az.wikipedia.org/wiki/R%C3%BCst%C9%99m_Mustafayev
http://www.medeniyyet.az/site/?name=content&content=3017
http://www.adam.az/az.php?subaction=showfull&id=1255417860&archive=&start_from=&ucat=23,28,58&go=headlines&category=58
* * *
1951 - Tanınmış jurnalist, Əməkdar mədəniyyət işçisi Şakir Hənifə oğlu Yaqubov Astara rayonunun Balaca Şahağac kəndində anadan olub.
1974-2000-ci illərdə "Azərbaycan gəncləri", "Kommunist" (indiki "Xalq qəzeti"), "Həyat" (indiki "Azərbaycan"), "Sirdaş", "Səhər" və "AFFA news", "Panorama" qəzetlərində müxbirlikdən baş redaktorun birinci müavini və baş redaktoracan ən müxtəlif vəzifələrdə, sonrakı 10 ildə isə Azərbaycan Respublikası Auditorlar Palatasının redaksiya-nəşriyyat şöbəsinin müdiri, "İqtisadiyyat və audit" elmi-praktik jurnalının məsul redaktoru vəzifəsində çalışıb.
“Mən şahidəm ki...”, “Qətiyyətin təntənəsi”, “Banişevski olduğu kimi”, “Taleyimdən keçənlər” və s. kitabların müəllifidir.
Əlavə bax:
http://az.wikipedia.org/wiki/%C5%9Eakir_Yaqubov
http://www.mediaforum.az/articles.php?lang=az&page=04&article_id=20110221011223882
* * *
1964 - Azərbaycanın Milli Qəhrəmanı Sahil Ələmdar oğlu Məmmədov (25.02.1964) Qərbi Azərbaycanın Uluxanlı (Masis) rayonunun Yuxarı Necili (Nizami) kəndində anadan olub.
1992-ci il 8 oktyabr tarixli prezident fərmanı ilə Milli Qəhrəman adına layiq görülüb.
* * *
1919 – Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində yaranmış növbəti hökumət böhranı nəticəsində Fətəli xan Xoyskinin başçılıq etdiyi üçüncü kabinet fəaliyyətini dayandırıb.
Ayyarım sürən gərgin müzakirələrdən sonra Nəsib bəy Yusifbəylinin başçılığı ilə dördüncü hökumət kabineti təşkil edilib.
Əlavə bax:
http://azerbaycanli.org/az/page355.html
http://f.x.xoyski.googlepages.com/
* * *
1988 – Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlanan Dağlıq Qarabağ münaqişəsində yeni toqquşma baş verib.
Erməni millətçiləri Əsgəranda daha iki azərbaycanlını qətlə yetiriblər.
Əlavə bax:
http://azerbaycanli.org/az/news-540.html
* * *
1992 – Azərbaycanla Yəmən Ərəb Respublikası arasında diplomatik münasibətlər qurulub.
Yəmən Ərəb Respublikası ölkəmizin müstəqilliyini 1991-ci il dekabrın 30-da tanıyıb.
Əlavə bax:
http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=139&Itemid=43
* * *
Bax:
►24 fevral