Bizim təqvim > Dekabr > 29
Tarixdə bu gün: Azərbaycan
“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub. Bu bölmədə Azərbaycan tarixinin, ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.
Bu işin bir qismi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyimiz "Azərbaycançılıq - milli eyniyyətdən qlobal dünyaya pəncərə: tədqiqat və təbliğat platformu” layihəsi çərçivəsində "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlanarkən görülmüşdür.
Təqdim olunan bölmədə həmin kitab-təqvimin yenilənmiş elektron variantı yer alacaq.
Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 29 dekabr hansı fakt və olaylarla yadda qalıb?
29 dekabr
1921 - Xalq yazıçısı, görkəmli ədəbiyyatşünas alim və publisist Əzizə Cəfərzadə (1921-2003) anadan olub.
S.Ə.Şirvaniyə həsr olunmuş "Aləmdə səsim var mənim", Nişat Şirvanidən bəhs edən "Vətənə qayıt", M.Ə. Sabirlə A.Səhhətin dostluğundan danışan "Yad et məni" romanlarından ibarət trilogiyanın, "Bakı-1501" (1980) tarixi romanını və s. kitabların, monoqrafiya və dərsliklərin müəllifidir.
Əlavə bax:
http://az.wikipedia.org/wiki/%C6%8Fziz%C9%99_C%C9%99f%C9%99rzad%C9%99
http://www.kataloq.net/v2/shexsler/%C6%8Fziz%C9%99-C%C9%99f%C9%99rzad%C9%99-100
* * *
1929 – Tarixçi alim, professor Püstəxanım Əzizağa qızı Əzizbəyovanın (1929 - 8.1.1998) doğum günüdür.
* * *
1991 - Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktına münasibətlə bağlı referendum keçirilib.
Oktyabrın 18-də Ali Sovetdə qəbul olunan tarixi sənəd respublika rəhbərliyi tərəfindən yalnız SSRİ süqut edəndən sonra ümumxalq səsverməsinə çıxarılmışdı və artıq referendum sırf formal xarakater daşıyırdı.
Əlavə bax:
http://www.azerbaycanli.org/az/page413.html
1998 - Naxçıvan Muxtar Respublikasının Konstitusiyası Milli Məclisi tərəfindən təsdiq edilərək qüvvəyə minib.
Əlavə bax:
http://www.nakhchivan.az/portal-1/konstitusiya.htm?
* * *
1999 - Prezident Heydər Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaradılması barədə fərman imzalayıb.
Əlavə bax:
www.oilfund.az
http://az.apa.az/news.php?id=173300
http://az.wikipedia.org/wiki/Az%C9%99rbaycan_Respublikas%C4%B1_D%C3%B6vl%C9%99t_Neft_Fondu
* * *
2000 - Prezident Heydər Əliyev 2001-ci il, XXI əsr və III minilliyin başlaması münasibətilə Azərbaycan xalqına müraciət edib.
Müraciətdə Azərbaycan xalqının qədim dövrlərdən XX əsrin sonunadək keçdiyi tarixi yol geniş təfərrüatı ilə təhlil olunur.
Müraciətdə həmçinin Azərbaycanın gələcək strateji inkişaf istiqamətləri qeyd olunur.
Əlavə bax:
http://library.aliyev-heritage.org/print.php?lang=az&page=2541517
* * *
2006 - Prezident İlham Əliyev Bakı şəhərində Heydər Əliyev Mərkəzinin yaradılması haqqında sərəncam imzalayıb.
Mərkəzin təməlaatma mərasimi 2007-ci ilin sentyabrında keçirildi.
Əlavə bax:
http://www.xalqqazeti.com/public/print.php?lngs=aze&ids=7416
http://www.azadliq.org/content/article/1894508.html
* * *
2006 - Prezident İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası yaradılıb.
Əlavə bax:
http://az.trend.az/news/important/top/838622.html
http://www.xalqqazeti.com/public/print.php?lngs=aze&ids=7446
* * *
Bax:
Bizim təqvim > Dekabr
* * *