ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Fevral > 15

Tarixdə bu gün: Azərbaycan

 

“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub. Bu bölmədə Azərbaycan tarixinin, ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.

Təqdim olunan bölmədə həmin kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 15 fevral hansı fakt və olaylarla yadda qalıb?

 

15 fevral

 

1934 – Akademik, Azərbaycan Milli Aviasiya Akademiyasının rektoru, fizika-riyaziyyat elmləri doktoru Arif Paşayev anadan olmuşdur.

2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının fizika bölməsi üzrə həqiqi üzvü seçilib.

Əlavə bax:

http://www.science.az/az/acmembers/pashayevaiml.htm

http://az.wikipedia.org/wiki/Arif_Pa%C5%9Fayev

 

1949 – Diplomat, ictimai-siyasi xadim Mahmud Əhməd oğlu Məmməd-Quliyev Gəncədə anadan olub.

1993-cü ildən Azərbaycan Respublikası xarici işlər nazirinin müavinidir. 1993-2001-ci illərdə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığında, habelə İrlandiya Respublikasında, İsveç, Norveç və Danimarkada fövqəladə və səlahiyyətli səfiri olub.

Əlavə bax:

http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=15&Itemid=28

http://az.wikipedia.org/wiki/Mahmud_M%C9%99mm%C9%99dquliyev

 

1997 – Amerika Birləşmiş Ştatları Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupuna 3-cü (Rusiya və Fransadan sonra) həmsədr olaraq qəbul olunub.

Erməni tərəfin Fransanın Minsk qrupunda ikinci həmsədr olmasında israrını davam etdirəndən sonra Azərbaycan ABŞ-ın namizədliyini irəli irəli sürmüşdü.

Nəticədə kompromis variant kimi üçlü həmsədrlik formatı qəbul olundu. O vaxtdan Qarabağ münaqişəsinin nizamlanması üzrə beynəlxalq vasitəçilik bu formatda fəaliyyət göstərir.

Əlavə bax:

http://azerbaycanli.org/az/page235.html

http://az.wikipedia.org/wiki/Minsk_Qrupu

http://www.azadliq.org/content/article/1936701.html

 

2008 – Prezident İlham Əliyev “Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi haqqında” sərəncam imzalayıb.

Sərəncama əsasən, tarixi yubiley respublikada geniş şəkildə qeyd olundu, Xalq Cümhuriyyəti parlamentinin 90 illiyi münasibətilə çoxsaylı xarici ölkə nümayəndə heyətlətinin iştirakı ilə Milli Məclisin xüsusi iclası keçirildi.

Əlavə bax:

http://az.newsazerbaijan.ru/politic/20080216/42160493-print.html

http://e-qanun.az/res_data/framework/data/13/f_13390.htm

 

 * * *

Bax:

14 fevral

 



Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009