Bizim təqvim > Fevral > 3
Tarixdə bu gün: Azərbaycan
“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub. Bu bölmədə Azərbaycan tarixinin, ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.
Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.
Təqdim olunan bölmədə həmin kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.
Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 3 fevral hansı fakt və olaylarla yadda qalıb?
3 fevral
1924 – Bakıda ilk tramvay nəqliyyatı işə salınıb.
Azərbaycanda polad relslər üzərində ilk nəqliyyat 1883-cü il mayın 8-də Bakı-Tiflis dəmir yolunun işə salınması ilə faəliyyətə başlamışdı. 1899-cu ildə Bakıda ilk konka işləməyə başlamışdı.
1923-cü ildə elektrik tramvay xətti çəkilməsi başlanır və 1924-cü il fevralın əvvəlində istismara verilir.
1926-cı ildə SSRİ-də ilk elektrik dəmir yolu xətti də Bakıda (Bakı-Sabunçu elektrik qatarı) işə salındı.
Əlavə bax:
http://general.azeriblog.com/2008/01/18/bakimizin-xronologiyasi
http://nhclan.3bb.ru/viewtopic.php?id=31
1993 – Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlıq yönündə ilk sənəd - «Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında» müqavilə imzalanıb.
Müqavilə Gürcüstan rəhbəri Eduard Şevardnadzenin Bakıda prezident Əbülfəz Elçibəylə görüşünün yekunu olaraq imzalanıb.
Əlavə bax:
http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=48&Itemid=43
1995 – Avropa Şurası Parlament Assambleyasının Bürosu Azərbaycanın təşkilatda “xüsusi dəvət edilmiş qonaq” statusu almaq barədə müraciətinin nəzərdən keçirilməsi təşəbbüsü ilə çıxış edib.
Azərbaycan Avropa Şurasına 1992-ci ildə müraciət etmiş, 1994-cü ildə AŞPA üç Cənubi Qafqaz respublikasının müraciətinə baxılması barədə 1247 saylı tövsiyə qərar qəbul etmişdi.
AŞPA Bürosu 1996-cı ilin iyununda Azərbaycana “xüsusi dəvət edilmiş qonaq” statusunun verilməsi barədə qərar qəbul etdi.
Əlavə bax:
http://azerbaycanli.org/az/page437.html
2004 – Prezident İlham Əliyevin iştirakı ilə "Gülüstan" sarayında Bakı-Tbilisi-Ceyhan layihəsinin maliyyələşdirilməsi üzrə son sənədlərin təntənəli imzalanma mərasimi keçirilib.
Azərbaycan, Gürcüstan və Türkiyə hökumətlərinin, BTC-nin kreditorlar qrupunun nümayəndələri tərəfindən imzalanan maliyyələşmə paketi 78 müxtəlif tərəfin 17 mindən artıq imzası olan 208 maliyyə sənədindən ibarət idi.
Əlavə bax:
http://bizimasr.media-az.com/arxiv_2004/05/gundem.html#1
* * *
Bax:
2 fevral