ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Fevral > 8

Tarixdə bu gün: Azərbaycan

 

“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub. Bu bölmədə Azərbaycan tarixinin, ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.

Təqdim olunan bölmədə həmin kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 8 fevral hansı fakt və olaylarla yadda qalıb?

 

8 fevral

 

1806 – Rusiyasının Qafqazdakı işğalçı qoşunlarının komandanı, Azərbaycan torpaqlarının istilasında xüsusi amansızlıq göstərmiş general Pavel Sisianov Bakının Qala qapısı yanında qətlə yetirilib.

Sisianov şəhərin təslim edilməsi barədə Bakı xanı Hüseynqulu xanla danışıqlar apararkən xanın qardaşı oğlu Aslan bəy tərəfindən öldürülmüşdü.

Sisianovun ölümündən sonra rus qoşunlarının hücumları xüsusilə amansızlaşdı.

1806-cı ilin oktyabrında Bakı işğal edildi.

1813-cü ildə (Gülüstan müqaviləsi) Bakı xanlığının Rusiyaya birləşdirilməsi rəsmiləşdi.

Əlavə bax:

http://www.azerbaycanli.org/az/page379.html

http://www.xalqqazeti.com/public/print.php?lngs=aze&ids=3564

http://az.wikipedia.org/wiki/Pavel_Sisianov

 

1828 – İranla növbəti müharibə (1826-1829) gedişində Cənubi Azərbaycan torpaqlarını istila edən Rusiya qoşunları Ərdəbil şəhərini ələ keçiriblər.

İşğal nəticəsində şəhərin bir çox tarixi-mədəni inciləri yağmalanmış, o cümlədən Şeyx Səfi məqbərəsindən 166 qədim əlyazma Sankt-Peterburqa aparılmışdı.

Əlavə bax:

http://az.wikipedia.org/wiki/%C4%B0kinci_Rusiya-%C4%B0ran_m%C3%BCharib%C9%99si

http://www.azadliq.org/content/article/1908422.html

 

1907 – Təbrizdə İran şah rejiminə qarşı silahlı xalq üsyanı başlanıb.

İran inqilabının (1905-1911) mərkəzi Cənubi Azərbaycana, Təbrizə keçib.

Bir qədər sonra Səttərxanın fədai dəstələri bütün Cənubi Azərbaycanda inqilab hakimiyyətini bərqərar etdilər.

Əlavə bax:

http://www.azerbaycanli.org/az/page263.html

http://az.wikipedia.org/wiki/M%C9%99%C5%9Frut%C9%99_inqilab%C4%B1

 


1994 – Azərbaycan prezidenti Heydər Əliyev Türkiyəyə ilk rəsmi səfərə gedib.

Səfər gedişində ikitərəfli sazişlər imzalanmış, Azərbaycana Türkiyə biznesinin cəlb edilməsi yönündə razılaşmalar əldə edilmişdi.

Əlavə bax:

http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=76&Itemid=43

 * * *

Bax:

7 fevral

 

 



Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009