Bizim təqvim > Fevral > 22
Tarixdə bu gün: Azərbaycan
“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub. Bu bölmədə Azərbaycan tarixinin, ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.
Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.
Təqdim olunan bölmədə həmin kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.
Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 22 fevral hansı fakt və olaylarla yadda qalıb?
22 fevral
1869 – Böyük yazıçı, jurnalist, ictimai xadim Cəlil Məmmədquluzadə (1869-1932) Naxçıvanda anadan olub.
Cəlil Məmmədquluzadə hekayə və povestləri, dram əsərləri, məşhur "Ölülər" komediyası ilə Azərbaycan ədəbiyyatına misilsiz töhfələr verib.
Yazıçı ilk nömrəsi 1906-cı il aprelin 7-də çıxan "Molla Nəsrəddin" jurnalının nəşrinə başlamaqla Azərbaycanda satirik jurnalistikanın əsasını qoyub.
1932-ci il yanvarın 4-də vafat edib.
Əlavə bax:
http://azerbaycanli.org/az/page426.html
http://az.wikipedia.org/wiki/C%C9%99lil_M%C9%99mm%C9%99dquluzad%C9%99
http://shexsiyyetler.nakhchivan.az/c_memmedquluzade.html
1988 – Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları zəminində başlanan Dağlıq Qarabağ münaqişəsində ilk toqquşma baş verib.
Erməni millətçiləri Əsgəran qəsəbəsi yaxınlığında Ağdam rayonundan olan iki azərbaycanlı gənci qətlə yetiriblər.
Rəsmi orqanlar azərbaycanlı əhalinin erməni şovinistlərinə adekvat cavab verməsinə imkan vermədilər.
Həmin gün Bakıda ermənilərin Qarabağa iddialarına etiraz olaraq mitinq keçirilib.
Bu arada Ermənistanın Qafan rayonundan azərbaycanlıların kütləvi deportasiyası başlanıb.
Əlavə bax:
http://azerbaycanli.org/az/news-540.html
http://azerbaycanli.org/az/page385.html
1994 – Prezident Heydər Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına ilk rəsmi səfərə gedib.
Səfər gedişində prezident Heydər Əliyev və Britaniya baş naziri Con Meycor arasında görüş keçirilmiş, dövlətlərarası sənədlər imzalanmış, "Əsrin müqaviləsi" ilə bağlı danışıqlar aparılmışdı.
Əlavə bax:
http://library.aliyev-heritage.org/az/8687164.html
2001 – Azərbaycan XİN Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı ATƏT-in Minsk qrupunun 1997-1998-ci illərdə tərəflərə rəsmən təklif etdiyi üç nizamlama planını (“paket həll”, “mərhələli həll”, “ümumi dövlət”) ilk dəfə mətbuat səhifələrində geniş ictimaiyyətin müzakirəsinə çıxarıb.
Əlavə bax:
http://azerbaycanli.org/az/page472.html
* * *
Bax:
►21 fevral