Bizim təqvim > Dekabr > 27
Tarixdə bu gün: Azərbaycan
“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub. Bu bölmədə Azərbaycan tarixinin, ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.
Bu işin bir qismi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyimiz "Azərbaycançılıq - milli eyniyyətdən qlobal dünyaya pəncərə: tədqiqat və təbliğat platformu” layihəsi çərçivəsində "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlanarkən görülmüşdür.
Təqdim olunan bölmədə həmin kitab-təqvimin yenilənmiş elektron variantı yer alacaq.
Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 27 dekabr hansı fakt və olaylarla yadda qalıb?
27 dekabr
927 - Azərbaycan Sacilər dövlətinin (indiki Cənubi Azərbaycan ərazisində) başçısı Yusif Sacoğlunun qoşunları ilə Xilafət (ərəb) ordusu arasında Kufə şəhəri yaxınlığında növbəti döyüş olub.
Bundan öncə Xilafətə vergi ödəməkdən imtina edən və ərəb qoşunları üzərində bir neçə dəfə qələbə çalan Yusif Sacoğlu Kufə döyüşündə öldürülüb. 941-ci ildə Sacilər dövləti süqut etdi.
Lakin ərəblərin hökmranlığı çox çəkmədi, bir qədər sonra bölgədə yeni güclü Azərbaycan-türk dövləti - Səlcuq imperatorluğu (Toğrul bəy Səlcuq) yarandı və Abbasilər Xilafətini özünə tabe etdirdi.
Əlavə bax:
http://www.azerbaycanli.org/az/page261.html
http://az.wikipedia.org/wiki/Sacil%C9%99r_d%C3%B6vl%C9%99ti
http://www.gunaz.tv/makaleler/ilk-muselman-turk-dovleti-qaraxanlilar-yox-azerbaycan-saciler-dovleti-olub-bu-dovlet-ermen
1805 - Qarabağ və Şəki xanlıqlarını ələ keçirəndən (may 1805) sonra Şirvan xanlığı üzərinə yürüşə başalayan rus qoşunları Şamaxı şəhərinə daxil olublar.
Şirvan xanlığı çar Rusiyasına birləşdirilib.
Əlavə bax:
http://www.azerbaycanli.org/az/page62.html
http://az.wikipedia.org/wiki/%C5%9Eirvan_xanl%C4%B1%C4%9F%C4%B1
1932 - SSRİ-də məcburi pasport sistemi və yaşayış yeri üzrə qeydiyyat rejiminə keçid elan edilib.
Sovetləşmədən sonra bolşeviklər ölkə daxilində pasportları (pasport yalnız xaricə səfərlər üçün verilirdi) çarizmin qalığı elan edərək ləğv etmişdilər. Lakin tezliklə insanların sərbəst hərəkətinin sovet idarəçilik rejimi ilə ziddiyyət təşkil etdiyi üzə çıxdı.
SSRİ Xalq Komissarları Sovetinin qəbul etdiyi qərara əsasən, pasport və yaşayış yeri üzrə məcburi qeydiyyat rejimini pozanlara qarşı inzibati, hətta cinayət məsuliyyəti tətbiq olunmağa başlandı.
Əlavə bax:
http://85.132.24.83/cw/ldb/LegalDB.nsf/GetFullText?OpenAgent&id=C4257155003D5462C42572DD001E82C0
1991 - Kamboca Azərbaycanın Respublikasının dövlət müstəqilliyini tanıyıb.
İki ölkənin diplomatik əlaqələri 1994-cü il dekabrın 28-də qurulub.
Əlavə bax:
http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=113&Itemid=43
* * *
Bax:
26 dekabr