ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Dekabr > 22

Tarixdə bu gün: Azərbaycan

 

“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub. Bu bölmədə Azərbaycan tarixinin, ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.

Bu işin bir qismi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyimiz "Azərbaycançılıq - milli eyniyyətdən qlobal dünyaya pəncərə: tədqiqat və təbliğat platformu” layihəsi çərçivəsində "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlanarkən görülmüşdür.

Təqdim olunan bölmədə həmin kitab-təqvimin yenilənmiş elektron variantı yer alacaq.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 22 dekabr hansı fakt və olaylarla yadda qalıb?

 

22 dekabr

1911 - Görkəmli jurnalist, pedaqoq, professor Nəsir İmanquliyev (1911-1998) anadan olub. 

1947-ci ildən Azərbaycan Dövlət Universitetində pedaqoji fəaliyyət göstərib, jurnalist kadrların hazırlanması işinə böyük töhfə verib.

"Bakı" və "Baku" qəzetlərinin qurucusu və 30 ilə yaxın baş redaktoru olub. 

Əlavə bax:

http://www.lidertv.com/new/view.php?lang=az&type=news&menu=6&id=98845

http://www.anl.az/down/medeniyyet2007/may/medeniyyet2007_may_244.htm

http://www.az.apa.az/xeber_Nesir_Imanquliyeve_hesr_olunmush__172625.html

 

1919 – Azərbaycan Xalq Cümhuriyyətinin sonuncu, 5-ci hökumət kabineti parlamentdə təsdiqlənib.

Bundan öncəki 4-cü hökumət kabineti 1919-cu il martın 14-də qurulmuşdu. 1919-cu il sentyabrın 13-də baş nazir Nəsib bəy Yusifbəyli hökumətin sədri vəzifəsindən istefa vermişdi.

Cümhuriyyətin yeni hökuməti də N. Yusifbəylinin baş nazirliyi ilə təşkil olundu.

Əlavə bax:

http://azerbaycanli.org/az/page355.html

http://az.wikipedia.org/wiki/N%C9%99sib_b%C9%99y_Yusifb%C9%99yli

http://baki1918-20.azeriblog.com/2009/03/27/bir-daha-nesib-bey-yusifbeylinin-qetli-barede-meqale-525az-dan-goturulub

 

1920 - Tanınmış kinodramaturq, yazıçı, rejissor Həsən Seyidbəyli (1920-1980) anadan olmuşdur.

«Uzaq sahillərdə» (İmran Qasımovla birlikdə), «Cəbhədən cəbhəyə» romanlarının, pyeslərin, bir çox filmlərin ssenarilərinin müəllifidir.

Həsən Seyidbəyli Azərbaycan kinosunda rejissor kimi də yadda qalıb, bir neçə filmə quruluş verib.

Əlavə bax:

http://www.azeriart.net/kino/seyidbeyli.htm

http://az.wikipedia.org/wiki/H%C9%99s%C9%99n_Seyidb%C9%99yli

http://www.xalqqazeti.com/public/print.php?lngs=aze&ids=34955

 

1942 - Görkəmli hərbi xadim Həzi Aslanova birinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilib.

Sovet Ordusunda 55-ci tank briqadasının komandiri olan polkovnik Həzi Aslanov bu ada Stalinqrad döyüşlərində göstərdiyi igidliyə görə layiq görülmüşdü.

1944-cü ildə general-mayor Həzi Aslanov ikinci dəfə yüksək ada təqdim edilsə də, tarixi ədalət uzun illər sonra, 1991-ci ildə öz yerini tapdı.

Əlavə bax:

http://www.9may.az/hero_az.php?subaction=showfull&id=1115037718&archive=&start_from=&ucat=18&

http://az.wikipedia.org/wiki/H%C9%99zi_Aslanov

http://haslanov.azeriblog.com/

 

1992 - Ali Sovetin Milli Şurası “Azərbaycan Respublikasının dövlət dili haqqında” qanun qəbul edib.

Qızğın mübahisələrdən sonra, 50 deputatdan 34-nün lehihə səsi ilə qəbul edilən qanunda dövlət dilinin "türk dili" kimi təsbitlənməsi dilçi alimlər arasında və ümumən cəmiyyətdə ziddiyyət doğurmuşdu.

1995-ci ildə qəbul edilən Azərbaycan Konstitusiyasında dövlət dilinin adı “Azərbaycan dili” olaraq təsbitləndi.

2002-ci ildə parlament “Azərbaycan Respublikasının dövlət dili haqqında” yeni qanun qəbul etdi.

Əlavə bax:

http://www.xalqqazeti.com/public/print.php?lngs=aze&ids=3158

http://www.az-muallimi.com/arxiv/2009/n22/ardi2.html

 

1993 - Ermənistanın işğalçı qüvvələrinin hücümlarını dəf edən Azərbaycan Milli Ordusunun hissələri Fizüli rayonunun Arazboyu yaşayış məntəqələri istiqamətində əks-hücuma keçiblər.

Uğurlu əməliyyat nəticəsində rayonun bir sıra kəndləri və Horadiz qəsəbəsi işğaldan azad edildi.

 

1994 - Azərbaycanla Honduras arasında diplomatik münasibətlər qurulub.

 * * *

Bax:

►21 dekabr

 



Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009