ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Fevral > 4

Tarixdə bu gün: Azərbaycan

 

“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub. Bu bölmədə Azərbaycan tarixinin, ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.

Təqdim olunan bölmədə həmin kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 4 fevral hansı fakt və olaylarla yadda qalıb?

 

4 fevral

 

1921 – Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə Bakıda anadan olub.

1930-cu ildə ailəsi ilə İrana köçüb. Tehran Universitetini bitirdikdən sonra 1944-cü ildə ABŞ-a gedib, təhsilini Massaçusets Texnologiya Universitetində davam etdirib, Kolumbiya Universitetində elektron mühəndisliyi üzrə professor elmi dərəcəsi alıb.

1960-cı illərdən Berkli Universitetində (Kaliforniya) işləməyə başlayıb.

Lütfi Zadəyə şöhrət gətirən qeyri-səlis məntiq nəzəriyyəsi 80-ci illərdən dünyanın ən aparıcı texnologiya şirkətlərində, Amerika Milli Aerokosmik Agentliyində (NACA) istifadə olunur.

Əlavə bax:

http://az.wikipedia.org/wiki/L%C3%BCtfi_Zad%C9%99

http://qhtxeber.az/lutfi%20zade.htm

 

1930 – Görkəmli xanəndə, muğam ustası Əlibaba Məmmədov anadan olub. 

Əlibaba Məmmədov öz yaradıcılığı ilə Azərbaycan musiqi mədəniyyətinin inlişafına dəyərli töhfələr verib.

Əlavə bax:

http://www.anl.az/down/meqale/azerbaycan/azerbaycan_iyun2009/81748.htm

http://az.wikipedia.org/wiki/%C6%8Flibaba_M%C9%99mm%C9%99dov

http://library.aliyev-heritage.org/az/7031887.html

 

1945 – Tanınmış müğənni və bəstəkar, xalq artisti Polad Bülbüloğlu anadan olub.

1988-2006-cı illərdə Azərbaycanın mədəniyyət naziri olub.

2006-cı ildə Azərbaycanın Rusiyada səfiri təyin edilib.

Əlavə bax:

http://az.wikipedia.org/wiki/Polad_B%C3%BClb%C3%BClo%C4%9Flu

http://az.apa.az/xeber_Moskva_ve_Butun_Rusiyanin__176726.html

 

1954 – Azərbaycanda ən iri su elektrik stansiyası – Kür çayı üzərində Mingəçevir SES istifadəyə verilib.

Mingəçevir SES inşası 1945-ci ildə başlamışdı.

Mingəçevir SES Cənubi Qafqazda ən iri su elektrik stansiyasıdır.

Stansiya şə salınması ilə respublikanın yeni sənaye mərkəzinin – energetiklər şəhəri Mingəçevirin təməli qoyulub.

Əlavə bax:

http://az.wikipedia.org/wiki/Ming%C9%99%C3%A7evir_SES

http://www.azerenerji.com/index.php?section=156

 

1974 – Görkəmli riyaziyyatçı alim, akademik, Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti Zahid Xəlilov (1911-1974) Bakıda vəfat edib.

Zahid Xəlilov 1911-ci il yanvarın 17-də Qərbi Azərbaycan torpağı olan Borçalıda, Tiflis quberniyasının Ekatrinenfeld nahiyəsinin (indiki Gürcüstanın Bolnisi rayonu) Saraclı kəndində anadan olmuşdu.

1962-1967-ci illərdə Azərbaycan SSR EA-nın prezidenti olub.

Əlavə bax:

http://az.wikipedia.org/wiki/Zahid_X%C9%99lilov

http://mechmath.bsu.az/?mod=page&id=680

http://saracli.ucoz.ru/publ/alimlr/zahid_xlilov/1-1-0-2

 

1994 – Prezident Heydər Əliyev “Azərbaycanın dəniz neft və qaz yataqlarının işlənməsinin sürətləndirilməsi haqqında” sərəncam imzalayıb.

Sərəncamın praktik nəticəsi kimi həmin il sentyabrın 20-də xarici neft şirkətləri ilə ilk saziş – “Əsrin müqaviləsi” bağlandı.

Əlavə bax:

http://bizimasr.media-az.com/arxiv_2004/04/yaddas.html

 

 * * *

Bax:

3 fevral

 



Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009