Bizim təqvim > Dekabr > 26
Tarixdə bu gün: Azərbaycan
“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub. Bu bölmədə Azərbaycan tarixinin, ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.
Bu işin bir qismi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyimiz "Azərbaycançılıq - milli eyniyyətdən qlobal dünyaya pəncərə: tədqiqat və təbliğat platformu” layihəsi çərçivəsində "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlanarkən görülmüşdür.
Təqdim olunan bölmədə həmin kitab-təqvimin yenilənmiş elektron variantı yer alacaq.
Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 26 dekabr hansı fakt və olaylarla yadda qalıb?
26 dekabr
1802 - Şimali Qafqaz hakimləri və bəzi Azərbaycan xanları Rusiyanın himayəsinə keçmək barədə Georgiyevsk anlaşmasını imzalayıblar.
Sənədi Quba hakimi Seyfəli xan və Talış (Lənkəran) hakimi Mir Mustafa xan imzalamışdı.
Hər iki xanlıq rusların hərbi təhdidi altında bu anlaşmaya getmişdilər. Talış xanlığı həm də İran tərəfdən hücumlardan qorunmaq üçün bu addımı atmışdı.
Georgiyevsk anlaşması xanlıqların hələ Rusiyaya birləşdirilməsi demək deyildi. Bir qədər sonra Rusiya Azərbaycan torpaqlarının gerçək işğalını həyata keçirdi.
Əlavə bax:
http://www.azerbaycanli.org/az/page286.html
http://www.azerbaycanli.org/az/page62.html
http://az.wikipedia.org/wiki/Az%C9%99rbaycan_xanl%C4%B1qlar%C4%B1
1918 – Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti Fətəli xan Xoyskinin rəhbərliyi ilə qurulan 3-cü hökumət kabinetini təsdiqləyib.
Yeni koalisyon hökumətdə 14 nəfər nazir yer almışdı. Onların arasında 3 rus nazir də vardı.
Cümhuriyyət rəhbərliyi bununla həm rusları parlamentdə iştiraka (10 yer) təşviq etmək, həm də demokratik əsaslı hökumətlə Bakıdakı ingilis komandanlığının dəstəyini qazanmaq niyyəti güdürdü.
Əlavə bax:
http://www.azerbaycanli.org/az/page355.html
1919 - Xalq artisti, görkəmli rəqqasə Əminə Dilbazi (1919) anadan olub.
Əlavə bax:
http://az.wikipedia.org/wiki/%C6%8Fmin%C9%99_Dilbazi
http://www.kinozal.az/site/?name=person&adem_id=876
http://anspress.com/index.php?a=2&lng=az&nid=19261
1991 - Xankəndi (Stepanakert) şəhərindən sonuncu azərbaycanlı ailələr qovulub.
1989-cu ildən şəhərdə azərbaycanlı əhaliyə (7 min nəfər) qarşı aparılan etnik təmizləmə başa çatıb.
26 dekabr Xankəndinin ermənilər tərəfindən işğalı günüdür.
Əlavə bax:
http://www.azerbaycanli.org/az/page513.html
1991 - Kuba Azərbaycanın müstəqilliyini tanıyıb. İki ölkənin diplomatik əlaqələri 1992-ci il martın 27-də quruldu.
Əlavə bax:
http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=82&Itemid=43
1991 - Avstraliya Azərbaycanın müstəqilliyini tanıyıb. Diplomatik münasibətlər 1992-ci iyunun 19-da quruldu.
Əlavə bax:
http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=165&Itemid=43
2001 - Azərbaycanda kommunal, nəqliyyat və digər güzəştlərin müavinətlərlə əvəz olunması barədə fərman verilib.
Sovet dövründən qalan ümumi imtiyazlar sistemi ləğv olunub, konkret və ünvanlı güzəştlərin tətbiqi başlanıb.
Əlavə bax:
http://bizimasr.media-az.com/arxiv_2001/new_dek/417/xeber.html#1
* * *
Bax:
►25 dekabr