Bizim təqvim > Dekabr > 10
Tarixdə bu gün: Azərbaycan
“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub. Bu bölmədə Azərbaycan tarixinin, ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.
Bu işin bir qismi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyimiz "Azərbaycançılıq - milli eyniyyətdən qlobal dünyaya pəncərə: tədqiqat və təbliğat platformu” layihəsi çərçivəsində "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlanarkən görülmüşdür.
Təqdim olunan bölmədə həmin kitab-təqvimin yenilənmiş elektron variantı yer alacaq.
Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 10 dekabr hansı fakt və olaylarla yadda qalıb?
10 dekabr
1922 - Cənubi Qafqazın üç sovet respublikasının nümayəndələrinin iştirakı ilə I Zaqafqaziya Sovetlər Qurultayı işə başlayıb.
Azərbaycandan 175 deputatın iştirak etdiyi qurultayın (10-13 dekabr) yekunu olaraq Zaqafqaziya Sovet Sosialist Federativ Respublikasının yaradıldığı elan olunub. "Zaqfederasiya"nın əsası 1922-ci il martın 12-də Rusiyanın təşəbbüsü ilə təsis edilən Zaqafqaziya Sovet Sosialist Respublikaları Federativ İttifaqı ilə qoyulmuşdu.
Qurultayda federasiyanın rəhbər orqanı - Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi (150 üzv və 50 namizəd) seçilib. ZSFSR-in yaranması Azərbaycan SSR-i formal müstəqillikdən də məhrum etdi.
Eyni zamanda, bu, SSRİ-nin təşkilinə ilk addım idi. Dekabrın 30-da ZSFSR, RSFSR, Ukrayna SSR və Belorusiya SSR ittifaq dövlətini - SSRİ-ni təsis etdilər.
"Zaqfederasiya" 1936-cı ilədək mövcud oldu və həmin il Cənubi Qafqazın üç respublikası SSRİ-nin müttəfiq subyektinə çevrildi.
Əlavə bax:
http://az.wikipedia.org/wiki/Zaqafqaziya_Sovet_Federativ_Sosialist_Respublikas%C4%B1
http://www.azerbaijan.az/portal/StatePower/LegistativePower/legislativePower_01_a.html
http://library.aliyev-heritage.org/az/9428974.html
1924 - Xalq şairi, dramaturq, ictiai xadim Nəbi Xəzri (1924-2007) Bakının Xırdalan kəndində anadan olub.
Nəbi Xəzri müxtəlif vaxtlarda Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri olub, Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinə rəhbərlik edib.
Xalq şairi «Şöhrət» və «İstiqlal» ordenləri ilə təltif edilib.
Əlavə bax:
http://az.wikipedia.org/wiki/N%C9%99bi_X%C9%99zri
http://www.kataloq.net/v2/shexsler/N%C9%99bi-X%C9%99zri-89
http://xazar.info/2007/01/16/xalq_351airi_n601bi_x601zri_v601fat_etdi.html
1991 - Dağlıq Qarabağ erməniləri «müstəqillik haqqında referendum» keçiriblər.
Bölgədə azərbaycanlı əhaliyə qarşı etnik təmizlənmənin keçirildiyi bir vaxtda təşkil olunan aksiya heç bir hüquqi əsasa malik deyildi. “Referendum” Ermənistandan savayı kimsə tərəfindən tanınmadı.
15 il sonra (10 dekabr 2006) separatçı rejimdə «konstitusiya» qəbulu üzrə keçirilən referendumun da aqibəti eyni oldu.
Əlavə bax:
http://azerbaycanli.org/az/page385.html
http://azadliq.az/?p=17530
* * *
Bax:
9 dekabr