Bizim təqvim > Dekabr > 15
Tarixdə bu gün: Azərbaycan
“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub. Bu bölmədə Azərbaycan tarixinin, ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.
Bu işin bir qismi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyimiz "Azərbaycançılıq - milli eyniyyətdən qlobal dünyaya pəncərə: tədqiqat və təbliğat platformu” layihəsi çərçivəsində "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlanarkən görülmüşdür.
Təqdim olunan bölmədə həmin kitab-təqvimin yenilənmiş elektron variantı yer alacaq.
Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 15 dekabr hansı fakt və olaylarla yadda qalıb?
15 dekabr
1055 - Sultan Toğrul bəyin başçılıq etdiyi Səlcuq qoşunları Xilafətin paytaxtı Bağdada daxil olublar.
Bağdad daxil olmaqla indiki İraqın bütün ərazisi Səlcuqların nəzarətinə keçib.
Xilafət (Abbasilər sülaləsi) oğuz-türk dövləti olan Səlcuq imperatorluğundan asılılığı qəbul edib.
Əlavə bax:
http://www.azerbaycanli.org/az/page362.html
http://www.zaman.az/site/shownews.php?news_id=19777
http://www.borchali.net/forum/archive/index.php/t-19.html
http://sedamiz.blogspot.com/2008/06/togrul-byin-mqbrsi-yenidn-qurulur.html
1907 - Görkəmli torpaqşünas alim, akademik Həsən Əliyev (1907-1993) anadan olmuşdur.
Əlavə bax:
http://www.hasan-aliyev.org/main/about_a.html
http://az.wikipedia.org/wiki/H%C9%99s%C9%99n_%C6%8Fliyev
http://shexsiyyetler.nakhchivan.az/h_aliyev.html
http://www.lidertv.com/new/view.php?lang=az&type=news&menu=6&id=98266
1910 - Tanınmış geoloq, akademik Şəfayət Mehdiyev (1910 - 1993) anadan olub.
Əlavə bax:
http://www.science.az/az/index.php?id=1770
http://www.anl.az/down/meqale/azerbaycan/azerbaycan_sentyabr2009/90609.htm
1994 - Prezident Heydər Əliyev İslam Konfransı Təşkilatının Kasablankada (Mərakeş) keçirilən zirvə toplantısında müsəlman ölkələrini Ermənistanın Azərbaycana hərbi təcavüzünə qarşı daha təsirli mövqe tutmağa çağırıb.
Sammitin yekun sənədləri sırasında Ermənistanın Azərbaycana təcavüzünü pisləyən qətnamə qəbul edilib.
Əlavə bax:
http://library.aliyev-heritage.org/az/3944127.html
http://www.mfa.gov.az/index.php?option=com_content&task=view&id=609&Itemid=1
http://www.azerbaycanli.org/az/page243.html
2001 - ABŞ-ın müdafiə naziri Donald Ramsfeld Cənubi Qafqaza səfəri çərçivəsində Bakıya gəlib. Bu, Pentaqonun şefinin regiona ilk səfəri idi.
Ramsfeld Azərbaycanın beynəlxalq antiterror kampaniyasında fəal iştirakına görə ölkə rəhbərliyinə təşəkkür edib, prezident Heydər Əliyevlə ABŞ-Azərbaycan hərbi əməkdaşlığını müzakirə edib.
Əlavə bax:
http://library.aliyev-heritage.org/az/2908803.html
http://bizimasr.media-az.com/arxiv_2001/new_dek/403/xeberxet.html
http://library.aliyev-heritage.org/az/4546427.html
2003 - Azərbaycan xalqı Heydər Əliyevlə vidalaşıb.
Heydər Əliyev dekabrın 12-də ABŞ-da, uzun müddət müalicə olunduğu Klivlend Klinikasında vəfat etmişdi.
Dəfn mərasimində Türkiyə, Rusiya, Qazaxıstan, Ukrayna prezidentləri, Gürcüstanın dövlət rəhbərliyi, digər ölkələrdən yüksək nümayəndə heyətləri iştirak edib.
Heydər Əliyev Fəxri Xiyabanda dəfn olunub.
Əlavə bax:
http://bizimasr.media-az.com/arxiv_2003/dekabr/260/gundem.html#2
http://bizimasr.media-az.com/arxiv_2003/dekabr/260/dunya.html#1
http://www.azadliq.org/content/article/1902039.html
* * *
Bax:
14 dekabr