ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Fevral > 11

Tarixdə bu gün: Azərbaycan

 

“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub. Bu bölmədə Azərbaycan tarixinin, ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.

Təqdim olunan bölmədə həmin kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 11 fevral hansı fakt və olaylarla yadda qalıb?

 

11 fevral

 

1725 – Rusiya Xarici İşlər Kollegiyası işğal olunmuş Xəzərətrafı ərazilərdə erməni əhalisinin yerləşdirilməsi barədə fərman verib.

Bu, çar Rusiyasının ermənilər vasitəsilə Cənubi Qafqazda möhkəmlənmək siyasətinin ilk praktik addımı idi.

XVIII əsrin əvvəlində Azərbaycanın Xəzərboyu ərazilərini müvəqqəti ələ keçirən çar I Pyotr sələflərinə məhz bu siyasəti vəsiyyət etmişdi.

Əlavə bax:

http://az.wikipedia.org/wiki/XIX_-_%D0%A5%D0%A5_%C9%99srl%C9%99rd%C9%99_Erm%C9%99nil%C9%99rin_C%C9%99nubi_Qafqaza_k%C3%B6%C3%A7%C3%BCr%C3%BClm%C9%99si

http://azerbaycanli.org/ru/page209.html

http://forum.fox.az/showthread.php?t=5834

http://west-land.az/index.php?mod=static&page=dist&lang=az

 

1829 – Rusiya imperiyasının Tehrandakı səfiri, şair Aleksandr Qriboyedov qətlə yetirilib.

Türkmənçay müqaviləsindən sonra İrandan erməni əhalisinin Azərbaycan torpaqlarına köçürülməsində iştirak edən Qriboyedov həmin müqavilənin birinci ildönümündə bir qrup dindarın Rusiya səfirliyinə basqını zamanı öldürülmüşdü.

Bu hadisədən sonra İran şahı Rusiya ilə münasibətləri sahmanlamaq üçün üzrxahlıq olaraq Peterburqa böyük miqdarda qızıl və daş-qaş göndərdi.

Əlavə bax:

http://azerbaycanli.org/az/page349.html#Qriboyedov

 http://azturk.biz/viewpage.php?page_id=45

http://www.azadinform.az/index.php?dn=news&to=art&id=23174

 

1914 – Xalq artisti Rəmziyyə Veysəlova (1914-1993) Bakıda anadan olub.

Uzun illər (1935 ildən etibarən) Gəncə Dram Teatrının aktrisası olmuşdur.

1993-cü il avqustun 22-də Gəncədə vəfat edib.

Əlavə bax:

http://www.adam.az/az.php?subaction=showfull&id=1264678730&archive=&start_from=&ucat=29,32,58&go=headlines&category=58

http://www.ganca.az/zaman_shexsiyyet/agayana_baxisli_senatkar.html

 

1981 – Xalq artisti, görkəmli teatr və kino aktyoru Möhsün Sənani vəfat edib.

Möhsün Sənani 1900-cü il iyunun 19-da Tiflisdə anadan olmuşdu.

Əlavə bax:

http://az.wikipedia.org/wiki/M%C3%B6hs%C3%BCn_S%C9%99nani

http://deyerler.org/49002-mghsgn-sjnani-mjhjrrjmlik-aydndn-vqasdm-otaddv-ejbihindjn-sjhnjyj-qjdjm-qoyan.html

http://www.adam.az/az.php?subaction=showfull&id=1231243159&archive=&start_from=&ucat=32,53&go=headlines&category=53

 

1992 – Erməni silahlı qüvvələri Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərini işğal ediblər.
Əlavə bax:

http://karabakh-doc.azerall.info/ru/isegod/isg030az-9.php

http://www.azerbaycanli.org/az/news-521.html


2000 - Prezident Heydər Əliyev Baş Dövlәt Vergi Müfәttişliyinin lәğv edilməsi, onun bazasında Vergilәr Nazirliyinin yaradılması barədə fərman verib.

11 fevral Azərbaycan vergi xidməti işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Əlavə bax:

http://www.taxes.gov.az/?name=haqqinda&lang=

 

2004 – Prezident İlham Əliyev "Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) təsdiq edilməsi haqqında" fərman imzalayıb.

Dövlət Proqramının uğurla həyata keçirilməsi nəticəsində respublikanın bölgələrinin iqtisadi mənzərəsi köklü şəkildə yaxşılaşmış, geniş aqrar-sənaye, sosial, energetika və kommunikasiya infrastrukturu yaranmış, 700 mindən çox yeni iş yerləri açılmışdır.

http://bizimasr.media-az.com/arxiv_2004/06/olke.html#1

 

2009 – Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri və Hava Hücümundan Müdafiə Qoşunlarının komandanı general-leytenant Rail Rzayev Bakıda (səhər xidməti avtomaşınında işə gedərkən) qətlə yetirilib.

Rail Qurban oğlu Rzayev 1945-ci il martın 10-da Bakıda anadan olmuşdu.

1993-cü ildən Azərbaycan müdafiə nazirinin müavini, Hava Hücümundan Müdafiə Qoşunlarının komandanı idi.

Əlavə bax:

http://az.apa.az/xeber_General_Rail_Rzayevin_qetle__177444.html

http://www.rian.ru/society/20090211/161773803.html

 

 * * *

Bax:

10 fevral



Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009