Bizim təqvim > Dekabr > 9
Tarixdə bu gün: Azərbaycan
“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub. Bu bölmədə Azərbaycan tarixinin, ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.
Bu işin bir qismi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyimiz "Azərbaycançılıq - milli eyniyyətdən qlobal dünyaya pəncərə: tədqiqat və təbliğat platformu” layihəsi çərçivəsində "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlanarkən görülmüşdür.
Təqdim olunan bölmədə həmin kitab-təqvimin yenilənmiş elektron variantı yer alacaq.
Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 9 dekabr hansı fakt və olaylarla yadda qalıb?
9 dekabr
1795 - General Savelyevin başçılıq etdiyi çar Rusiyası qoşunları Dərbənd istiqamətində Azərbaycan ərazisinə soxulublar. Rusiya qoşunları bir ay ərzində Gəncəyədək irəlilədikdən sonra geri qayıdıblar.
Bunun ardınca 1796-cı ilin yazında general V.Zubovun başçılığı altında rus qoşunları yenidən Azərbaycanın şimal torpaqlarına hücum ediblər, Dərbənd şəhəri ruslar tərəfindən işğal olunub.
Həmin il çar II Yekaterinanın vəfatından sonra rus qoşunları geri qayıtdılar.
Bu, Azərbaycan torpaqlarının Rusiya imperiyası tərəfindən işğalına (1801-1828) hazırlıq yürüşləri idi.
Əlavə bax:
http://karabakh-doc.azerall.info/ru/azerpeople/ap018az.htm
http://www.anl.az/down/meqale/ayna/ayna_yanvar2009/66644.htm
1897 - Tanınmış alim, Azərbaycanın ilk epidemioloqu, tibb elmləri doktoru İsmayıl Axundov anadan olub.
Almaniyada təhsil aldıqdan və bir orada işlədikdən sonra 1929-cu ildə Azərbaycana qayıdıb və respublikada epidemiologiya elmi məktəbinin əsasını qoyub.
1930-1950-ci illərdə Azərbaycanda malyariyanın kökünün kəsilməsi onun adı ilə bağlıdır.
Əlavə bax:
http://www.amu.edu.az/az/kafedralar/epidemiologiya.php
1991 - İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin dövlət başçılarının Seneqalın paytaxtı Dakarda keçirilən zirvə toplantısında Azərbaycan Respublikası təşkilata tamhüquqlu üzv qəbul edilib.
Bu, müstəqil Azərbaycanın qəbul olunduğu ilk beynəlxalq təşkilat idi.
Yeri gəlmişkən, dekabrın 9-u İslam Konfransı Təşkilatının yarandığı gündür. Hazırda 60-a yaxın dövləti birləşdirən təşkilat 1969-cu ildə Mərakeşin paytaxtı Rabatda müsəlman ölkələrinin dövlət və hökumət başçılarının konfransında yaradılmışdır.
Əlavə bax:
http://az.wikipedia.org/wiki/%C4%B0slam_Konfrans%C4%B1_T%C9%99%C5%9Fkilat%C4%B1
http://www.mfa.gov.az/index.php?option=com_content&task=view&id=612&Itemid=1
http://azerbaycanli.org/az/page243.html
1992 - Ermənistan silahlı qüvvələri atəşkəs barədə Soçi razılaşmasını (sentyabr) pozaraq Zəngilan rayonunun sərhəd kəndlərinə hücuma başlayıblar.
Üç gün sürən döyüşlər nəticəsində Ermənistan silahlı qüvvələri Zəngilanın 8 kəndini işğal ediblər.
Ermənilərin bu ərazidə möhkəmlənməsi 1993-cü ilin payızında Zəngilan rayonunun işğalında mühüm rol oynadı.
Əlavə bax:
http://www.azerbaycanli.org/az/news-425.html
* * *
Bax:
8 dekabr