Bizim təqvim > Yanvar > 27
Tarixdə bu gün: Azərbaycan
“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub. Bu bölmədə Azərbaycan tarixinin, ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.
Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.
Təqdim olunan bölmədə həmin kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.
Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 27 yanvar hansı fakt və olaylarla yadda qalıb?
27 yanvar
1906 – Tanınmış tarixçi alim Sara Aşurbəyli (1906-2001) anadan olub.
Sara Aşurbəyli Orta əsrlər Azərbaycan şəhərlərinin tarixinə dair dəyərli araşdırmalar aparıb, əsərləri ingilis, fransız dillərində çap edilib.
Azərbaycan Rəssamlar İttifaqının üzvü olub, boyakarlıq əsərlərinin müəllifidir.
Əlavə bax:
http://az.wikipedia.org/wiki/Sara_A%C5%9Furb%C9%99yli
http://www.kataloq.net/v2/shexsler/Sara-A%C5%9Furb%C9%99yli-14
http://sara-ashurbeyli.info/
1912 – Görkəmli neftçi, professor Eyyub Tağıyev (1912-1967) anadan olmuşdur.
Eyyub Tağıyev Sibirdə zəngin neft yataqlarının kəşfində iştirak edib, Argentina və Braziliyada çalışıb.
Üç dəfə Stalin mükafatına layiq görülmüş yeganə azərbaycanlıdır. 1967-ci il yanvarın 17-də vəfat edib.
Əlavə bax:
http://www.azerigallery.com/bio/taghiyev-e.html
http://www.irs-az.com/pdf/090628194435.pdf
1950 – Hərbi xadim, general-polkovnik Səfər Axundbala oğlu Əbiyev Bakıda anadan olub.
Səfər Əbiyev 1993-1994-cü illərdə Azərbaycanın ordu komandanlığında yüksək vəzifələr tutub.
1995-ci il fevralın 6-da Azərbaycanın müdafiə naziri təyin olunub.
Əlavə bax:
http://az.apa.az/xeber_Azerbaycanin_mudafie_naziri_“Shohret”__175755.html
1995 – Azərbaycan prezidenti Heydər Əliyev ilk dəfə Dünya İqtisadi Forumunda (Davos Forumu) iştirak etmək üçün İsveçrəyə gedib.
Səfər gedişində Azərbaycan rəhbəri çoxsaylı görüşlər keçirmiş, energetika ilə bağlı sessiyasında çıxış etmişdi.
Əlavə bax:
http://library.aliyev-heritage.org/az/5759810.html
2003 – Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin başçısı İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti və Büro üzvü seçilib.
İlk dəfə olaraq Azərbaycanın nümayəndəsi mötəbər beynəlxalq qurumun rəhbərliyində təmsil olunub.
Bu hadisə Azərbaycanın Avropa Şurasında uğuru olmaqla yanaşı, İlham Əliyevin beynəlxalq müstəvidə qazandığı nüfuzun göstəricisi idi.
Əlavə bax:
http://bizimasr.media-az.com/arxiv_2003/yanvar/21/olke.html#1
http://www.lidertv.com/view_index.php?lang=az&menu=news&type=view&id=100985
* * *
Bax:
26 yanvar