Bizim təqvim > Dekabr > 16
Tarixdə bu gün: Azərbaycan
“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub. Bu bölmədə Azərbaycan tarixinin, ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.
Bu işin bir qismi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyimiz "Azərbaycançılıq - milli eyniyyətdən qlobal dünyaya pəncərə: tədqiqat və təbliğat platformu” layihəsi çərçivəsində "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlanarkən görülmüşdür.
Təqdim olunan bölmədə həmin kitab-təqvimin yenilənmiş elektron variantı yer alacaq.
Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 16 dekabr hansı fakt və olaylarla yadda qalıb?
16 dekabr
1898 - Xalq rəssamı, Azərbaycanın tanınmış karikatura ustası Qəzənfər Xaliqov (1898-1981) anadan olmuşdur.
Əlavə bax:
http://olaylar.az/index.php?newsid=1210164033
http://www.azerbaijan-news.az/index.php?Lng=aze&year=2006&Pid=5423
http://www.anl.az/down/meqale/xalqcebhesi/xalqcebhesi_aprel2009/74185.htm
1934 - Görkəmli şair və tərcüməçi Tofiq Bayram (1934-1991) anadan olub.
“Azərbaycan müəllimi” və “Ədəbiyyat və incəsənət” qəzetlərində, “Ulduz” jurnalında, Dövlət Televiziya və Radio Verilişləri Komitəsində, “Yazıçı” nəşriyyatında işləyib.
Onlarla şeir və tərcümə kitabının müəllifidir. 1991-ci il aprelin 18-də vəfat edib.
Əlavə bax:
http://az.wikipedia.org/wiki/Tofiq_Bayram
http://www.mediaforum.az/articles.php?lang=az&page=12&article_id=20091216040458740
http://www.irazturk.com/showthread.php?t=2739
1991 - Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Heydər Əliyevin sədrliyi keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib.
Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Ali Sovetə müraciət edib.
Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası (parlamentin 50 deputatdan ibarət daimi fəaliyyət göstərən orqanı) müraciəti nəzərə alaraq 31 dekabrın Dünya azərbaycanlılarının həmrəyliyi günü elan olunması barədə qanun qəbul etdi.
Əlavə bax:
http://www.azerbaijan.az/portal/Society/Holidays/holidays_a.html
http://melumat.xazar.com/idx/68/472/article/31-dekabr--Az601rbaycanl305lar305n-milli-h601mr601ylik-g252n252.html
2005 - Prezident İlham Əliyev Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin yaradılması barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi, Material Ehtiyatları Komitəsi ləğv edilərək onların funksiyaları Fövqəladə Hallar Nazirliyinə verilib.
Bundan əlavə, Müdafiə Nazirliyinin Mülki Müdafiə İdarəsi, DİN-in Dövlət Yanğından Mühafizə İdarəsi, Dövlət Sularda Xilasetmə Xidməti, «İzotop» kombinatı, Dövlət Tikinti və Arxitektura Komitəsinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdiriyyəti yeni nazirliyinin tabeliyinə verilib.
Ölkə başçısının 2006-cı ildə imzaladığı sərəncama əsasən, 16 dekabr Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günü kimi qeyd edilir.
Əlavə bax:
http://www.fhn.gov.az/
http://www.voanews.com/azerbaijani/archive/2006-02/Aze-Kamaydhic.cfm?moddate=2006-02-06
http://az.wikipedia.org/wiki/Az%C9%99rbaycan_Respublikas%C4%B1_F%C3%B6vq%C9%99lad%C9%99_Hallar_Nazirliyi
* * *
Bax:
15 dekabr