Bizim təqvim > Dekabr > 30
Tarixdə bu gün: Azərbaycan
“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub. Bu bölmədə Azərbaycan tarixinin, ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.
Bu işin bir qismi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyimiz "Azərbaycançılıq - milli eyniyyətdən qlobal dünyaya pəncərə: tədqiqat və təbliğat platformu” layihəsi çərçivəsində "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlanarkən görülmüşdür.
Təqdim olunan bölmədə həmin kitab-təqvimin yenilənmiş elektron variantı yer alacaq.
Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 30 dekabr hansı fakt və olaylarla yadda qalıb?
30 dekabr
1904 - Bakıda fəhlələrinin ümumi tətilinin neft sənayeçiləri ilə fəhlələr arasında “müştərək müqavilə”nin imzalanması ilə nəticələnib.
Bakıda fəhlə hərəkatının bu uğuru sol təmayüllü (bolşevik) təbliğatın tədricən özünə yer etdiyini göstərirdi.
Əlavə bax:
http://www.kommunist.az/ag_terror/index.htm#Xanlar_Səfərəliyev
http://www.ahik.org/index.php?Cid=3&Pid=11&poll_ident=4
http://www.rasulzade.org/articles/1_101.html
1906 - İran hökmdarı Müzəfərəddin şah Konstitusiyanın qüvvəyə minməsi barədə fərman verib. Fərmanın verilməsi ilə İran konstitusiyalı monarxiyaya çevrilib.
Şah ölkədə inqilab dağlasını səngitmək üçün Konstitusiyanın qəbuluna razılıq vermişdi.
Bu, Səttarxanın başçılıq etdiyi İran inqilabının (1905-1911) ilk mühüm uğuru idi.
Əlavə bax:
http://www.azerbaycanli.org/az/page287.html
http://www.azadtribun.net/x18740.htm
1922 - Moskvada I Ümumittifaq Covetlər qurultayında Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) yaradıldığı elan edilib.
Sovet İttifaqı Rusiya Sovet Federativ Sosialist Respublikası (RSFSR), Ukrayna SSR, Belorusiya SSR və Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının (Azərbaycan SSR, Ermənistan SSR və Gürcüstan SSR-in birləşdiyi federativ qurum) təsisçiliyi ilə yaradılmışdı. Sonrakı illərdə SSRİ respublikalarının sayı 15-ə çatdı.
Qurultayda SSRİ-nin ilk ali idarətemə orqanı - 18 nəfərlik Mərkəzi İcraiyyə Komitəsi (sədr Mixail Kalinin) seçilib.
“Zaqfederasiya”dan SSRİ rəhbərliyinə Azərbaycan SSR hökumətinin başçısı Nəriman Nərimanov seçilib.
Əlavə bax:
http://az.wikipedia.org/wiki/Sovet_Sosialist_Respublikalar%C4%B1_%C4%B0ttifaq%C4%B1
1989 - Gəncə şəhərinin tarixi adı bərpa edilib.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti Yelizavetpol adını ləğv edərək şəhərin adını özünə qaytarsa da, sovetləşmədən sonra Gəncə Kirovabad adlandırılmışdı.
Əlavə bax:
http://az.wikipedia.org/wiki/G%C9%99nc%C9%99
http://www.ganca.net/aze/history.html
1991 - Səudiyyə Ərəbistanı Krallığı Azərbaycanın müstəqilliyini tanıyıb.
İki ölkənin diplomatik münasibətləri 1992-ci il fevralın 24-də qurulub.
Əlavə bax:
http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=129&Itemid=43
1991- Banqladeş Azərbaycan Respublikasının müstəqilliyini tanıyıb.
Diplomatik münasibətlər 1992-ci il fevralın 26-da qurulub.
Əlavə bax:
http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=100&Itemid=43
1991- Finlandiya Azərbaycanın dövlət müstəqilliyini tanıyıb.
Diplomatik əlaqələr 1992-ci il martın 14-də yaradılıb.
Əlavə bax:
http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=46&Itemid=43
1991- Livan Azərbaycan Respublikasının müstəqilliyini tanıyıb.
Diplomatik münasibətlər 1992-ci il sentyabrın 18-də qurulub.
Əlavə bax:
http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=118&Itemid=43
* * *
Bax:
29 dekabr