ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Dekabr > 8

Tarixdə bu gün: Azərbaycan

 

“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub. Bu bölmədə Azərbaycan tarixinin, ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.

Bu işin bir qismi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyimiz "Azərbaycançılıq - milli eyniyyətdən qlobal dünyaya pəncərə: tədqiqat və təbliğat platformu” layihəsi çərçivəsində "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlanarkən görülmüşdür.

Təqdim olunan bölmədə həmin kitab-təqvimin yenilənmiş elektron variantı yer alacaq.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 8 dekabr hansı fakt və olaylarla yadda qalıb?

 

8 dekabr

 

1901 - Azərbaycan teatrının görkəmli simalarından biri, xalq artisti Mərziyə Davudova (1901-1962) anadan olub.

Məşhur aktyor və rejissor Abbas Mirzə Şərifzadənin həyat yoldaşı, aktrisa Firəngiz Şərifovanın anasıdır.

SSRİ-nin Xalq artisti (1949) Mərziyə Davudova 1962-ci il yanvarın 5-də dünyasını dəyişib.

Əlavə bax:

http://www.kinozal.az/site/?name=person&adem_id=1889

 

1989 - Ermənistnın Azərbaycana qarşı ərazi iddiaları silahlı hücumlarla müşayiət olunmağa başlayıb. Erməni silahlı dəstələrinin Azərbaycanın sərhəd bölgələrinə intensiv basqınları baş verib.

Bu zaman azərbaycanlıların Ermənistandan deportasiyası tamamilə başa çatdırılmış, Dağlıq Qarabağdakı azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə kampaniyası start götürmüşdü.

Dekabrın ikinci yarısında erməni silahlı dəstələrinin təxribatçı hücumları Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənara çıxdı.

Ermənistandan gələn silahlı dəstələr Xanlar (indiki Göygöl) və Şaumyan (indiki Goranboy rayonunun ərazisi) rayonlarındakı erməni yaşayış məntəqələrində yerləşdirilməyə başlayıb.

Əlavə bax:

http://azerbaycanli.org/az/page49.html

 

1991 - Belarusun Brest şəhəri yaxınlığındakı «Belovejskaya Puşşa» qoruğundakı «Viskuli» hökumət iqamətgahında Rusiya, Ukrayna və Belarusun rəhbərləri Boris Yeltsin, Leonid Kravçuk və Stanislav Şuşkeviç «Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında» bəyanat imzalayıblar.

Həmin sənədlə SSRİ-nin təşkilinə dair 1922-ci il 30 dekabr tarixli ittifaq müqaviləsinə xitam verilib. Beləcə Sovet İttifaqı yaranmasının 69-cu ildönümünə üç həftə qalmış süqut etdi.

Slavyan üçlüyünün qərarına birinci olaraq Qazaxıstan qoşuldu, dekabrın 21-də isə Azərbaycan da daxil olmaqla keçmiş sovet respublikalarının rəhbərləri Almatıda toplanaraq MDB-nin təsis olunması barədə qərar qəbul etdilər.

Əlavə bax:

http://xazar.info/engine/print.php?newsid=1165660388&news_page=1

http://library.aliyev-heritage.org/az/9492217.html

 

 * *  *

Bax:

7 dekabr



Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009